12 Avqust 2026 08:10
705
SİYASƏT
A- A+
Azərbaycan və Ermənistan liderlərinin telefon danışığı sülh gündəliyinin uğurudur

Azərbaycan və Ermənistan liderlərinin telefon danışığı sülh gündəliyinin uğurudur


Azərbaycan və Ermənistan arasında sülh prosesi artıq yeni, praktiki müstəviyə qədəm qoyub. İki ölkə arasında hərbi gərginliyin geridə qalması, sərhədlərin müəyyənləşməsi və nəqliyyat yollarının açılması istiqamətində atılan tarixi addımlar regionda davamlı sabitliyin əsasını qoyur. Bu gün Cənubi Qafqazda tərəflər arasında birbaşa dialoq mexanizminin işləməsi və sülh sazişi üzrə razılıqların əldə olunması yalnız iki dövlət üçün deyil, bütün bölgənin iqtisadi inkişafı üçün yeni imkanlar açır. 

Milli Məclisin deputatı Kamran BAYRAMOV qəzetimizə açıqlamasında deyib ki, bu müsbət dinamikanın tərkib hissəsi kimi, Azərbaycan Prezidenti İlham Əliyevə Ermənistanın Baş naziri Nikol Paşinyanın zəng etməsi və Vaşinqton Sülh Sammitinin ildönümü münasibətilə fikir mübadiləsi aparması xüsusi diqqət çəkir: "Liderlər arasında baş tutan telefon danışığı göstərir ki, tərəflər artıq əldə olunmuş sülh razılaşmalarına sadiqdirlər və siyasi iradə nümayiş etdirirlər. Nikol Paşinyanın bu təşəbbüsü iki ölkə arasında etimad mühitinin daha da möhkəmlənməsinə və sülh sazişinin tam yekunlaşması istiqamətində prosesin sürətlənməsinə xidmət edir".

K.Bayramov qeyd edib ki, danışıq zamanı tərəflər sülh prosesinin irəliləməsində Prezident Donald Trampın və ABŞ hökumətinin mühüm rolunu xüsusi vurğulayıblar. Eyni zamanda ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində böyük irəliləyiş əldə olunduğu qeyd edilib. Söhbət zamanı iki ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişafı sülhün əsas nəticələrindən biri kimi qiymətləndirilib. Bu çərçivədə Azərbaycan neft məhsullarının Ermənistana ixracı xüsusi vurğulanıb. Həmçinin tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və digər istiqamətlərə daşınması məsələsi də nəzərdən keçirilib. "Diqqətçəkən ən vacib məqamlardan biri TRIPP marşrutunun icrası ilə bağlı fikir mübadiləsinin aparılması idi. Vaşinqtonda əldə olunan razılaşmalara istinad edilməsi göstərir ki, regionda nəqliyyat və kommunikasiya xətlərinin açılması prosesi beynəlxalq tərəfdaşların da iştirakı və dəstəyi ilə konkret müstəviyə keçir. Bu, strateji marşrutların reallaşması istiqamətində praktiki addımların atıldığını təsdiqləyir", - deyə o əlavə edib.

Deputat diqqətə çatdırıb ki, tərəflərin sülh prosesini irəlilətmək niyyəti hərbi-siyasi gərginlik dövründən sonra regionda uzunmüddətli sabitliyin bərqərar olmasının prioritet məsələ olduğunu göstərir: "Bu, təkcə siyasi bəyanat deyil, həm də təhlükəsizlik mühitinin formalaşması üçün vacib şərtdir. Çünki iqtisadi maraqların kəsişməsi və qarşılıqlı asılılığın yaranması sülhün ən böyük zəmanətidir. Yolların və kommunikasiyaların bərpası region ölkələrinin iqtisadi inteqrasiyasını sürətləndirəcək. Bu telefon danışığı göstərir ki, tərəflər bəyanatlardan praktiki mərhələyə keçməkdə qərarlıdırlar. Vaşinqton razılaşmaları çərçivəsində atılan bu addımlar Cənubi Qafqazın nəqliyyat və iqtisadi qovşağa çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir".

Kamran Bayramov bildirib ki, bu gün regionda yaşanan tarixi dönüş bir daha göstərir ki, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin yeganə zəmanətçisi məhz tərəflərin öz siyasi iradəsi və birbaşa dialoqudur: "İllər boyu bölgədə gərginliyi süni şəkildə saxlayan bəzi xarici dairələrin müdaxilə imkanları artıq tamamilə ortadan götürülüb. ABŞ-nin digər kənar qüvvələrdən əsas fərqi də məhz bundadır: Vaşinqton tərəflərə öz şərtlərini diktə etmir, əksinə, iki ölkənin birbaşa razılaşdığı sülh gündəliyinə, iqtisadi tərəqqiyə və nəqliyyat layihələrinə real dəstək verir, yardım göstərir. Prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli mövqe və regional liderlik sübut etdi ki, xarici diktələr dövrü geridə qalıb. Cənubi Qafqazın gələcəyini məhz region dövlətlərinin özləri və onlarla bərabərhüquqlu, faydalı əməkdaşlıq edən tərəfdaşlar müəyyən edir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

18:50
08 Sentyabr

Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Qordana Silyanovska-Davkovaya

18:39
08 Sentyabr

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:55
08 Sentyabr

“AzerGold”un təşkilatçılığı ilə keçirilən 7-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub

17:40
08 Sentyabr

Xüsusi nümayəndə: Kəlbəcərdəki özəl investisiya layihələrinin əsas məqsədlərindən biri yeni iş yerlərinin yaradılmasıdır

17:35
08 Sentyabr

DİN: İntensiv yağıntılarla əlaqədar xidmətə əlavə polis naryadları cəlb olunub

17:30
08 Sentyabr

YAP və ÇKP arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

17:20
08 Sentyabr

YAP və ÇKP nümayəndələri Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

17:10
08 Sentyabr

Milli Məclisdə Azərbaycan-Koreya münasibətlərinin inkişaf perspektivləri diqqət mərkəzində olub

17:00
08 Sentyabr

Xaricdə iş vədi ilə çoxsaylı şəxsləri aldadan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

16:50
08 Sentyabr

Baş nazir Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü ilə görüşüb

16:40
08 Sentyabr

BCAW2026: "Öhdəliklərdən icraya: COP31-ə doğru" mövzusunda yüksəksəviyyəli dəyirmi masa təşkil olunub

16:35
08 Sentyabr

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşa şəhərində - YENİLƏNİB

16:30
08 Sentyabr

Biləsuvarda şəhidlərin xatirə turnirində 300-dən çox güləşçi mübarizə aparıb

16:25
08 Sentyabr

“Yaşıl Dünya üçün Rəqəmsal Fəaliyyət Yolu” - panel sessiya YENİLƏNİB 

16:20
08 Sentyabr

Cibə qayıdan milyonlar

16:17
08 Sentyabr

Britaniyanın texnologiya nəhənginin rəhbəri: Süni intellekt xərçəngin dərmanını tapacaq

16:15
08 Sentyabr

Mayami Beynəlxalq Hava Limanında qəzaya uğrayan "Amazon" yük təyyarəsinin qara qutuları tapılıb

16:10
08 Sentyabr

Cənubi Koreyada estetik cərrahiyyə platformasına kiberhücum nəticəsində 220 mindən çox istifadəçinin məlumatı oğurlanıb

16:05
08 Sentyabr

Rusiyada qar uçqunu nəticəsində 11 nəfər həlak olub  

16:00
08 Sentyabr

Türkiyədə qanunsuz nadir bitki yığan şəxslər rekord məbləğdə cərimələndi

15:50
08 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!