12 İyun 2026 11:28
163
CƏMİYYƏT
A- A+
Azərbaycanda buğda istehsalı üzrə hədəflərə çatmaq üçün nəzərdə tutulan tədbirlər açıqlanıb  

Azərbaycanda buğda istehsalı üzrə hədəflərə çatmaq üçün nəzərdə tutulan tədbirlər açıqlanıb  


"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın ən mühüm istiqamətlərindən biri buğda istehsalının artırılması və məhsuldarlığın yüksəldilməsidir. Bu sahədə yanaşma artıq daha hədəfli formalaşdırılır. Rayonlar potensiala, suvarma imkanlarına, aqropark infrastrukturuna və lazer hamarlama imkanlarına görə qruplaşdırılır.

AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda keçirilən Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, buğda istehsalı üzrə 22 rayon hədəf rayon kimi müəyyən edilib.

“Bu rayonlar ölkədə istehsal olunan taxılın böyük bir hissəsini təmin edir və burada suvarılan sahələr, müasir suvarma potensialı, aqropark infrastrukturu və lazer hamarlama imkanları daha yüksəkdir. Ağsu rayonu bu 22 rayonun siyahısına daxildir. Hədəf rayonlarda orta məhsuldarlığın 50 sentnerə, dəmyə rayonlarında hansı ki buna İsmayıllı, Şamaxı, Qobustan da daxildir- 30 sentnerə çatdırılması nəzərdə tutulur. Perspektiv rayonlarda isə 2029-cu ildən sonra məhsuldarlıq hədəfi 50 sentner kimi müəyyən edilir. Bu hədəflərə çatmaq üçün bir neçə əsas tədbir nəzərdə tutulur. Birincisi, müasir suvarma sistemlərinin tətbiqi genişləndiriləcək. İkincisi, texnika təminatı yaxşılaşdırılacaq. Üçüncüsü, lazer hamarlama texnologiyasının tətbiqi genişləndiriləcək. Dördüncüsü, buğda istehsalının inkişafına dövlət dəstəyi artırılacaq. Beşincisi, aqrotexniki qulluq işlərinə nəzarət gücləndiriləcək və zəruri meliorativ tədbirlər həyata keçiriləcək”, - deyə kənd təsərrüfatı nazirinin müavini vurğulayıb.

İlhamə Qədimova qeyd edib ki, xüsusi qeyd edilməli olan dəstək mexanizmlərindən biri kredit faizlərinin subsidiyalaşdırılmasıdır: “Birillik əkinlərin istehsalı üçün banklar tərəfindən fermerlərə verilən kreditlərin illik faiz dərəcəsinin 19 faizi keçməyən hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulur. Bu, fermerlərin maliyyə yükünü azaltmaq və əkin dövriyyəsinə daha rahat vəsait cəlb etmək baxımından mühüm dəstəkdir. Digər mühüm dəstək lazer hamarlama ilə bağlıdır. Lazer hamarlama tətbiq edən fermerlərin istehsal etdiyi məhsulu dəyirmanlara təhvil verdiyi hər tona görə həm fermerə, həm də dəyirmana əlavə məhsul subsidiyasının tətbiqi nəzərdə tutulur. Bu mexanizm həm fermeri texnologiyadan istifadəyə təşviq edir, həm də emal müəssisələri ilə istehsalçı arasında əlaqəni gücləndirir. Buğda istehsalında məhsuldarlığın artırılması üçün yalnız subsidiya kifayət deyil. Toxum düzgün seçilməli, torpaq analizi aparılmalı, səpin optimal müddətdə həyata keçirilməli, gübrələmə norması torpağın real tərkibinə uyğun müəyyən edilməli, suvarma vaxtında aparılmalı, xəstəlik və zərərvericilərə qarşı mübarizə gecikdirilməməlidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Agentlik: Ölkə üzrə 4 min 194 ümumtəhsil məktəbi fəaliyyət göstərir

13:01
12 İyun

Sahil Babayev: Beynəlxalq əməkdaşlıq və diplomatik fəaliyyətə 655 milyon manat xərclənib  

12:51
12 İyun

İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib

12:47
12 İyun

Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktura 4,5 milyard manat vəsait yönəldilib

12:46
12 İyun

Maliyyə naziri: Dövlət borcu ÜDM-in 18,4 faizinədək azalıb

12:37
12 İyun

İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib

12:36
12 İyun

Pakistanda polisə hücum olub: ölənlər var

12:33
12 İyun

Maliyyə naziri: Məcmu valyuta ehtiyatlarının səviyyəsi makroiqtisadi sabitliyin mühüm təminatıdır

12:31
12 İyun

“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir  

12:29
12 İyun

Nazir: 2025-ci ildə dövlət büdcəsi ölkənin inkişaf prioritetlərinə uyğun şəkildə icra edilib  

12:26
12 İyun

Koordinasiya Şurası ölkə risk qiymətləndirilməsi hesabatını təsdiqləyib

12:23
12 İyun

Qızılın qiyməti həftəni 3,5 faizlik itki ilə tamamlayır

12:19
12 İyun

Əli Əhmədov: Qurtuluş məfkurəsi Azərbaycanın gələcəyinə istiqamət verir

12:16
12 İyun

Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb  

12:13
12 İyun

İcra başçısı: Ötən il İsmayıllıda 31 min hektar əkin sahəsindən 96 min ton taxıl məhsulu əldə olunub

12:11
12 İyun

Sədr müavini: Qərb regionunda 32 subartezian quyusunun təmiri nəzərdə tutulur

12:07
12 İyun

Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb

12:03
12 İyun

Nazir müavini: 2030-cu ilə qədər qoyun əti istehsalının 21 faiz artırılması nəzərdə tutulur  

12:01
12 İyun

Sahibə Qafarova: Ulu Öndərin dövlətçilik konsepsiyası xalqın uzunmüddətli strateji maraqlarına əsaslanır  

11:59
12 İyun

ADSEA sədri görülən və planlaşdırılan işləri açıqlayıb

11:57
12 İyun

Heydər Əliyev Beynəlxalq Aeroportundan 40-a yaxın aviaşirkət tərəfindən aviareyslər həyata keçirilir

11:54
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!