07 May 2024 08:10
192
CƏMİYYƏT
A- A+

Azərbaycanın evsahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

 

Avropada iqlim sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyətinin və "beyin mərkəzləri"nin aparıcı nümayəndələrinin iştirakı ilə Almaniyanın Bonn şəhərində keçirilən "COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi" mövzusunda dialoq formatlı konfrans işini başa çatdırıb. 
AZƏRTAC xəbər verir ki, konfransda sülh, təhlükəsizlik və iqlim dəyişikliyi problemlərinin konkret klasterləri olan su ehtiyatlarının azalmasına qarşı tədbirlər, qida təhlükəsizliyinin gücləndirilməsi, iqlim dəyişikliyi və minaların ikili təsirlərindən əziyyət çəkən əhaliyə dəstək mövzularında müzakirələr aparılıb. 
COP29 sədrliyinin nümayəndəsi kimi konfransda yekun məruzə ilə çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov qeyd edib ki, qlobal iqlim dəyişikliyi və beynəlxalq sülhə aid məsələlər bir-biri ilə sıx bağlıdır və qarşılıqlı təsirə malikdir. 
"Getdikcə daha çox dəlillər göstərir ki, müharibələr və münaqişələr, eləcə də onların nəticələri - biomüxtəlifliyin məhv edilməsi, zərərli maddələrin emissiyası, minalarla çirklənmə təkcə ətraf mühiti çirkləndirmir, həm də bəşəriyyəti iqlim dəyişikliyinin geri dönüşü olmayan qırmızı xəttinə daha da yaxınlaşdırır", - deyən E.İskəndərov bu il Azərbaycanın evsahibliyi edəcəyi COP29-un bu təhlükələrin müzakirəsi və konkret həll yollarının tapılması üçün mühüm imkan olduğunu bildirib.
Səfir xüsusi vurğulayıb ki, Azərbaycanın COP29-a evsahibliyinə yekdilliklə seçilməsi dünya birliyinin ölkəmizin siyasi iradəsinə və hamının maraqlarını nəzərə alaraq qlobal problemlərin həllinə töhfə vermək qabiliyyətinə etimadının sübutudur. Azərbaycan "Sülh, təhlükəsizlik və iqlim dəyişikliyi" məsələləri kompleksinin vətəndaş cəmiyyəti nümayəndələrinin və ekspertlərin də iştirakı ilə geniş müzakirəsi üçün imkanlar yaratmağa sadiqdir və bu sahədə konkret təkliflərə açıqdır.
Azərbaycanın sədrliyi ilə bağlı son bir ayda beynəlxalq QHT nümayəndələri ilə görüşlərin keçirildiyini diqqətə çatdıran diplomat bunun ölkəmizin COP29-un inklüzivliyi ilə əlaqədar bəyan etdiyi prinsipi həm də gerçəkləşdirməkdə israrlı olmasının göstəricisi kimi qiymətləndirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video