11 İyul 2025 08:20
626
SİYASƏT
A- A+
Azərbaycanın dostu və tərəfdaşı

Azərbaycanın dostu və tərəfdaşı


Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən birini ərəb dünyası ilə münasibətlər təşkil edir. Bu ölkələr də Azərbaycanla əlaqələrə xüsusi önəm verir, respublikamızın regionda və qlobal səviyyədə yerini və rolunu düzgün qiymətləndirirlər. Prezident İlham Əliyevin bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri də deyilənləri təsdiqləyir.


Yüksək siyasi və iqtisadi əlaqələr


Birləşmiş Ərəb Əmirlikləri yalnız yerləşdiyi coğrafiyada və ya müsəlman aləmində deyil, dünyada özünəməxsus inkişaf göstəriciləri ilə fərqlənir. Azərbaycan-BƏƏ münasibətləri isə hər zaman yüksələn xətlə inkişaf edib, müxtəlif əməkdaşlıq sferalarını əhatə edib. Hazırda iki ölkə arasında həm siyasi, həm də ticari-iqtisadi sferada geniş əməkdaşlıq əlaqələri mövcuddur. BƏƏ Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib. Azərbaycana xaricdən məhsul idxalında, o cümlədən respublikamızın ixracatında BƏƏ əsas tərəfdaş dövlətlərdən biridir. "Made in Azerbaijan" brendini BƏƏ bazarında daha çox tanıtmaq üçün bu ölkədə "Azərbaycan Ticarət Evi" fəaliyyət göstərir.

Əlbəttə ki, əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi rol oynayır.  Prezident İlham Əliyev indiyə kimi bir neçə dəfə bu ölkədə rəsmi və işgüzar səfərdə olub. Dövlətimizin başçısı bu ilin yanvarında da BƏƏ-də işgüzar səfərdə olub,  Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimində iştirak edib. Əbu-Dabi Dayanıqlılıq Həftəsində 13 dövlət və hökumət başçısı, eləcə də 140-dan çox nazir və digər rəsmi şəxslər iştirak edirdi. Dəvət olunan prezidentlərdən birinin İlham Əliyev olması dövlətimizin başçısının yüksək qlobal siyasi nüfuzunun və Azərbaycan - BƏƏ siyasi münasibətlərinin təcəssümü idi. 

2024-cü ilin yanvarında isə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycana rəsmi səfər edib. Həmin səfər zamanı iki dövlət arasında münasibətlərin hüquqi bazasının daha da genişlənməsinə gətirib çıxaran sənədlər imzalanıb. O cümlədən "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb. 


"Yaşıl enerji" sahəsində uğurlu əməkdaşlıq 


Azərbaycanla BƏƏ arasında münasibətlər son illərdə yeni əməkdaşlıq sferalarını əhatə edib. Bunların arasında "yaşıl enerji" istehsalı sahəsində əməkdaşlıq xüsusi qeyd olunmalıdır. 2022-ci il martın 15-də Pezident İlham Əliyevin iştirakı ilə BƏƏ-nin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş-Elektrik Stansiyasının təməli qoyulub.  Pezident İlham Əliyev təməlqoyma mərasimində çıxışında Azərbaycan-BƏƏ münasibətlərinə toxunaraq deyib: "Masdar" şirkəti bizim üçün dost ölkəni - Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var və şadam ki, bu sahədə də artım göz qabağındadır. Bir sözlə, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var. Şadam ki, bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa bu gün start verilir".

Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyası olan Qaradağ Günəş-Elektrik Stansiyasının tikintisi yüksək səviyyədə həyata keçirilib və 2023-cü il oktyabrın 26-da açılışı olub. 262 milyon ABŞ dollarına başa gələn bu layihə həm də ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş-elektrik stansiyasıdır.

Elə həmin gün Azərbaycan hökuməti ilə "Masdar" şirkəti arasında gələcək əməkdaşlıqlara dair yeni sənədlər imzalanıb. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın 2024-cü ilin yanvarında Azərbaycana etdiyi rəsmi səfər zamanı isə "Azərbaycan Respublikasının Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi layihələri üzrə İnvestisiya Əməkdaşlığına dair Anlaşma Memorandumu", "Azərbaycanın bərpaolunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və "Yaşıl Enerji"nin İxracı Əməliyyatlarına imkan verən Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi", "Azərbaycanda quruda quraşdırılacaq 1 GVt gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi", "ADNOC və SOCAR şirkətləri arasında Strateji Əməkdaşlıq Sazişi" imzalanıb.


Əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı bəyan olundu


Azərbaycanla BƏƏ-nin geniş əməkdaşlıq gündəliyi münasibətlərin möhkəm təməllərə söykəndiyini göstərir. Bu həm də  iki dövlətin dostluğunu və qardaşlığını nümayiş etdirir. Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrinin dostluq və qardaşlığa əsaslandığı  Prezident İlham Əliyevin Əbu-Dabiyə işgüzar səfəri zamanı BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşündə bir daha ifadə olundu.  Prezidentlərin görüşündə iki dövlət arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı, siyasi münasibətlərin yüksək səviyyədə olduğu, iqtisadi-ticari əməkdaşlığın inkişaf etdiyi vurğulandı.

Həmçinin Prezident İlham Əliyevin bu ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərinə, Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın isə Azərbaycana səfərləri məmnunluqla xatırlandı. Həmin səfərlər zamanı müxtəlif sahələri əhatə edən ikitərəfli gündəliklə bağlı geniş müzakirələrin aparıldığı qeyd olundu.

Görüşdə ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıldı, enerji, o cümlədən bərpaolunan enerji sahəsində ölkələrimiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu və bu istiqamətdə perspektiv layihələr müzakirə edildi. SOCAR-la ADNOC, həmçinin ölkəmizlə "Masdar" şirkəti arasında bərpaolunan enerji sahəsində əməkdaşlıqdan məmnunluq bildirildi. 

Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi" də imzalandı. Görünən odur ki, hər iki dövlət əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük siyasi iradə nümayiş etdirir.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!