15 İyul 2025 08:35
562
SİYASƏT
A- A+
Azərbaycanın növbəti haqq işi: Yeni Kaledoniya dövlətinə doğru

Azərbaycanın növbəti haqq işi: Yeni Kaledoniya dövlətinə doğru


Son günlərin mühüm tarixi hadisələrindən biri Yeni Kaledoniyanın müstəqillik tərəfdarları və əleyhdarları arasında razılaşma imzalanmasıdır. Belə ki, 10 gün sürən danışıqlar nəticəsində əldə olunan və 13 səhifəlik sənəddən ibarət sözügedən razılaşmada Fransa daxilində xüsusi statusa malik Yeni Kaledoniya dövlətinin yaradılması nəzərdə tutulur.

Bu status kaledoniyalılara ikili vətəndaşlıq - Fransa və Kaledoniya vətəndaşı olmaq imkanı verir və onların kimliyini tanımaqla yanaşı, Fransa ilə əlaqəni də saxlayır. Sənədə görə, digər ölkələr də Yeni Kaledoniya dövlətini tanıya biləcək.

Razılaşma yalnız institusional məsələlərlə məhdudlaşmır. O, eyni zamanda iqtisadi və maliyyə islahatları paktını da əhatə edir. Bu pakt Yeni Kaledoniya iqtisadiyyatının əsas sütunlarından biri olan nikel sənayesi üçün strateji planı da özündə ehtiva edir. Razılaşmanın qüvvəyə minməsi üçün 2026-cı ilin fevralında Yeni Kaledoniyada keçiriləcək referendumda sənədin təsdiq olunması nəzərdə tutulur.

Sözügedən razılaşmanı kanak xalqının düz 50 ildir apardığı milli mübarizəsində, müstəqillik mücadiləsində, nəhayət, real müstəvidə qazandığı mühüm nailiyyət kimi dəyərləndirməliyik. Yeni Kaledoniya adına əldə olunan adıçəkilən tarixi uğuru həm də Azərbaycanın yeni və ədalətli dünya nizamı naminə yürütdüyü ardıcıl və məqsədyönlü siyasətin, dekolonizasiya istiqamətində apardığı haqlı mübarizənin təzahürü adlandırsaq, heç də yanılmarıq. Bu həmçinin XXI əsrdə də xalqların fundamental azadlıq hüquqlarını pozan Fransa kimi ölkələrin müstəmləkəçilik üzərində formalaşdırdıqları siyasətlərinin sarsıdılması anlamına gəlir. 


Mübarizə yolu


Düz əlli ildir ki, Fransa Yeni Kaledoniyada müstəqillik və azadlıq istəyən kanak xalqının səsini boğur, onların referendum keçirməsinə maneələr törədir. 

Uzun illər ərzində Fransa hökuməti minlərlə miqrantı qanunsuz yolla Yeni Kaledoniyaya yerləşdirərək yerli sakin olan kanakları assimilyasiya edib və bu yolla adanı müstəmləkəsi altında saxlamağa, onun milli sərvətlərini talamağa davam etməyə  çalışıb. Azadlıq istəyən kanakları azlığa çevirmək üçün Fransa Yeni Kaledoniya Konqresinin və xalqının iradəsinə zidd olaraq, bu ölkənin seçki qanunvericiliyini dəyişmək qərarına gəlmiş, miqrantlara səs hüququ verməklə ölkənin əsarətdə saxlanılmasına dair referendumda üstünlük qazanmağa, bu ölkənin seçki qanunvericiliyini dəyişmək planının icrasına başlamışdı. 

Ancaq kanaklar əsarətdən, Fransa zülmündən qurtulmaq üçün ayağa qalxaraq etirazlar edirdilər. Onlar Yeni Kaledoniyaya aid qərarların kaledoniyalıların iştirakı olmadan qəbul edilməsinə imkan verməyəcəklərini bildirirdilər. 

Təbii ki, kanakların azadlıq, müstəqillik tələbləri Fransanın müstəmləkə siyasəti ilə üst-üstə düşmürdü. Buna görə də Fransa kanak xalqının hüquqlarına hörmət etməyərək ordunu adaya yerləşdirmişdi və etirazları yatırmaq üçün gücdən istifadə edir, azadlıq tələb edənləri öldürür, həbs edirdi. Təkcə ötən il Fransanın güc tətbiqi nəticəsində Yeni Kaledoniyada azı 14 nəfər həlak olmuş, bir çox insan yaralanmışdı. 

Yeni Kaledoniyanın müstəqilliyə qovuşması isə beynəlxalq sənədlərə, xüsusən BMT-nin xalqların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı 1514 saylı qətnaməsinə tamamilə uyğun öhdəlikdir.

Yeni Kaledoniyada baş verənlərə görə müstəmləkə siyasətindən əl çəkmək və kanak xalqının azadlıq tələblərini yerinə yetirmək əvəzinə Fransa hökuməti Azərbaycanı günahlandırırdı. Bakı Təşəbbüs Qrupunun (BTQ) neokolonializmlə mübarizə fəaliyyətini guya Fransanın daxili işlərinə qarışmaq kimi təqdim edirdi.  

Halbuki Bakı Təşəbbüs Qrupu bir QHT kimi fəaliyyətində Fransanın müstəmləkə siyasətini və dənizaşırı ərazilərdəki problemlərini beynəlxalq ictimaiyyətə çatdırmağı qarşısına məqsəd qoyub. 


Müstəmləkəçiliyə qarşı beynəlxalq mübarizə platforması


Azərbaycan dünyada müstəmləkəçilik siyasətinə son qoyulması üçün mühüm səylər göstərir. Bakı Təşəbbüs Qrupu neokolonializmdən əziyyət çəkən xalqların azadlıq səslərini dünyaya çatdıran beynəlxalq platforma rolunu oynayır.

Ölkəmizin sədrliyi dövründə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən Bakı Təşəbbüs Qrupu yaradılıb. Artıq iki ildir ki, qrup müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları ədalətli mübarizəyə dəstək verir. Ötən müddətdə BTQ tərəfindən bu istiqamətdə beynəlxalq konfranslar təşkil olunub, memorandumlar imzalanıb. 

BTQ-nin dəstəyi ilə keçən ilin iyulunda Bakıda Fransanın son koloniyalarının nümayəndələri tərəfindən Beynəlxalq Dekolonizasiya Cəbhəsi yaradılıb. 

Bu il yanvarın 23-24-də Yeni Kaledoniyada Fransa müstəmləkəsi olan əraziləri özündə birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin ilk konqresi keçirilib. Kanak xalqı minnətdarlıq əlaməti olaraq Azərbaycan bayrağını yenidən paytaxt Numea şəhərində ucaldıb. 

Vurğulayaq ki, Bakı Təşəbbüs Qrupu beynəlxalq qeyri-hökumət təşkilati olaraq Fransa və Yeni Kaledoniya arasında danışıqlarda vasitəçi ola biləcəyini də bildirib. 

Öz gücünə torpaqlarında separatizmə son qoyan Azərbaycan müstəmləkəçiliyə qarşı mübarizə aparan xalqların yanında olacağını hər zaman bəyan edir. Rəsmi Bakı bütün beynəlxalq platformalarda XXI əsrdə də sürdürülən neokolonial siyasəti qətiyyətlə pisləyir.    

Bu il yanvarın 25-də yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bildirmişdi ki, bu xalqlar faktiki olaraq heç bir kütləvi informasiya vasitələrinə çıxış əldə edə bilmirlər. Onlar hədələnir, onlara qarşı ədalətsizlik bir qayda olaraq artıq özünü təsdiqləyib. Onların müdafiəsinə qalxmaq istəyən tərəflərin, təşkilatların sayı da çox azdır: "Çünki yenə də deyirəm, mən bunu demişəm, heç kim başağrısı istəmir, heç kim istəmir ki, böyük dövlətlərlə, - hər halda özlərini belə sayan, - üz-üzə gəlsin. Amma biz bunu edirik və edəcəyik. Bu müstəmləkəçilik praktikası davam edənə qədər biz o xalqların yanında olacağıq. Artıq bunu Azərbaycan cəmiyyəti öz mənəvi borcu kimi qiymətləndirir..."

Məhz Azərbaycanın müstəmləkəçiliyə qarşı gerçəkləşdirdiyi davamlı və effektiv fəaliyyət nəticəsində Yeni Kaledoniyada kanaklara qarşı həyata keçirilən repressiv siyasət dünya gündəminə gətirilib. Bakı Təşəbbüs Qrupu vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılan bu məsələdə Fransaya edilən təzyiqlər tərəflər arasındakı gərginliyi kompromis fazasına keçirib, Parisdə Yeni Kaledoniya dövlətinin yaradılması kimi mühüm razılaşmanın əldə olunmasına gətirib çıxarıb. 

Bu tarixi nəticənin Fransanın müstəmləkə altında saxladığı digər xalqlar üçün də bir ümid olacağı və neokolonial siyasət yürüdən güclərin dayaqlarını laxladacağı şübhəsizdir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!