Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Qiymətləndiricilərin ixtisas imtahanı necə keçiriləcək? - Sektorda yeniliklər
Oktyabrın 27-də Azərbaycanda qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlər ilk növbədə Mərkəzin internet saytında “Şəxsi kabinet” yaratmalı və 11 sentyabr saat 12:00-dan 7 oktyabr saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Oruc “...” saytına açıqlamasında sözügedən imtahan və onun sektora gətirəcəyi yeniliklərlə bağlı fikirlərini bölüşüb:
“Dövlət İmtahan Mərkəzi (DİM) AQC-də təmsil olunan İqtisad Universiteti və digər ali tədris müəssisələrinin mütəxəssislərindən ibarət Ekspertlər Şurası tərəfindən hazırlanmış tədris proqramı ilə bu imtahana start verib. Tədris proqramı DİM-in saytında qeyd olunub. Proqram 9 istiqamət üzrə müddəaları özündə əks elətdirir. Bu istiqamətlərdə müəyyən olunmuş proqrama uyğun şəkildə sual bankı yaradılır. Hazırda mütəxəssislərimiz tərəfindən sual bankı formalaşdırılır. Bu sual bankı formalaşdırıldıqdan sonra imtahanın keçirilməsi baş tutacaq”.
V.Oruc bildirib ki, imtahanı uğurla verən iddiaçılara qiymətləndirici şəhadətnaməsi veriləcək:
“İmtahanda 30 sual olacaq. Maksimum nəticə 60 baldır. 60 baldan 30 və ya daha artıq bal əldə edənlər qiymətləndirici şəhadətnaməsini alacaqlar. Bundan sonra Qiymətləndiricilər Palatası formalaşdırılacaq. Palata həmin imtahandan keçmiş minimum 15 qiymətləndirici tərəfindən formalaşdırılır. Qiymətləndirmə fəaliyyəti haqqında qanuna müvafiq olaraq həmin Palata üzvlərindən sədr, müavinlər və rəyasət heyətinin üzvləri seçilir. Bununla da qiymətləndirmə sektoruna rəhbərlik Qiymətləndiricilər Palatası vasitəsilə aparılacaq”.
V.Oruc Palatanın yaradılmasının təmsil etdiyi sektor üçün mühüm addım olacağını vurğulayıb:
“Uzun müddətdir AQC olaraq sektordakı müəyyən özbaşnalıq və neqativ halların aradan qaldırılması üçün inzibati alətlər arzulayırdıq. Bu alətlər sektorun tənzimlənməsi üçün vacib əhəmiyyət kəsb edirdi. 2022-ci ildə AQC-nin sədri seçilərkən öz seçki platformamda qeyd etmişdim ki, qısa müddətdə Qiymətləndirmə Palatasının yaradılması və sektorda tənzimləmə səlahiyyətinin bu quruma verilməsi üçün əlimizdən gələni etməyə çalışacaq və bu istiqamətdə təkliflərimizi müvafiq instansiyalara təqdim edəcəyik. Dövlətimizin bu sahəyə xüsusi diqqətinin göstəricisidir ki, ötən ilin 30 dekabrında Prezident İlham Əliyev tərəfindən qiymətləndirmə haqqında yeni qanun təsdiqləndi. Artıq bu istiqamətdə real addımlar atılır. Bu real addımların arxasında AQC, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, DİM, Ədliyyə Nazirliyinin aylarla ardıcıl formada apardığı əməkdaşlıq dayanır. Bu əməkdaşlığın nəticəsində çox mükəmməl bir imtahan proseduru təşkil olunub. Mütəxəssislərimiz yüksək səviyyədə proqram tərtib edib. Proqramı bu istiqamətdə həm pedoqoji, həm də praktiki fəaliyyəti həyata keçirən şəxslər hazırlayıb. AQC-nin rəhbərliyində təmsil olunan şəxslər, əsasən də İqtisad Universitetinin müəllim heyəti tərəfindən tərtib olunan bu proqram dövrün tələblərinə və elmi-pedaoqoji tələblərə tam cavab verir”.
V.Oruc deyib ki, belə imtahanın keçirilməsi və Palatanın formalaşdırılması qiymətləndirmə sektorunun yenidən və peşəkar səviyyədə təşkili üçün böyük imkanlar yaradacaq:
“Artıq peşəkar fəaliyyəti olmayan şirkət və ya təşkilatlar qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilməyəcəklər. Bu, müasir dövrün tələbi, o cümlədən Azərbaycanda maliyyə şəffaflığı, maliyyə hesabatlılığı və güclü iqtisadiyyatın qurulması istiqamətində Prezidentin həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Belə bir imtahanın keçirilməsi, Palatanın yaradılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi imkanlarını Azərbaycan rəhbərliyi, xüsusilə də Prezident tərəfindən bizim üçün yaradılmış böyük şans hesab edirik. Qiymətləndirmə sektorunun daha da inkişafını təmin etmək, mövcud neqativ halları aradan qaldırmaq üçün bu şansdan istifadə etmək qərarındayıq. Bu prosesdə yaxından əməyi olan insanların, qurumların təmənnasız dəstəyi xüsusi qeyd olunmalıdır. Hesab edirəm ki, beynəlxalq arenada tələblərə cavab verən qiymətləndirmə sektorunun Azərbaycanda formalaşdırılması çox mühüm addımdır və son dövrlər əldə etdiyimiz uğurların ən böyüyüdür”.
V.Oruc AQC-nin son dövrlər şirkətlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şəffaf sertifikatlaşdırma imtahanlarının keçirilməsi, dövlət qurumları ilə əlaqələrin qurulması istiqamətində ciddi addımlar atdığını diqqətə çatdırıb:
“Beynəlxalq çərçivədə münasibətlərimiz inkişaf edib. Ayrı-ayrı ölkələrin qiymətləndiricilər birlikləri ilə ikitərəfli əməkdaşlıq müqaviləsi bağlamışıq. Beynəlxalq birlik statusu olan Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasını təsis etmişik və hazırda Azərbaycan bu quruma rəhbərlik edir. Ən böyük uğurumuz isə Azərbaycanda qiymətləndirmə fəaliyyəti haqqında yeni qanunun qəbulu və bundan irəli gələrək imtahanların keçirilməsi, tədris proqramının hazırlanması, sual bankının yaradılmasıdır. Yekun olaraq Qiymətləndiricilər Palatasının yaradılması ilə bağlı işlərin aparılması bizim ardıcıl uğurlarımızın bariz nümunəsidir”.
Qeyd edək ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna və Nazirlər Kabinetinin 2024-cü il 20 may tarixli 267 nömrəli Qərarına əsasən ölkəmizdə qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin formasının verilməsi DİM tərəfindən həyata keçirilir. Qiymətləndirmə faliyyəti ilə məşğul olmaq istəyən şəxs ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik olmalı, ixtisas imtahanını müvəffəqiyyətlə verməli və Qiymətləndiricilər Palatasının üzvü olmalıdır. İxtisas imtahanı yuxarıda qeyd olunmuş 9 istiqamət üzrə 27 oktyabr 2024-cü il tarixində DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 108. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək.
Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib
Bakıda Macarıstanın Milli Günü qeyd edilib
Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxış edib
Milli Məclisin sədri: İnnovasiya Azərbaycanın inkişaf gündəliyində mühüm yer tutur
Azərbaycan Qazaxıstandan ən populyar 10 hava istiqaməti arasında yer alır
Milli Məclis Parlamentlərarası İttifaqla birlikdə COP29 çərçivəsində parlament görüşü təşkil edəcək
Nazir: Azərbaycanda Macarıstanın 26 şirkəti fəaliyyət göstərir
Millətlər Liqası: Azərbaycan - Slovakiya oyunu başlayıb
Praqada Ermənistanın mina terrorunun qurbanlarına həsr olunmuş fotosərgilər açılıb
Numan Kurtulmuş: Zəngəzur dəhlizinin açılması Türk dünyasına böyük imkanlar yaradacaq
Ombudsman: Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalıdır
“Lada”nın yeni “üzv”ü təqdim olunacaq
Mars atmosferindən batareya hazırlanıb
Azərbaycan 75-ci Beynəlxalq Astronavtika Konqresində təmsil olunur
Türkiyə Böyük Millət Məclisinin üzvləri “Fəxri ağsaqqal” döş nişanı ilə təltif olunublar
Polşa mina sahələri yaradacaq
NATO nüvə təliminə başlayır
Növbəti 50 ildə gözlənilən önəmli astronomik hadisələr
İran parlamentinin sədri: Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət veririk
Prezident İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB
Rəsədxana: Oktyabrın 15-16-da geomaqnit qasırğası gözlənilir
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!