16 Mart 2026 13:53
143
İQTİSADİYYAT
A- A+
Azərbaycanda sənaye təhlükəsizliyi sahəsinə dair yeni dövlət standartları qəbul edilib

Azərbaycanda sənaye təhlükəsizliyi sahəsinə dair yeni dövlət standartları qəbul edilib


Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) sənaye təhlükəsizliyi sahəsinə dair yeni dövlət standartları qəbul edib.

AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, yeni dövlət standartları bunlardır: AZS ISO 4414:2026 “Pnevmointiqallı sistemlər, onların komponentləri ilə bağlı ümumi qaydalar və təhlükəsizlik tələbləri”, AZS ГОСТ 15.109:2026 “Məhsulun işlənib hazırlanması və istehsala buraxılması sistemi. Sənaye partlayıcı materialları”, AZS ГОСТ 194:2026 “Texniki difenilamin. Texniki şərtlər”, AZS ГОСТ 23172:2026 “Stasionar qazanlar. Terminlər və təriflər”, AZS ГОСТ 24856:2026 “Boru kəməri armaturu. Terminlər və təriflər”, AZS ГОСТ 31371.1:2026 “Təbii qaz. Qaz xromatoqrafiyası üsulu ilə tərkibin təyini və qeyri-müəyyənliyin qiymətləndirilməsi. Hissə 1. Ümumi məlumatlar və tərkibin təyini”, AZS ГОСТ 33732:2026 “Pirotexniki məmulatlar. Ümumi təhlükəsizlik tələbləri”, AZS ГОСТ 33950:2026 “Pirotexniki məmulatlar. Sınaq metodları”, AZS ГОСТ 33984.2:2026 “Liftlər. Sertifikatlaşdırma zamanı tədqiqat (sınaq) və ölçmələrin aparılma qayda və metodları. Nümunə götürmə qaydaları” və AZS ГОСТ 33984.3:2026 “Liftlər. Liftin təhlükəsizlik qurğularının sertifikatlaşdırılması aparılarkən tədqiqat (sınaq) və ölçmələrin aparılma qayda və metodları. Nümunələrin götürülmə qaydaları”.

“2026-2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı”nın icrası çərçivəsində qəbul edilən bu dövlət standartları pnevmointiqallı sistemlər, sənaye partlayıcı materialları, texniki difenilamin, stasionar qazanlar, boru kəməri armaturu, təbii qazın tərkibinin təyini, pirotexniki məmulatlar və liftlər üzrə təhlükəsizlik qurğularının sınaq və sertifikatlaşdırma qaydalarını müəyyən edir.

Yeni dövlət standartlarının tətbiqində məqsəd sənaye obyektlərində təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, müasir yanaşmalarla məhsul və avadanlıqların uyğunluğunun vahid tələblər əsasında qiymətləndirilməsi, eləcə də milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasının təmin edilməsidir.

Sözügedən dövlət standartı layihələri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən təsis edilən “Sənaye təhlükəsizliyi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 50) iclasında müzakirə edilib və AZSTAND tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Parlamentlərarası İttifaqın prezidenti: Qlobal Bakı Forumu beynəlxalq platforma kimi mühüm əhəmiyyətə malikdir  

15:28
16 Mart

Azərbaycandan dünyaya sülh və təhlükəsizlik çağırışları  

15:15
16 Mart

Nino Burcanadze: Azərbaycan, Gürcüstan və Ermənistanın iqtisadi inkişaf mərhələsinə qədəm qoyacağına inanıram  

15:12
16 Mart

“ASAN xidmət” Qvineyada tətbiq ediləcək

15:07
16 Mart

Ukrayna əhalisinin əksəriyyəti sülh sazişinə dair referendum ideyasını dəstəkləyir  

15:05
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Xocavənd şəhərində təmir olunmuş fərdi evə baxış keçiriblər  

15:04
16 Mart

Ukrayna müharibəsi: Fransa Kiyevə yeni hava hücumundan müdafiə sistemi təqdim edəcək  

14:57
16 Mart

Şərqi Afrika Ədalət Məhkəməsinin nümayəndə heyəti Ali Məhkəmədə olub  

14:55
16 Mart

Türkiyənin daxili işlər naziri: İrandan qaçqın axını müşahidə olunmur  

14:50
16 Mart

BDYPİ: Ötən həftənin sonunda qeydə alınan piyadavurma hadisələrinin sayı ciddi xəbərdarlıqdır

14:46
16 Mart

Azərbaycan millisinin yeni baş məşqçisi Rui Jorje ictimaiyyətə təqdim olunub  

14:43
16 Mart

BƏƏ-də raketin düşməsi nəticəsində 1 nəfər ölüb

14:39
16 Mart

Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib  

14:28
16 Mart

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlər hərbi anda daim sadiq qalacaqlarına söz veriblər

14:18
16 Mart

Azərbaycana ən çox dərman idxal edən ölkələr açıqlanıb  

14:08
16 Mart

Nazirlik: Ödənişli atalıq məzuniyyəti verilənlərin sayı 100-dən çoxdur

14:01
16 Mart

Azərbaycanda sənaye təhlükəsizliyi sahəsinə dair yeni dövlət standartları qəbul edilib

13:53
16 Mart

Səudiyyə Ərəbistanında 64 PUA zərərsizləşdirilib  

13:47
16 Mart

Peter Siyarto: Macarıstan Rusiyaya qarşı 20-ci sanksiya paketini dəstəkləməyəcək  

13:37
16 Mart

Sabahın hava proqnozu açıqlanıb VİDEO

13:14
16 Mart

Azərbaycan qlobal problemlərin müzakirəsində aparıcı platforma rolunu gücləndirir

13:01
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!