30 Dekabr 2025 08:00
191
SİYASƏT
A- A+
Azərbaycanın başlatdığı sülh prosesi real nəticələr verir

Azərbaycanın başlatdığı sülh prosesi real nəticələr verir


Azərbaycan regionda başlatdığı və qətiyyətli səyləri, nəticəyönümlü təşəbbüsləri, əməli addımları ilə bölgədə sülhə de-fakto nail olması ilə dünya miqyasında unikal barış modeli ortaya qoyub. Uzun illər adı münaqişə zonası, müharibə bölgəsi kimi çəkilən Cənubi Qafqaz ölkəmizin formalaşdırdığı yeni geosiyasi reallıqlar sayəsində bu gün sülh və əməkdaşlıq ünvanı kimi beynəlxalq səviyyədə diqqət mərkəzindədir. 

İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra Bakının sülh gündəliyinə başlanması və onun irəliyə aparılması üçün praktik müstəvidə konstruktiv addımlar atması bölgənin tərəqqisi, iqtisadi-ticari inkişafı, ümumiyyətlə, regional əməkdaşlıq  üçün geniş imkanlar yaradıb.  


Praqmatik addımlar


Azərbaycan-Ermənistan normallaşma prosesi ötən ilin əvvəlindən etibarən müsbət məcrada inkişaf etməyə başlayıb və müəyyən irəliləyişlər də əldə olunub. Eyni zamanda ikinci, üçüncü tərəflərə lüzum görülmədən Bakı ilə İrəvanın dialoqlara başlamaları,  masa arxasında bəzi razılaşmalar əldə etmələri prosesin inkişafından xəbər verir. 

Məlum həqiqətdir ki, həm münaqişə, həm də postmünaqişə dövründə məhz tərəflər arasında vasitəçilik etmək istəyən dairələrin qərəzli mövqe tutmaları iki ölkə arasında normallaşmaya nail olunmasına birbaşa maneə yaradan faktorlardan idi. 

Lakin bu yöndə hadisələrin dinamik inkişafına artıq başa çatmaqda olan  2025-ci ildə şahid olduq.  Azərbaycanın liderliyi və fəal təşəbbüsləri ilə irəlilədilən sülh prosesi bu il 8 avqust tarixində Vaşinqton Sammitində öz məntiqi nəticəsinə çatdı. Sözügedən tarixdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişi layihəsinin mətni paraflandı, vacib razılaşmalar əldə edildi. 

Həmin vaxt ABŞ-də Azərbaycanla Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar konkret nəticələrin əldə olunması dünya səviyyəsində də təqdir olundu, siyasi liderlər, beynəlxalq təşkilatlar bu tarixi hadisəni yüksək qiymətləndirmələri barədə açıqlamalar verdilər. 

Vaşinqton zirvəsinin nəticələrindən biri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ölkələrimiz arasında  münaqişənin nəticələrinin aradan qaldırılması üçün vaxtilə yaradılmış ATƏT-in Minsk prosesi və əlaqədar strukturların bağlanması ilə bağlı birgə müraciəti imzalamaları oldu. Dekabrın 1-də ATƏT rəsmi olaraq Minsk prosesini başa çatdırdı və onunla bağlı strukturları ləğv etdi. 

Regionda kommunikasiyaların açılması bölgənin iqtisadi inkişafı üçün vacib şərtdir. Bu mənada 8 avqust tarixində Ağ Evdə Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə bağlı razılaşma əldə edilməsi mühüm əhəmiyyətə malik oldu. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək bu dəhlizin ölkəmizin də fəal iştirak etdiyi Orta dəhliz layihəsinin vacib seqmentinə çevrilməsi onun nə dərəcədə önəmli olduğunu bir daha təsdiqləyir. 

Cari ilin diqqətçəkən hadisələrindən biri Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması oldu. Qazaxıstan və Rusiyadan Ermənistana qatar vasitəsilə artıq bir neçə dəfə taxıl ixracı edilib. Eyni zamanda dekabrın 19-da  Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünə başlanılıb.

Həmçinin etimad quruculuğu sahəsində irəliləyişlər olub. Belə ki, iki ölkənin vətəndaş cəmiyyətləri İrəvan və Bakıya qarşılıqlı səfərlər ediblər ki, bu, cəmiyyətlərin sülhə hazırlanması üçün vacib prosesdir. 


Qətiyyətli, məqsədyönlü və sistemli fəaliyyət


Azərbaycan Xarici İşlər Nazirliyinin 2025-ci ilin yekunlarına dair mətbuat buraxılışında da vurğulanır ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə bir-birinin suverenliyi və ərazi bütövlüyü prinsipləri əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına dair gündəlik milli maraqlara uyğun şəkildə 2025-ci il ərzində də davam etdirilib və normallaşma prosesində irəliləyiş əldə olunub. 8 avqustda ABŞ Prezidenti Donald Trampın evsahibliyi və iştirakı ilə Vaşinqtonda Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutmuş Vaşinqton Sülh Sammiti ilə Azərbaycanın irəlilətdiyi normallaşma gündəliyinin Ermənistan və ümumilikdə beynəlxalq birlik tərəfindən qəbul edilməsi təmin edilib, ölkəmiz prosesin ilk mərhələsindən ortaya qoyulan məqsədlərini qətiyyətlə və sistemli fəaliyyətlə reallaşdırmağa nail olub. 

Mətbuat buraxılışında bildirilir ki, Vaşinqton Sammitinin yekununda Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamədə, Azərbaycan və Ermənistan münaqişənin artıq keçmişdə qaldığını təsdiqləyib və bununla iki ölkə arasında beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında qonşuluq münasibətlərinin qurulması üçün şərtlərin yarandığını bəyan ediblər. Qeyd olunur ki, ərazilərinin 30 ilə yaxın davam edən hərbi işğalına son qoyan Azərbaycan davamlı və qətiyyətli səyləri ilə 2025-ci ildə Ermənistan ilə de-fakto sülhü beynəlxalq hüquqa uyğun və ədalətli şəkildə təsis edib. Azərbaycanın öz ərazisi üzərində suveren nəzarəti bərpa etməsi reallığı və bunun hər hansı yenidən təftiş mövzusu olmayacağı Ermənistan və bütünlüklə beynəlxalq birlik tərəfindən açıq və birmənalı şəkildə qəbul edilib: "...Azərbaycan tərəfi əldə edilmiş bütün razılıqların və götürülmüş bütün öhdəliklərin tam və vaxtında icrasının təmin edilməsini vacib hesab edir.

...Bu kontekstdə, artıq paraflanmış ikitərəfli sazişin imzalanması və ratifikasiyasını təmin etmək üçün Ermənistanın öz konstitusiyasında Azərbaycana qarşı hələ də mövcud olan ərazi iddialarının aradan qaldırması və TRIPP layihəsi ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında maneəsiz əlaqənin təmin edilməsi ilə bağlı öhdəliklərin tam icrası xüsusi əhəmiyyət kəsb edir". Bütün bunlar Bakının öndərliyi ilə regionda de-fakto sülhün əldə edildiyini göstərir. Sadəcə bunu hüquqi çərçivəyə salmaq, sülh müqaviləsini imzalamaq lazımdır. Bunun üçün isə Azərbaycan tərəfinin beynəlxalq hüququn tələblərinə uyğun irəli sürdüyü tələblər yerinə yetirilməlidir. İlk növbədə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları olan konstitusiyasını dəyişdirməlidir.

Necə ki bu məsələ barədə avqustun 8-də Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsi zamanı qəti mövqeyini ifadə edib: "Təbii ki, Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var. Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər".


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb

09:33
30 Dekabr

BDYPİ bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət edib

09:17
30 Dekabr

İran hər hansı potensial təcavüzə sərt cavab verəcəyinə söz verib

08:55
30 Dekabr

Tədqiqat: Günəş işığı kişilərdə depressiya riskini azaldır

08:46
30 Dekabr

Qarabağ və Şərqi Zəngəzurda görülən işlər daha bir əzəmətli zəfərimizdir

08:45
30 Dekabr

Ukrayna 2026-cı ildə ABŞ yardımı alacaq ölkələrin siyahısına daxil edilib

08:43
30 Dekabr

Tramp: ABŞ Türkiyəyə F-35 təyyarələrinin tədarükünü ciddi şəkildə nəzərdən keçirir

08:41
30 Dekabr

20 il əvvəl “Qərbi Azəri”dən ilk neft hasil olunmuşdur

08:40
30 Dekabr

ABŞ Prezidenti: Türkiyə qoşunlarının Qəzza zolağında yerləşdirilməsinə etiraz etmirəm

08:39
30 Dekabr

TAP-ın ilk yubileyi

08:35
30 Dekabr

Fətəli xan Xoyskinin siyasi baxışları və dövlətçilik fəlsəfəsi

08:30
30 Dekabr

2025-ci il sosial müdafiə sahəsində növbəti uğurlarla yadda qaldı

08:25
30 Dekabr

Zəfərdən dirçəlişə

08:20
30 Dekabr

“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib

08:15
30 Dekabr

195 yaşlı Şuşa qəza məktəbi - ilk dünyəvi təhsil ocağı

08:10
30 Dekabr

Azərbaycanın liderliyi, sülh strategiyası və yeni regional reallıqlar

08:05
30 Dekabr

Azərbaycanın başlatdığı sülh prosesi real nəticələr verir

08:00
30 Dekabr

Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında

03:31
30 Dekabr

“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə

03:29
30 Dekabr

Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında

03:15
30 Dekabr

Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında

03:13
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!