12 May 2024 09:05
1055
İQTİSADİYYAT
A- A+
Azərbaycanın beynəlxalq miqyasda artan güc və nüfuzunun növbəti təzahürü

Azərbaycanın beynəlxalq miqyasda artan güc və nüfuzunun növbəti təzahürü

 

Bu gün Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən biridir. Cənab İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli də qoyuldu, 5 Milli Prioritetdən biri "təmiz ətraf mühit" və "yaşıl artım"la bağlı sənəd qəbul edildi. Bu isə "yaşıl iqtisadiyyat"a keçidlə bağlı qarşıya yeni hədəflər qoydu. Bu hədəfləri uğurla icra edən Azərbaycan ötən dövrdə ən böyük  layihələrə evsahibliyi etdi.  
COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkəmizə növbəti dəfə böyük etimad və inamın göstəricisidir. Dünya birliyinin Azərbaycana göstərdiyi inam və etimad isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. Ölkəmiz artıq dünyada söz sahibinə çevrilib. Faktlar da təsdiqləyir ki, son 20 ildə dövlətimizin başçısının həyata keçirdiyi müstəqil siyasət nəticəsində Azərbaycanın reytinqi artıb və dünya miqyasında çox güclü mövqelərə sahib olub. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə ən tutarlı cavabdır.
Bu reallıqdır ki, qələbədən qısa vaxt keçəndən sonra da ölkəmiz beynəlxalq tədbirlərin, eləcə də nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrildi. Bunun nəticəsidir ki, mötəbər beynəlxalq təşkilatların rəhbərləri öz tədbirlərinin Azərbaycanda keçirilməsini təsadüfən müəyyənləşdirmirlər. Son illər Azərbaycanın dünyada sabit məkan kimi tanınması da buna imkan verir. 
24 aprel 2024-cü ildə ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumda Prezident  İlham Əliyev dərinməzmunlu  çıxışında: "...Biz uğura uğur əlavə edirik və ən azı həm Azərbaycanda, həm də regionda hər kəs anlayır ki, bunlar təsadüfi hadisələr deyil. Bütün bu işlər düşünülmüş siyasətin, strategiyanın, düzgün taktikanın və siyasətimizin, diplomatiyamızın bir sıra digər aspektləri üzərində qurulub... Atdığımız addımların nəticələrinin daha bir nümunəsi sərhədin delimitasiyasıdır. Əlbəttə, iki ölkə, xüsusilə də iki xalq arasında daha çox etimadın artırılması üçün görüləcək işlər çoxdur. Lakin burada əsas məsələ tendensiyanın nədən ibarət olması, hansı istiqamətdə irəliləməyimizdir və söylədiklərimin bariz nümunələri var. COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir" - deyə əsas reallıqları diqqətə çatdırdı. Dövlət başçısı eyni zamanda COP29-a Azərbaycanın  evsahibliyi etməsini  ölkəmizin  ekoloji   problemlərlə  ciddi məşğul olmasının, 1994-cü ildən bəri bütün neft əməliyyatlarının, beynəlxalq ətraf mühit mühafizəsi standartlarına  əsasən aparılmasının, investorların dünyanın aparıcı şirkətlərinin olması və ətraf mühitə diqqətlə yanaşmanın  nəticəsində mümkün olduğunu bəyan etdi.
Beynəlxalq təşkilatlara rəhbərlik etməkdə zəngin təcrübə qazanan Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müxtəlif vaxtlarda bu quruma iki dəfə sədrlik edib. Qoşulmama Hərəkatının sədri olduğu müddətdə həyata keçirilən tədbirlər qurumun üzv dövlətləri tərəfindən yüksək dəyərləndirilib. Mötəbər tədbirlərə uğurlu evsahibliyi etmək Azərbaycanın beynəlxalq aləmdə olan reytinqini getdikcə artırıb. Bütün bunlar, təbii ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət və diplomatik məharət nəticəsində mümkün olmuşdur. Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizə prosesinə ciddi töhfə verən ölkə kimi tanınması da onun COP29-a evsahibliyi etmək imkanını daha da gücləndirdi. Azərbaycanın bu sahədə uzun illərdir həyata keçirdiyi ardıcıl siyasət və layihələr, enerji mənbələrinin inkişaf etdirilməsi, o cümlədən külək və günəş enerjisi stansiyalarının qurulması baxımından gördüyü böyük işlər bəhrəsini verdi. 

 

"Yaşıl enerji"yə keçid əsas hədəf kimi 

 

Ölkəmizin bu tədbirə evsahibi kimi seçilməsi həm də onu göstərdi ki, Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıda bilib və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib. Tədbirin Azərbaycanda keçirilməsi isə onun bu istiqamətdə daha da tanınmasına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə geniş imkanlar açacaqdır. Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"yə keçid və iqlim dəyişiklikləri ilə mübarizədə qarşısına qoyduğu məqsədlər və bu istiqamətdə gördüyü işlər daha böyük qlobal auditoriyanın diqqətinə çatdırılacaq. Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı, əsrin ortasına qədər 1990-cı illə müqayisədə Azərbaycan karbon emissiyasını 40 faizə qədər azaldaraq beynəlxalq istiləşmənin təhlükəli nəticələrindən qorunmaq üçün dünya alimləri tərəfindən müəyyən edilən səviyyəyə endirməyi qarşısına məqsəd qoyub.
Bu gün Azərbaycanın "yaşıl enerji" təchizatçısına çevrilməyi də əsas hədəflərdəndir. Artıq Azərbaycan Gürcüstan, Macarıstan və Rumıniya ilə Qara dənizin dibi ilə sualtı kabel vasitəsilə "yaşıl enerji"nin Avropaya ixracı layihəsini icra etməkdədir. COP29-un Azərbaycanda keçirilməsi də bu prosesin davamıdır və ölkəmizin "yaşıl enerji"yə keçid və bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı qarşısına qoyduğu məqsədlərə çatmasında böyük rol oynayacaq.
COP29 beynəlxalq konfransında iştirak etmək üçün təqribən 100 min nəfərə qədər xarici qonağın ölkəmizə səfəri gözlənilir ki, bu da dövlətimizin, xalqımızın növbəti böyük uğuru, Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, "Yaşıl gündəliyimiz"in də mövcudluğunun dünyaya sübutudur. Ötən illər ərzində xarici tərəfdaşlar və sərmayədarlarla "yaşıl keçid" üzrə nəhəng layihələrə start verilməsi də bunun göstəricisidir. 
Bu il 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində COP29-a evsahibliyi edəcək ölkənin rəhbəri kimi Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı deyilənləri bir daha təsdiq etdi: "COP29-a evsahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən "yaşıl enerji" sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət, bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq".

 

Gözləntilər, hədəflər

 

Azərbaycan uzun illər ərzində neft və qaz ehtiyatlarının ixracından əldə etdiyi gəlirləri səmərəli istifadə etməklə öz iqtisadiyyatını inkişaf etdirib və iqtisadi müstəqillik əldə edib. İndi isə bu ehtiyatlar hesabına Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə verməklə öz mövqeyini daha da möhkəmləndirə və təsir dairəsini daha da genişləndirə bilər. Bu baxımdan, COP29-un Azərbaycanda keçirilməsi onun bu mövqeyinin möhkəmlənməsi və bu istiqamətdə gördüyü işlərin, əldə etdiyi nəticələrin təbliği baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda sessiyanın Bakıda keçirilməsi Azərbaycanda özəl sektorun bu prosesə cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Bu da azərbaycanlı sahibkarların qlobal səviyyədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına şərait yaradacaq. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, son illərdə Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasətin əsas məqsədlərinə qeyri-neft sektorundan asılılığın azaldılması və enerji təhlükəsizliyinin təmin edilməsi ilə bərpaolunan enerji mənbələrinin rolunun artırılması da aiddir. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan "yaşıl enerji"yə keçidə hazırlaşmaqdadır. COP29 tədbiri həmin keçidin daha səmərəli icrası ilə bağlı strategiyaların və görülməsi zəruri olan tədbirlərin müəyyən edilməsi baxımından faydalı platformadır. Sessiya çərçivəsində dünyanın bu keçidlə bağlı daha çox təcrübəsi olan ölkələri ilə fikir mübadiləsinin aparılması və təcrübələrin bölüşülməsi Azərbaycanın "yaşıl enerji"yə keçid prosesinə öz töhfəsini verəcək.
Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizə aparmasının və bu məsələyə böyük diqqət ayırmasının göstəricilərindən biri də 2030-cu ilə qədər müəyyən etdiyi beş istiqamətdən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" prioritetinin olmasıdır. Həmçinin Qarabağın sahib olduğu bərpaolunan enerji resursları Azərbaycanın "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" prioritetinin icrasına, qlobal "yaşıl enerji" çağırışlarına cavab verməyə və ətraf mühitin qorunmasına ciddi töhfə verəcək. Bu baxımdan, COP29 həm də işğaldan azad edilmiş ərazilərdə görülən işlərin və bu ərazilərin sahib olduğu bərpaolunan enerji mənbələrinin dünya üçün əhəmiyyətinin təbliği baxımından da faydalı platformaya çevriləcək. Cənab İlham Əliyevin fikirləri ilə desək: "COP29-un əhəmiyyəti ondadır ki, biz dünyaya söyləyəcək sözlərimizi, həqiqət hekayəmizi  olduğu kimi dünyaya çatdıra biləcəyik. On minlərlə qonağın gəlməsi, iki həftə Azərbaycanda olması imkan verəcək ki, hətta ilk dəfə Azərbaycana gələnlər belə vəziyyəti qiymətləndirmək imkanı əldə etsin, bizim planlarımızın nədən ibarət olduğunu bilsin... COP29 bunun gözəl nümunəsidir".

 

Reallıq

 

Bəli, COP iqlim dəyişikliyi ilə mübarizədə vacib olmağı ilə yanaşı, həm də dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Azərbaycanın qazandığı bütün bu uğurlar Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasətin nəticəsidir. Qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Azərbaycanın artıq beynəlxalq tədbirlərə evsahibliyi etmək sahəsində böyük təcrübəsi var və bu da ölkəmizə yetərincə müsbət imic qazandırıb. Tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar həm də ona görə əhəmiyyətlidir ki, bu, dünya ictimaiyyətinin Azərbaycanın atdığı addımlara dəstəyindən xəbər verir. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, "yaşıl iqtisadiyyat"ı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. 

Arzu ABDULLAYEV,
Naxçıvan Dövlət Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!