02 Sentyabr 2026 12:00
112
SİYASƏT
A- A+
Azərbaycanın həm regional, həm də qlobal gündəlikdə öz mövqeyini getdikcə möhkəmləndirir 

Azərbaycanın həm regional, həm də qlobal gündəlikdə öz mövqeyini getdikcə möhkəmləndirir 


Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT plyus” formatında keçirilən görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın həm regional, həm də qlobal gündəlikdə öz mövqeyini getdikcə daha da möhkəmləndirdiyini göstərir. Çıxışda Azərbaycanın Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasında fəal rolu ilə yanaşı, beynəlxalq münasibətlər sistemində çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə verdiyi əhəmiyyət də diqqət çəkib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.

O bildirib ki, Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldilməsi bu siyasətin mühüm istiqamətlərindən biridir. Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması iki ölkə arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və qarşılıqlı dəstəyin yeni mərhələyə keçdiyini göstərir. Bu, eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrə verdiyi strateji əhəmiyyətin göstəricisidir.

“Çıxışda Prezident İlham Əliyevin Cənubi Qafqazın tədricən sülh zonasına çevrildiyini vurğulaması isə regionda yeni reallıqların formalaşmasına diqqət çəkir. Ermənistanla münasibətlərin normallaşdırılması, ticarət əlaqələrinin genişləndirilməsi və yeni nəqliyyat-kommunikasiya xətlərinin yaradılması regionda qarşılıqlı iqtisadi maraqların və əməkdaşlığın artmasına xidmət edə bilər.

Burada nəqliyyat məsələsi xüsusilə əhəmiyyətlidir. Çünki kommunikasiyaların açılması yalnız iqtisadi dividendlər yaratmır, həm də region ölkələri arasında etimadın möhkəmlənməsi üçün praktiki zəmin formalaşdırır. Nəqliyyat bağlantılarının genişləndirilməsi Azərbaycanı Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində mühüm tranzit qovşaqlarından birinə çevirən imkanları daha da artırır. Bu isə Azərbaycanın regional əməkdaşlıq və iqtisadi inteqrasiya proseslərində rolunu gücləndirir”, – deyə N.Həsənov vurğulayıb.

Deputatın sözlərinə görə, çıxışın digər mühüm istiqaməti BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası məsələsi idi. Azərbaycanın 1993-cü ildə qəbul edilmiş qətnamələrin icrasını öz gücü ilə təmin etməsi beynəlxalq hüquq normalarının həyata keçirilməsi ilə bağlı mövcud problemləri bir daha gündəmə gətirir. Prezidentin gələcəkdə Təhlükəsizlik Şurasının qətnamələrinin operativ icrası üçün xüsusi mexanizmlərin yaradılmasını təklif etməsi, əslində, beynəlxalq təhlükəsizlik sisteminin effektivliyinin artırılmasına yönəlmiş çağırışdır.

O əlavə edib ki, Azərbaycanın dörd il Qoşulmama Hərəkatına sədrlik etməsi də ölkənin çoxtərəfli diplomatiya sahəsində qazandığı geniş təcrübəni göstərir. Bu təcrübə Bakının müxtəlif siyasi mövqelərə malik dövlətlərlə dialoq qurmaq, qarşılıqlı anlaşmanı təşviq etmək və beynəlxalq əməkdaşlığın inkişafına töhfə vermək imkanlarını genişləndirib.

"Prezident İlham Əliyevin “ŞƏT plyus” formatındakı görüşdə çıxışını üç əsas istiqamət üzrə qiymətləndirmək olar: regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, qonşu və tərəfdaş dövlətlərlə strateji əməkdaşlığın genişləndirilməsi və beynəlxalq münasibətlər sistemində daha effektiv çoxtərəfli mexanizmlərin formalaşdırılması.

Bu yanaşma Azərbaycanın öz milli maraqlarını qorumaqla yanaşı, Cənubi Qafqazın və daha geniş Avrasiya məkanının siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafında fəal aktor kimi çıxış etmək niyyətini ortaya qoyur”, – deyə N.Həsənov qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropada təbii qazın qiyməti ardıcıl üçüncü gündür artır

12:10
02 Sentyabr

Qubalı gənclər təhsildə də fərqlənirlər

12:08
02 Sentyabr

İki gəmi toqquşub: 10 nəfər itkin düşüb

12:05
02 Sentyabr

Yeni dünya nizamında Azərbaycanın yüksələn nüfuzu

12:02
02 Sentyabr

Azərbaycanın həm regional, həm də qlobal gündəlikdə öz mövqeyini getdikcə möhkəmləndirir 

12:00
02 Sentyabr

Fransada ictimai yerlərdə hicabın qadağan edilməsi ilə bağlı referendum təşəbbüsü tənqid olunur

11:57
02 Sentyabr

Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir

11:55
02 Sentyabr

Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub

11:50
02 Sentyabr

Bakıda IV Beynəlxalq Minatəmizləmə konfransı işə başlayıb 

11:45
02 Sentyabr

Lionel Messinin varisi müəyyənləşib

11:43
02 Sentyabr

“Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına

11:40
02 Sentyabr

“Suveren Azərbaycanda dil situasiyası” kitabı çap olunub

11:37
02 Sentyabr

Prezident: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır 

11:35
02 Sentyabr

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab To Lama

11:30
02 Sentyabr

Ötən ay dövlət sərhədini pоzan 17 nəfər saxlanılıb

11:25
02 Sentyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

11:20
02 Sentyabr

BMT-nin nümayəndəsi: Ərazilərin minalardan təmizlənməsi ilə bağlı beynəlxalq həmrəylik lazımdır

11:17
02 Sentyabr

Azərbaycan beynəlxalq müstəvidə orta güc dövləti kimi qəbul olunur

11:15
02 Sentyabr

Birjalarda neft bahalaşıb 

11:10
02 Sentyabr

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

11:05
02 Sentyabr

Hörmüz boğazından gündəlik gəmi keçidi 10 günlük ortalamadan aşağı düşüb

11:00
02 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!