11 Fevral 2026 08:15
352
SİYASƏT
A- A+
Azərbaycan və ABŞ arasında yeni strateji mərhələnin başlanğıcı

Azərbaycan və ABŞ arasında yeni strateji mərhələnin başlanğıcı


Son dövrlərdə Azərbaycan və Amerika Birləşmiş Ştatları arasındakı yüksəksəviyyəli təmasların artması ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanması kimi xarakterizə edilir. Bu mərhələ siyasi münasibətlərin möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın da ön plana çıxması baxımından əhəmiyyətlidir. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi İlkin Qasımov açıqlamasında bildirib ki, ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana rəsmi səfərindən öncə ABŞ Ticarət Palatasının nümayəndə heyətinin Bakıya gəlməsi və Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi də çox əhəmiyyətlidir: "Prezident İlham Əliyevin görüş zamanı səsləndirdiyi əsas fikirlər Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin növbəti mərhələsinin konseptual çərçivəsini aydın şəkildə izah edir. Dövlətimizin başçısının ölkədəki siyasi sabitliyi, həmçinin ardıcıl şəkildə həyata keçirilən islahatları, o cümlədən hüquqi bazanın təkmilləşdirilməsi sahəsində görülən işləri xüsusi vurğulaması ABŞ biznes dairələri ilə uzunmüddətli əməkdaşlıq üçün lazım olan etibarlı mühitin mövcudluğunun ən yüksək səviyyədə bəyanıdır. Bu, xüsusilə qlobal qeyri-müəyyənliklərin artdığı bir dövrdə strateji əhəmiyyət daşıyır".

İ.Qasımov qeyd edib ki, ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşün əsas diqqətçəkən məqamlarından biri də ikitərəfli iqtisadi əlaqələrin şaxələndirilməsi ilə bağlı fikirlərin səsləndirilməsidir. Bu vaxta qədər ABŞ şirkətləri əsasən Azərbaycanın neft-qaz sektorunda daha güclü mövqelərə sahib idilərsə, növbəti mərhələdə yeni əməkdaşlıq istiqaməti olaraq qeyri-neft sektoru, o cümlədən texnologiya, bərpaolunan enerji,  rəqəmsal transformasiya və süni intellekt kimi sahələr əsas istiqamətlər olaraq təqdim edilir. Bu potensial əməkdaşlıq imkanlarını artırmaqla yanaşı, Azərbaycanın müasir iqtisadi modelinin bilik və texnologiyaya transformasiya yolunda sürətlə irəliləməsini göstərir. Prezident İlham Əliyevin ölkənin əlverişli coğrafi mövqeyini və beynəlxalq nəqliyyat dəhlizlərində artan rolunu qeyd etməsi ABŞ şirkətlərinin Azərbaycanı yalnız lokal bazar olaraq deyil, eyni zamanda daha geniş regionlara çıxış qapısı olaraq görməsinə şərait yaradacaq.  

Baş məsləhətçi vurğulayıb ki, Ceyms Devid Vensin Azərbaycana səfəri, həmçinin amerikalı iş adamları ilə görüş iki ölkə arasında siyasi münasibətlərin daha da dərinləşməsi ilə yanaşı, iqtisadi əlaqələrin inkişafı baxımından yeni strateji mərhələnin başlanğıcı olaraq dəyərləndirilə bilər: "İstər qarşılıqlı  bəyanatlar, istərsə də görüş zamanı səsləndirilən fikirlər rəsmi Bakının ABŞ-ni yalnız investisiya mənbəyi olaraq deyil, eyni zamanda iqtisadi modernləşmə prosesində tərəfdaş olaraq gördüyünü bir daha sübut edir. Mövcud dinamika yeni mərhələdə Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin əsas istiqamətləri kimi investisiyaların şaxələndirilməsi, qeyri-neft sektorunda birgə fəaliyyət və texnologiya əsaslı əməkdaşlığın ön plana çıxacağını göstərir".


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!