20 Mart 2025 08:15
383
SİYASƏT
A- A+
Azərbaycana qarşı çirkin kampaniyalar həyata keçirmiş şər yuvalarının layiqli sonu

Azərbaycana qarşı çirkin kampaniyalar həyata keçirmiş şər yuvalarının layiqli sonu


"Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə də müdaxiləni yolverilməz hesab edir. Ölkəmiz hər zaman demokratik təsisatların inkişafına böyük önəm verir. Bu baxımdan, bir çox beynəlxalq siyasi qurumlarla əməkdaşlıq əlaqələri qurulub, amma zaman keçdikcə bəzi beynəlxalq siyasi institutlar müxtəlif maraq qruplarının əlində alətə çevrilərək müstəqil siyasət həyata keçirən ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunmağa başlayıb". 

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. Deputat bildirib ki, bu çirkin kampaniyaları "demokratiyaya dəstək", "insan hüquqlarının müdafiəsinə dəstək", "azad mətbuata dəstək" və sair bəhanələr pərdəsi ilə örtməyə çalışıblar. Əsl məqsəd müstəqil siyasəti qəbul etməmək, hər vasitədən istifadə edərək öz maraqlarını reallaşdırmaq olub. Bu sırada ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən Beynəlxalq İnkişaf Agentliyi, "Azad Avropa/Azadlıq Radiosu" Media Korporasiyaları ön planda olublar. Bu qurumlar uzun onilliklər ərzində müxtəlif dövlətlərə, xalqlara, o cümlədən Azərbaycan dövlətinə və xalqına qarşı çirkin kampaniyalar təşkil ediblər. Guya müstəqil olan bu cür qurumlar, əslində, siyasi proseslərə müdaxilə etməyi, cəmiyyətləri çaşdırmağı, ictimai-siyasi prosesləri manipulyasiya etməyi, dövlətçilik prinsiplərini zəiflətməyi fəaliyyətlərində əsas istiqamət seçiblər. Bu məqsədlə ölkə daxilində öz maraqları üçün şəbəkə formalaşdıraraq müxtəlif çirkin niyyətlərini həyata keçirməyə cəhdlər edirdilər. Amma ABŞ-də Donald Trampın prezident seçilməsindən sonra həmin qurumların əsl siması ifşa olunub. 

V.Rəhimzadə xatırladıb ki, Donald Tramp martın 14-də ABŞ hökumətinin Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sərəncam imzalayıb: "Bu agentlik "Azadlıq radiosu" media korporasiyasına və "Amerikanın səsi" radiostansiyasına nəzarət edir. Bu radiolar uzun onilliklər Azərbaycan dövlətinə və xalqına qarşı çirkin kampaniyalar təşkil ediblər. Özü də bu çirkin oyunlar USAID-nin "humanitar" yardım göstərmək adı ilə bu media qurumlarına ayırdığı qrantlar vasitəsilə həyata keçirilib. ABŞ-nin ideoloji mübarizəsində təbliğat vasitəsi kimi istifadə olunan "Azadlıq Radiosu" və "Amerikanın səsi" uzun illər təyinatları üzrə yox, başqa ölkələrin daxili işlərinə müdaxilə və digər məqsədlər üçün istifadə edilib. Donald Trampın bu qurumların hökumətdən maliyyələşdirilməsinə son qoyulması ilə bağlı qərarı erməni lobbisinin, həmçinin dünya ölkələrində sabitliyin pozulmasında maraqlı qüvvələr tərəfindən hiddətlə qarşılanıb. Hətta onlar Tramp administrasiyasına qarşı total hücuma start veriblər. Səbəb aydındır. Tramp onların illərdir yaratdığı bataqlığı qurutmağa başlayıb. Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında onilliklərlə erməni diasporunu dəstəkləyən belə strukturların fəaliyyətinə toxunaraq bildirdi ki, dəfələrlə biz bu məsələni erməni nümayəndələrinin və onların Brüsseldəki yeni ağalarının qarşısında qaldırmışıq: "Çünki onlar indi böyük qardaşını dəyişiblər. Bu gün bu, Brüsseldir. Prezident Trampın qələbəsinə qədər bu, Dövlət Departamenti, USAID idi. Məhz indi ciddi problemlərlə üzləşən Menendes kimi rüşvətxor Amerika siyasətçiləri idi. Menendes siyahıda hələ sonuncu deyil. Necə deyərlər, bir qaranquşla bahar olmur. Xeyli digərləri var ki, erməni pulunu ciblərinə qoyurlar. Mən onların adını çəkə bilərəm, adları məlumdur: cənab Adam Şif, cənab Frenk Pallone, xanım Nensi Pelosi və bir çox digərləri var. Onlar onilliklər ərzində Azərbaycana hücum çəkmək və onu gözdən salmaq üçün Birləşmiş Ştatlarda erməni diaspor təşkilatlarından pullar alıblar. Beləliklə, biz Prezident Trampa bataqlığın qurudulmasında uğurlar arzu edirik. Bu, asan deyil. Lakin edilməlidir. Həmçinin biz USAID-in Azərbaycanda qeyri-qanuni fəaliyyəti ilə bağlı Amerikanın orqanları ilə məlumat mübadiləsinə hazırıq. Onlar insanlara necə rüşvət verirdilər?! Onlar qeyri-qanuni maliyyə kanallarından necə istifadə edirdilər?! Onlar Azərbaycanın qanunlarını və normalarını necə pozurdular?! İndi məsuliyyətli olmaq vaxtı yetişib. Biz əlimizdə olan bütün informasiyanı təqdim etməyə hazırıq".

Deputat vurğulayıb ki, "Azadlıq" radiosunun "demokratik dəyərlər" bəhanəsi ilə destruktiv fəaliyyətlə məşğul olduğu dəfələrlə bəyan edilib. Bu radio Azərbaycana qarşı qərəzli məlumatların paylaşılmasını birbaşa təşviq edərək hər zaman riyakar fəaliyyəti ilə seçilib. "Soyuq müharibə" dövrünün təbliğat vasitəsi olan "Azadlıq radiosu" və "Amerikanın səsi" uzun illər ərzində yalan informasiyalar yaymaq, başqa ölkələrin daxili işlərinə müdaxilə etməyə cəhd etməklə məşğul olublar. Adıçəkilən qurumlar keçmiş işğal dövründə Azərbaycanın ərazilərinin zəbtini, suverenliyinin pozulmasını, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün düşməsini dünyaya çatdırdılarmı? Xeyr! Əksinə, aldıqları sifarişlərə uyğun olaraq birmənalı şəkildə Ermənistanın, erməni lobbisinin maraqlarına uyğun çirkin təbliğat ilə məşğul oldular. İkinci Qarabağ müharibəsi, birgünlük lokal antiterror tədbirləri və ötən ilin noyabrında ölkəmizdə keçirilən COP29 zamanı bu qurumlar öz çirkin təbliğatlarını davam etdirdilər. "Hər zaman Azərbaycanın uğurlarına kölgə salmağa və ictimai rəyi manipulyasiya etməyə çalışıblar. Ötən illər ərzində Azərbaycanla bağlı qərəzli və ikili standartlardan çıxış edən çoxlu sayda materiallar yayımlayıblar. Bu baxımdan, həmin qurumların fəaliyyətinin ləğvi və ya məhdudlaşdırılması müxtəlif xarici qüvvələrin dövlətin daxili işlərinə qarışmaq cəhdlərinin qarşısının alınması baxımından vacib addımdır. Ümid edirik ki, Tramp administrasiyasının qərarı müxtəlif ölkələrə, o cümlədən Azərbaycana qarşı da çirkin kampaniyalar həyata keçirmiş bu şər yuvalarının fəaliyyətinə birdəfəlik son qoyacaq. Dövlətimizin başçısı İlham Əliyev ötən il Şuşada keçirilən  "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda bir daha diqqəti bu reallıqlara yönəltdi ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Faktların manipulyasiyası diqqətdən kənarda qalmır.  Ölkəmiz  uzun illər bunun qurbanı olub. Əlbəttə, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə, bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər. Azərbaycanı reallıqdan çox uzaq  bir şəkildə təqdim edirdilər. Ölkəmizə gələn xarici qonaqlar bildirirdilər ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik.  Dezinformasiyalar  beynəlxalq ictimaiyyətin diqqətini əsas məsələlərdən  yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir", - deyə siyasətçi əlavə edib.

 Deputat bildirib ki, bütün cəhdlərə baxmayaraq, Azərbaycan daim ardıcıl şəkildə hədəflərə doğru inamla addımlayır. Ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətin uğurları davamlı olmaqla yanaşı, Azərbaycanın beynəlxalq münasibətlər sistemində  rolunu, söz sahibliyini möhkəmləndirir.


Əsmər QABİLQIZI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

00:51
22 Mart

Türkiyənin ən böyük neft yatağında hasilat həcmi sutkada 80 min barrelə çatır

22:51
21 Mart

ADSEA: Xırdalan şəhərinin su təchizatı dayandırılıb

22:38
21 Mart

Gürcüstanın Baş naziri: Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür

22:23
21 Mart

Özbəkistan Prezidenti: İkitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir

22:11
21 Mart

İran Prezidenti: Ümid edirəm ki, yeni il ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək, xalqlarımızın rifah və firavanlığına xidmət edəcək

22:01
21 Mart

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

21:54
21 Mart

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

21:49
21 Mart

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

21:46
21 Mart

ABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır

21:27
21 Mart

Lionel Messi "Barselona"ya qayıda bilər

20:49
21 Mart

Si Cinpin: Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir  

19:59
21 Mart

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

19:53
21 Mart

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün Novruz şənlikləri keçirir  

18:45
21 Mart

Qar uçqununa düşən hərbi qulluqçuların nəşləri tapılıb – Birgə məlumat

18:00
21 Mart

Martın 21-i Türkiyədə Baharın və Qardaşlığın Bayramı Günü elan edilib 

17:51
21 Mart

Fernandu Santuş: Haiti ilə oyunda qalib gəlmək istəyirik

16:48
21 Mart

Hərbi Prokurorluq işçiləri Novruz bayramı ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi hissələrində olublar  

15:29
21 Mart

Vladimir Putin: Əminəm ki, birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik  

15:23
21 Mart

Antarktikada dəniz buzunun sahəsi müşahidələr tarixində ən aşağı səviyyəyə çatıb  

15:14
21 Mart

Şimali Kipr Türk Respublikasının XİN rəhbəri: Lefkoşa Türk dünyasının birliyinə inanır

15:03
21 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!