25 İyun 2025 08:15
2064
İQTİSADİYYAT
A- A+
Azərbaycanın daha bir “8 Noyabr"ı

Azərbaycanın daha bir “8 Noyabr"ı


Müstəqillik dövrünün ən böyük enerji obyekti cəmi iki ilə tikilib istifadəyə verildi


Prezident İlham Əliyev  Mingəçevirdə  yeni enerji nəhənginin - 1880 meqavatlıq  elektrik stansiyasının açılışını etdi. Təməli 2023-cü il fevralın 13-də qoyulan, tikintisi qısa müddətdə başa çatan bu stansiyanın istifadəyə verilməsi bir daha ölkəmizin iqtisadi gücünü, energetika sahəsindəki zəngin təcrübəsini, eləcə də bu sahədə çalışan mütəxəssislərimizin səriştəsini göstərir.

Yeni stansiya üçün təklif olunan adlar sırasında Prezidentimiz məhz "8 Noyabr"ı seçib. "Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır". Stansiyanın açılışındakı çıxışında dövlətimizin başçısı bunu bir daha vurğuladı. 

8 Noyabr Zəfəri ilə  tamamlanan 44 günlük Vətən müharibəsini xatırlayaq. Düşmən bütün qayda-qanunları pozaraq yaşayış məntəqələrimizi atəşə tutub dinc əhaliyə qarşı soyqırımı törədir, eləcə də strateji infrastruktur obyektlərinə raket  tuşlayırdı. Zərbəyə məruz qoymaq istədiyi  belə yerlərdən biri də məhz  Mingəçevirin enerji, işıq mənbəyi olan  müəssisələri idi. Əlbəttə, vandallar öz mənfur niyyələrinə çatmadılar  və bu gün bütün dünya görür ki, bizim işığımız daha gur yanır.

Yeni stansiya  Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirir. Hazırda ölkəmizin  elektrik enerjisinin 40 faizindən çoxu bu şəhərdə istehsal olunur.

1974-cü ildə burada  Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə "Azərbaycan" İstilik-Elektrik Stansiyasının təməli qoyulmuş və  1981-ci ildə stansiyanın birinci bloku istismara verilmişdir. Daha  sonra digər bloklar da istismara  daxil olmuşdur. Lakin müstəqilliyin ilk illərində ölkəmizdə  enerji qıtlığı yarandı. İnsanlar elektrik enerjisini  nəinki kənddə, hətta böyük şəhərlərdə də fasilə ilə alırdı.  

"Yalnız Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir stansiyası hesabına müəyyən dərəcədə fasilələrlə olsa belə, insanlara və müəssisələrə elektrik enerjisi verilirdi... Biz son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar ki, sıfırdan qurmuşuq. Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları qurulmuşdur, eyni zamanda Mingəçevirdə də yenidənqurma işləri aparılmışdır. Yadınızdadır, burada baş vermiş qəza nəticəsində ölkəmizin böyük hissəsi, demək olar ki, işıqsız qalmışdı. Ondan sonra praktiki tədbirlər görülməyə başlanmış və biz qısa müddət ərzində burada böyük uğurlara nail ola bilmişik. 2018-ci ildə "Azərbaycan" İstilik-Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu və 2020-ci il iyunun 25-də - düz beş il bundan əvvəl burada stansiyaya yeni həyat verilmişdir. Hazırda "Azərbaycan" Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, "8 Noyabr" Stansiyasının gücü 1880 meqavatdır, Su-Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və qeyd etdiyim kimi, bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın əsas energetika mərkəzidir", - deyə Prezident İlham Əliyev ölkəmizin elektrik enerjisi sekrorunun son oniliklər tarixini bir daha xatırlatdı.

"8 Noyabr" Elektrik Stansiyasının istifadəyə verilməsi həm də Azərbaycanın yaratdığı beynəlxalq əməkdaşlıq və təfəfdaşlıq platformasının daha bir təsdiqidir. Belə ki, bu önəmli layihə İtaliya və Çin şirkətləri ilə birlikdə araya-ərsəyə gəlib. Stansiyanın açılışında sözügedən bu iki ölkənin strateji tərəfdaşlarımız olduğu qeyd edildi. Strateji tərəfdaşlıq haqqında hər biri ilə  iki bəyannamə imzalanıb. İtaliya Azərbaycanın birnömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız  sırasında qabaqcıl yerlərdən birini tutur.  İtaliya ilə xüsusilə son illər energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli  strateji əməkdaşlıq genişlənib. Çinlə isə  daha çox bərpaolunan enerji layihələrinin birgə icra olunmasına  başlanıb.

Məlumdur ki, energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır. Təsadüfi deyil ki, Avropa İttifaqı  ölkəmizi etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır.  Çünki  Azərbaycan  12 ölkəyə qaz  ixrac edir ki, onlardan da 10-u Avropa ölkəsidir . İndi Azərbaycan  təbii qaz, xam neft, neft və neft-kimya məhsulları,   müəyyən həcmdə elekrik enerjisinin ixracatçısıdır. "Yaşıl enerji" layihələrimiz  gerçəkləşdikdən sonra kabellər vasitəsilə bu növ enerji də ixrac olunacaq. 

"8 Noyabr" stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək. Məsələn, ölkəmizin enerji sisteminin səmərəliliyi, generasiya gücü artacaq, eyni zamanda şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, təbii qaza qənaət etmək  imkanı yaranacaq. Daxildə nə qədər  təbii qaza qənaət edilsə, ixrac imkanlarımız  bir o qədər artacaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması ölkəmizə əlavə qazanc gətirəcək.    

Bununla bağlı Prezident İlham Əliyev demişdir: "İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat "yaşıl enerji" verəcəkdir və əgər bu gün bizim ümumi generasiya gücümüz 9000 meqavatdırsa, bu nə deməkdir, bunu hər kəs başa düşə bilər. Eyni zamanda bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazımızın ixracı daha da artacaq. Yəni bir neçə məqsəd burada təmin edilir və əlbəttə ki, bütün bu işlərin təməlində bizim düşünülmüş siyasət dayanır. Çünki biz hər istiqamət üzrə düşünülmüş siyasət və proqramlar əsasında çalışırıq".

Dövlətimizin başçısı  əminliyini bildirmişdir ki, bu stansiyanın ömrü uzun və fəaliyyəti uğurlu olacaq.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hərbi xidməti başa vuran sərhədçi əsgərlər ehtiyata buraxılıblar  

13:28
09 İyul

İyulun 11-də Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək  

13:27
09 İyul

İtaliyanın indiyədək Ukraynaya göstərdiyi yardımın həcmi açıqlanıb  

13:25
09 İyul

Rusiya Ukraynaya miqyasına görə ən böyük hava hücumu edib  

12:37
09 İyul

Sabah Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək  

12:26
09 İyul

Media: Tramp Qəzzada döyüşlərin dayandırılacağını vəd edib  

12:16
09 İyul

Sabah Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək  

12:04
09 İyul

Tədqiqat: İyunda Avropada isti hava dalğası nəticəsində ölənlərin sayı üçqat artıb  

12:02
09 İyul

Xankəndidə diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsinin xüsusi sessiyası keçirilir YENİLƏNİB

12:02
09 İyul

İsveçrə Milli Bankı ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

11:57
09 İyul

Somali “ASAN xidmət” təcrübəsini öyrənir

11:51
09 İyul

Birinci yarımildə 26 min 600 şəxsə əlillik təyin edilib

11:41
09 İyul

İKZF: Bu günədək 5,1 milyard manat ipoteka krediti verilib

11:36
09 İyul

Azərbaycan-Qazaxıstan hərbçilərinin iştirakı ilə “Tərlan-2025” təlimi keçirilir

11:29
09 İyul

Fond: 2009-cu ildən 982,6 milyon manatdan çox istiqraz üzrə öhdəliklər yerinə yetirilib  

11:23
09 İyul

XİN-in “Diplomatiya Aləmi” jurnalının 20 illik yubileyinə həsr edilmiş beynəlxalq dəyirmi masa təşkil olunub  

11:01
09 İyul

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 106 il ötür  

10:58
09 İyul

Dünya bazarında qızıl 20 dollar ucuzlaşıb

10:41
09 İyul

Dünya birjalarında neft ucuzlaşıb

10:41
09 İyul

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

10:40
09 İyul

Ötən gün axtarışda olan 90 nəfər saxlanılıb  

09:59
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!