"Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 562) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 3-1-ci maddə əlavə edilsin:
"Maddə 3-1. Şuşa şəhərinin adından istifadə edilməsi
3-1.1. Bu Qanunun 3-1.2-ci maddəsində nəzərdə tutulan hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi "Şuşa" adından istifadə etməkdə müstəsna hüquqa malikdir.
3-1.2. Azərbaycan Respublikasının qanunları ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallar istisna olmaqla, aşağıdakı hallarda "Şuşa" sözündən ("Şuşa" sözü olan söz birləşməsindən) istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə yol verilir:
3-1.2.1. hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında;
3-1.2.2. mükafatların və təltiflərin adlarında;
3-1.2.3. yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında;
3-1.2.4. kommersiya və reklam məqsədilə;
3-1.2.5. əmtəə nişanlarında və coğrafi göstəricilərdə.".
2. 7.5-ci maddənin birinci cümləsindən "arxeoloji" sözü çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 may 2022-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Gürcüstan universitetləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub...
28 Noyabr
Serbiya Prezidenti Azərbaycan şirkətinin layihələndirdiyi yolun təməlqoyma mərasimində iştirak edib ...
28 Noyabr
Sankt-Peterburqda “Leninqradın qəhrəmanları: Vətənin müdafiə olunmasında azərbaycanlıların şücaəti” ...
28 Noyabr
“Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı müzakirə edilib
28 Noyabr
SOCAR-ın Türkmənistandakı nümayəndəliyinin açılışı olub
28 Noyabr
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə...
28 Noyabr
“Azərbaycan dövlətçilik tarixində görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin xidmətləri” adlı kitab...
28 Noyabr
Qəzza sektorunda humanitar atəşkəs iki gün uzadıla bilər
28 Noyabr
Milli Məclis Ermənistan parlamentinin spikerinin son açıqlamasına münasibət bildirib
28 Noyabr
Rusiyada COVID-19 virusuna yoluxma həftə ərzində 32,8 faiz artıb
28 Noyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Zəfərin Xankəndi zirvəsi14 Noyabr 2023

Zəfərin nidası, Qələbənin möhürü09 Noyabr 2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad...08 Noyabr 2023

Qələbələr Komandanı07 Noyabr 2023

Milli hədəf05 Noyabr 2023

“Dəmir yumruğ"un polad sipəri03 Noyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!