16 Mart 2026 14:57
163
DÜNYA
A- A+
Ukrayna müharibəsi: Fransa Kiyevə yeni hava hücumundan müdafiə sistemi təqdim edəcək  

Ukrayna müharibəsi: Fransa Kiyevə yeni hava hücumundan müdafiə sistemi təqdim edəcək  


Ukrayna Prezidenti Volodimir Zelenskinin Parisə səfəri çərçivəsində Fransa Prezidenti Emmanuel Makron ilə aparılan danışıqlarda əsas mövzulardan biri Fransa-İtaliya istehsalı olan “SAMP/T” hava hücumundan müdafiə sistemi olub.

AZƏRTAC xəbər verir ki, Fransa Prezidentinin sözlərinə görə, “SAMP/T” sistemi hazırda bu sahədə əsas istinad sayılan ABŞ istehsalı “Patriot” sistemindən daha səmərəli ola bilər. Kiyev isə bu alternativi ballistik raketlərə qarşı bu il sınaqdan keçirməyi planlaşdırır. Ukrayna ballistik raket hücumlarına qarşı mübarizədə Fransa və İtaliya ilə əməkdaşlıq edir. AFP agentliyinin məlumatına görə, Volodimir Zelenski bu il “SAMP/T” sisteminin sınaqdan keçiriləcəyini açıqlayıb. “SAMP/T” sistemi 2010-cu ildə Fransa və İtaliyanın əməkdaşlığı ilə, daha sonra isə Böyük Britaniyanın iştirakı ilə yaradılıb. İndi isə onun yeni nəsli sınaqdan keçiriləcək. Fransa Silahlı Qüvvələr Nazirliyinin bildirdiyinə görə, bu yeni versiya “SAMP/T” sisteminin əsas üstünlüklərini qoruyaraq daha uzaq məsafəli ballistik təhdidlərə qarşı mübarizə aparmaq imkanına malik olacaq.

“SAMP/T” sisteminin əsas üstünlüyü təyyarələrə, qanadlı raketlərə və dronlara qarşı müdafiə təmin edə bilməsidir. Sistem 5 min kilometr/saatdan çox sürətə – yəni “Mach 4+” səviyyəsinə çata bilən “Aster 30” raketləri ilə təchiz olunub.

Bu müdafiə sistemi Fransa və Avropanın müdafiə sənayesi şirkətlərini birləşdirən Eurosam konsorsiumu tərəfindən hazırlanıb. Konsorsiuma “Thales Group” və “MBDA” şirkətləri daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avrokomissar: Rusiyadan enerji idxalını dayandıracağıq

17:01
16 Mart

Donald Tramp NATO müttəfiqlərinə xəbərdarlıq edib: Hörmüz boğazında təhlükəsizlik təmin edilməsə, daha pis proseslər baş verə bilər  

16:59
16 Mart

SOMDA-nın əməkdaşları peşə bayramını qeyd ediblər

16:58
16 Mart

Peter Siyyarto: Ukrayna “Drujba” kəməri ilə bağlı görüşdən imtina edib

16:57
16 Mart

Ekspert: Qlobal geosiyasi gərginliklər fonunda Azərbaycanın tranzit və logistika rolu sürətlə artır  

16:56
16 Mart

Xocavənd rayonunda bağçılıq təsərrüfatına baxış keçirilib

16:56
16 Mart

Aİ müharibədən zərər çəkmiş Yaxın Şərq regionu üçün 458 milyon avroluq humanitar yardım ayırıb

16:41
16 Mart

Qvineyalı nazir: Ölkəmizdə “ASAN xidmət” modelinin tətbiqi bizi çox həvəsləndirir  

16:33
16 Mart

Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevə  

16:18
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Xocavənd şəhərinin Baş planı ilə tanış olublar

16:09
16 Mart

Azərbaycan və Çin münasibətlərinin dərinləşdirilməsi perspektivləri nəzərdən keçirilib

16:01
16 Mart

Starmer: Müttəfiqlərlə Hörmüz boğazının açılması üçün plan hazırlanır 

15:54
16 Mart

Ötən həftə 323 mina və 724 partlamamış hərbi sursat zərərsizləşdirilib 

15:49
16 Mart

Britaniya hökuməti işsizliyin azaldılması üçün 1 milyard funtluq plan hazırlayır

15:37
16 Mart

Parlamentlərarası İttifaqın prezidenti: Qlobal Bakı Forumu beynəlxalq platforma kimi mühüm əhəmiyyətə malikdir  

15:28
16 Mart

Azərbaycandan dünyaya sülh və təhlükəsizlik çağırışları  

15:15
16 Mart

Nino Burcanadze: Azərbaycan, Gürcüstan və Ermənistanın iqtisadi inkişaf mərhələsinə qədəm qoyacağına inanıram  

15:12
16 Mart

“ASAN xidmət” Qvineyada tətbiq ediləcək

15:07
16 Mart

Ukrayna əhalisinin əksəriyyəti sülh sazişinə dair referendum ideyasını dəstəkləyir  

15:05
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Xocavənd şəhərində təmir olunmuş fərdi evə baxış keçiriblər  

15:04
16 Mart

Ukrayna müharibəsi: Fransa Kiyevə yeni hava hücumundan müdafiə sistemi təqdim edəcək  

14:57
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!