20 May 2022 16:20
624
SİYASƏT
A- A+

Azərbaycanda iqtidar-müxalifət dialoqu çərçivəsində növbəti görüş Klassik Xalq Cəbhəsi Partiyasının sədri ilə keçirilib

Ölkəmizdə yeni siyasi konfiqurasiyanın inkişafı, iqtidar-müxalifət dialoqunun davamı olaraq Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mayın 20-də Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev ilə görüşüb.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Administrasiya rəsmisi Vətən müharibəsində qazanılmış Qələbə, müharibə dövründə siyasi partiyaların siyasi həmrəylik nümayiş etdirməsi, regionda yeni siyasi reallıqların yaranması barədə geniş söz açıb. Bu reallıqlar kontekstində Prezident İlham Əliyevin siyasi iradəsi ilə aparılan iqtidar-müxalifət dialoqu barədə danışan şöbə müdiri bildirib ki, dövlətçiliyin, müstəqilliyin qorunmasında, siyasi plüralizmin, fikir azadlığının təmin olunmasında siyasi partiyaların yeri və rolu danılmazdır. Bu səbəbdən, ölkəmizdə aparılan siyasi dialoq gələcəkdə siyasi sistemin təməl prinsiplərini möhkəmləndirəcək.

Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan köklü siyasi islahatlar nəticəsində siyasi partiyaların fəaliyyəti üçün bütün imkanlar yaradılıb. Siyasi partiyaların qərargahla təmin olunması, media resurslarının bütün imkanlarından geniş istifadə etməsi, qurultaylarının keçirilməsi və nəticələrinin dövlət qeydiyyatına alınması, siyasi partiyaların mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə fəaliyyətlərini qurması, fikir və söz azadlığının təmin olunması, çoxpartiyalı sistemin inkişafı yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. Bundan əlavə, yaradılmış yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması hər kəsə bərabər şəraitin yaradılmasını özündə ehtiva edir. Siyasi dialoqun nəticəsi kimi bu gün müxalifətlə iqtidar arasında sağlam əməkdaşlıq mühiti formalaşıb, hər bir partiya yeni reallıqları qorumalı və inkişaf etdirməlidir.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev öz növbəsində ölkəmizdəki siyasi dialoq təşəbbüslərini yüksək qiymətləndirdiyini bildirib, Vətən müharibəsi zamanı əldə olunmuş siyasi birliyin və milli həmrəyliyin Qələbənin və dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. İqtidar-müxalifət dialoqu və yeni siyasi konfiqurasiyanın önəmi barədə danışan partiya sədri deyib ki, Klassik Xalq Cəbhəsi partiyası öz fəaliyyətini hər zaman dövlətçiliyin qorunması istiqamətində qurub və bundan sonrada bu istiqamətdə işlərini davam etdirəcək.

Sonda ölkəmizdə siyasi dialoq mədəniyyəti, dövlət siyasətinin müxtəlif istiqamətləri ilə bağlı siyasi partiyaların təklif və təşəbbüsləri, işğaldan azad olunan torpaqlarımızda aparılan quruculuq işləri, Böyük Qayıdış prosesi, beynəlxalq münasibətlər sistemində Azərbaycana olan ikili münasibət barədə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video