16 May 2025 08:05
460
SİYASƏT
A- A+
Azərbaycan yeni orta güc kimi: geosiyasi özəlliklər

Azərbaycan yeni orta güc kimi: geosiyasi özəlliklər


Hazırda Azərbaycanın dövlət identikliyində "orta güc" konseptinin xüsusi yer tutduğu haqqında araşdırmalar aparılır, təsniflər verilir. Özlüyündə çox aktual olan bu məsələnin daha dərindən siyasi-nəzəri təhlili vacibdir. Bu istiqamətdə tədqiqatların davam edəcəyinə şübhə etmirik. Biz də həmin müstəvidə Azərbaycanın orta güc kimi malik olduğu keyfiyyətləri və xüsusiyyətləri təhlil etməyə ciddi ehtiyac görürük.


"Orta güc" anlayışının politoloji anlamı


Beynəlxalq münasibətlərdə "fövqəlgüc" anlayışı aktiv şəkildə işlədilir. Bu kateqoriyaya hərbi-siyasi və iqtisadi inkişaf səviyyəsi, ərazi ölçüləri və əhali sayı ilə seçilən dövlətlər aid edilir. Politoloqlar fövqəldövlətlərin tədqiqinə böyük diqqət yetirirlər. XXI əsrin gəlişi ilə dünya nizamında gözlənilən yeniliklər fonunda başqa səviyyəli dövlətlərin də təsnifinə xüsusi maraq göstərilir. Həmin kontekstdə politoloqlar "orta güc" anlayışının tərifinə getdikcə daha çox baş vururlar. Bunun səbəbi dünyanın çoxqütblü modelə keçməsi ehtimalının artması ilə bağlıdır. Hətta bir sıra mütəxəssislər bu modelin bazasının hazır olduğundan bəhs edirlər. Hər bir halda indi dünyada fövqəlgüclərlə yanaşı, onlardan bir pillə aşağı ranqda elə dövlətlər formalaşır ki, onlara "orta güc" deyirlər. Yəni dövlətlərin qlobal miqyasda geosiyasi təsirləri getdikcə artır.

Bu məntiq çərçivəsində "orta güc nədir?" sualı aktualdır. Onun hələlik yekdil tərifi yoxdur və müxtəlif parametrlərə görə müəyyən edilir. Məsələn, elmi tədqiqatlarda daha çox iqtisadi, hərbi, siyasi və xarici siyasi təsir əhatəsi vurğulanır. Bu zaman orta güc əməkdaşlıq-vasitəçilik kontekstində qiymətləndirilə bilər. Məsələn, A.F.Kuper orta güc dövlətlərini vasitəçi-güc, katalizator-güc və qüvvələr balansının qoruyucusu növlərinə ayırır. A.Çapnik "orta güc" anlayışının tərifində üç yanaşmanın mövcudluğunu qeyd edir. Onları iyerarxik, davranış xarakterli və struktur xarakterli kimi təsnif edir. Nəhayət, E.Fels orta güc dövlətlərinin xüsusi qrup təşkil etdiyini və onların hərbi güc, iqtisadi potensial və xarici siyasətdə təsir göstəricilərinə görə seçildiyini vurğulayır.

Beləliklə, müasir politologiyada "orta güc" anlayışı dövlətin siyasi, iqtisadi, mədəni sahələrdə və xarici siyasətdə təsir imkanları kimi faktorlarla müəyyən edilir. Burada, təbii ki, universal meyar müəyyənləşdirmək imkansızdır. Lakin dövlətin iqtisadi potensialı, inkişaf tempi və xarakteri, hərbi, siyasi, iqtisadi imkanları nəzərə alınmalıdır.

Bu meyarlar prizmasından Azərbaycanın orta güc kimi xarakterizə edilməsinin əsasları vardır. Həm də maraqlıdır ki, Azərbaycan özünəməxsus anlamda XXI əsrin ilk üç onilliyində kiçik gücdən orta güc səviyyəsinə yüksəlmiş dövlətdir. Bu aspekt üzərində dayanmaq olar.

Bu il aprelin 9-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda beynəlxalq münasibətlər üzrə ispaniyalı professor J.Huklanın Azərbaycan Prezidentinə ünvanladığı sual böyük maraqla qarşılanmışdı. İspaniyalı professor sual etmişdi ki, "Qoşulmama Hərəkatına sədrlik təcrübənizi nəzərə alaraq, orta güc kimi Azərbaycanın yeni dünya nizamında rolu nədən ibarətdir?". Professorun sualında iki məqam ifadə olunub.

Birincisi, beynəlxalq münasibətlər üzrə alimlər Azərbaycanı artıq orta güc kimi qəbul edirlər. İkincisi, onlar bu zaman məsələyə daha çox Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti kontekstində nəzər salırlar. Bu o deməkdir ki, Azərbaycan orta güc kimi əsasən xarici siyasətinin təsir dairəsinə, o cümlədən beynəlxalq nüfuzuna görə diqqət çəkir.

Onu da vurğulayaq ki, xarici tədqiqatçılar Azərbaycanın orta güc kimi fəaliyyətini başlıca olaraq, Qoşulmama Hərəkatındakı fəaliyyəti kontekstində izləyirlər. Buradan Azərbaycanın orta güc aktoru olaraq xarakteristikasının bir sıra mühüm siyasi özəlliklərinə nəzər sala bilərik. Öncə, Azərbaycan Prezidentinin verilən suala cavabının mahiyyətinə qısa nəzər yetirək. Çünki həmin cavabda, faktiki olaraq, Azərbaycanın orta güc politoloji xarakteristikası dəqiq və yığcam ifadə edilib.

Əslində, J.Hukla Azərbaycanın orta güc kimi fəaliyyətini Qarabağ münaqişəsinin həlli ilə bağlı atdığı addımlar fonunda qiymətləndirir. Yəni professor Qoşulmama Hərəkatında Bakının gördüyü işləri ATƏT-də, AŞPA-da və bütövlükdə Ermənistan-Azərbaycan münaqişəsi kontekstində hər bir beynəlxalq təşkilatda yeritdiyi siyasətin məntiqi davamı kimi görür.


Beynəlxalq təşkilatlarda siyasi nüfuz


J.Hukla Azərbaycanın orta güc imkanlarını hələ İspaniyanın AŞPA-da nümayəndəsi olduğu dövrdə müşahidə etdiyini vurğulayıb. J.Hukla deyib ki, AŞPA-da Qarabağ məsələsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün illər sərf edilib, ancaq sonda belə bir qənaətə gəlinib ki, "bu işdə beynəlxalq hüquq və beynəlxalq təşkilatlar tam uğursuzluğa düçar olublar. Sizi (Azərbaycan Prezidentinə xitab edir - red.) beynəlxalq təşkilatların müdaxiləsi olmadan əldə edilmiş ikitərəfli kompromis münasibətilə təbrik edirəm".

İspaniyalı professorun bu fikri ilə razılaşan Azərbaycanın dövlət başçısı məsələnin mahiyyətini daha geniş aspektdə açaraq bu mövzuda aşağıdakı fikirləri ifadə edib: "Siz Avropa Şurasının və beynəlxalq təşkilatların Ermənistan ilə münaqişəni həll etmək qabiliyyətini vurğuladınız. Bizim bu təşkilata qoşulduğumuz dövr mənim xatirimdədir. O zaman mən parlamentin üzvü idim. Bizim Avropa Şurası ilə bağlı böyük gözləntilərimiz var idi, hesab edirdik ki, o, bizə bu məsələni beynəlxalq gündəliyə daxil etməyə yardım göstərəcək, biz bu Avropa strukturunun dəstəyini əldə edəcəyik. Çünki burada kimin qurban, kimin isə təcavüzkar olduğu aydın idi. Lakin təəssüflər olsun ki, bu baş vermədi".

Azərbaycan dövləti münaqişənin beynəlxalq təşkilatlar çəçivəsində hüquqi normalar və ədalətlilik prinsipi üzrə həllinə öncədən ümid bəsləyib. Ancaq 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra oradakı fəaliyyətində tamamilə fərqli mənzərənin şahidi olub. Prezident İlham Əliyev bununla bağlı ispaniyalı professorun sualına cavabında deyib: "Təəssüflər olsun ki, biz orada ədalətli mövqeyimizin dəstəklənmədiyini gördük. Həmçinin orada çoxsaylı ermənipərəst lobbiçiləri gördük. Xatırlayıram ki, biz öz aramızda onları Azərbaycana nifrət edənlər adlandırırdıq. Bu gün də onların sayı kifayət qədərdir. Beləliklə, bizim gözləntilərimiz özünü doğrultmadı".

Prezident İlham Əliyev məsələ ilə bağlı başqa bir maraqlı məqamı yada salıb. 2005-ci ildən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri ilə AŞPA arasında münaqişə ilə bağlı çəkişmə və fikir ayrılığı mövcud olub. İlham Əliyev ifadə edib: "Mənə məlumdur ki, hətta ATƏT-in Minsk qrupu Strasburqa səfər edərək ABŞ, Rusiya və Fransanın vahid mövqeyini orada ortaya qoymuşdu: "Bu prosesə qarışmayın, bu, bizim inhisarımızdadır. Müdaxilə etməyin".

Bütün bunların fonunda aydın idi ki, beynəlxalq təşkilatlar münaqişəni həll etmək istəmirlər və ya edə bilmirlər. Buna qarşılıq Azərbaycan siyasi-diplomatik təsir gücünü ortaya qoydu. Məhz bu dinamikanı və güclü siyasi təsir imkanlarını duyan ispaniyalı professorda yeni orta gücün meydana gəldiyi qənaəti formalaşmağa başlayıb. Burada Azərbaycanın orta güc kimi başqalarından fərqli olan bir mühüm keyfiyyətini mütləq vurğulamaq lazımdır.


Xilaskar orta güc


Hazırda dünyada vasitəçi, katalizator və qüvvələr balansını qoruyan orta güc növlərindən danışırlar. Azərbaycan nümunəsində onların hər biri üzvi şəkildə bir-biri ilə bağlıdır. Bu kontekstdə Avropada gedən proseslərin fonunda Azərbaycan Prezidentinin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra beynəlxalq təşkilatların, o cümlədən AŞPA və ATƏT-in Minsk qrupunun həmsədrlərinin münasibətinin əsl mahiyyətini açıqlayaraq vurğuladığı aşağıdakı fikirlərə bir daha diqqət edək: "...AŞPA özünün ərazi bütövlüyünü bərpa etdiyinə görə Azərbaycanı cəzalandırmaq qərarına gəldi... Məhz bu səbəbdən onlar 2024-cü ilin yanvarında bizim nümayəndə heyətimizi səsvermə hüququndan məhrum etdilər. Onlar bunu insan hüquqları məsələsi çərçivəsinə daxil etməyə çalışdılar, ancaq bu, qətiyyən belə deyil".

Məntiqi olaraq belə alınır ki, AŞPA-da bir sıra dövlətlərin nümayəndələrinin də hiss etdiyi Azərbaycanın orta güc potensialı əvvəlcə xilasedici xarakterdə, məzmun və mahiyyətdə olub. İlk olaraq başlıca məqsəd də bundan ibarət idi. Burada əsas sual Azərbaycanın hansı dəyərləri xilas etməyi qarşısına qoyması ilə bağlıdır. İlk baxışdan söhbət Azərbaycanın ərazi bütövlüyündən, suverenliyindən getməlidir. Bu, doğrudan da belədir. Lakin real olaraq orta güc olmaq daha geniş konteksti - regional və qlobal miqyası əhatə etməlidir. Yəni əsl orta güc regional və qlobal miqyasda təsiri ola bilən problemlərin həllində aktivlik göstərməli, xarici siyasətinin nüfuz dairəsi geniş geosiyasi məkanı əhatə etməlidir.

Bu baxımdan Azərbaycan orta güc kimi beynəlxalq təşkilatlarda ədalətin, hüquq normalarının və dövlətlərarası münasibətlərdə humanitarlığın təmin edilməsi kimi aktual siyasi, diplomatik və geosiyasi faktorların təmin edilməsinə xüsusi diqqət yetirir.


(ardı var)


Kamal ADIGÖZƏLOV,

beynəlxalq münasibətlər üzrə ekspert

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!