26 Sentyabr 2026 03:00
1756
Məktublar
A- A+
Azərbaycan-Türkmənistan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Azərbaycan-Türkmənistan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur


Türkmənistanın Prezidenti zati-aliləri cənab Sərdar Berdiməhəmmədova


Hörmətli Sərdar Qurbanquliyeviç!

Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Ötən dövr ərzində Türkmənistan böyük inkişaf yolu keçmiş, müstəqilliyinin möhkəmlənməsi, sosial-iqtisadi tərəqqi sahəsində sanballı uğurlara imza atmış, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Azərbaycan qardaş ölkənizin bu nailiyyətlərinə səmimi-qəlbdən sevinir və dünyada geniş tanınma qazanmış Türkmənistanın daimi bitərəflik siyasətini həmişə dəstəkləyir.

Tarixi köklər, ortaq milli-mənəvi dəyərlər və mehriban qonşuluq telləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkmənistan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. 

Ali səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, enerji, nəqliyyat-logistika, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Bu xüsusda iyun ayında Azərbaycana həyata keçirdiyiniz dövlət səfərini yüksək qiymətləndirir, səfər çərçivəsində apardığımız danışıqların, imzalanmış sənədlərin və əldə olunmuş razılaşmaların Azərbaycan-Türkmənistan dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi baxımından xüsusi önəm daşıdığını bildirirəm.

İnanıram ki, Azərbaycan-Türkmənistan dostluğu və əməkdaşlığı birgə səylərimizlə bundan sonra da dinamik inkişaf etməyə davam edəcək, strateji xarakter daşıyan tərəfdaşlığımız xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.   

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 24 sentyabr 2026-cı il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

1700 illik sümük qalıqlarının sirri açıldı: onları yırtıcı quşlar gətirib  

19:30
12 Noyabr

Qol kralının həyatla ölüm arasındakı oyunu  

19:21
12 Noyabr

Kim nə qədər qazanır? 

19:09
12 Noyabr

Sahibkarların elektrikə qoşulma xərcinə dövlət ortaq olur  

18:53
12 Noyabr

Sümük sınıqları riskini azaltmağın yolu 

18:41
12 Noyabr

NVIDIA-nın baş direktoru Censen Huan istefa verib

18:36
12 Noyabr

Əhalinin gəlirləri 81 milyard manatı keçib: maaşlar artır, inflyasiya isə zəifləyir

18:29
12 Noyabr

Suyu cəmi beş dəqiqəyə təmizləyən mikrokapsullar hazırlanıb  

18:26
12 Noyabr

İspaniyada mənzil böhranına görə ümummilli tətil keçirilib  

18:24
12 Noyabr

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib YENİLƏNİB  

18:24
12 Noyabr

Orqanizmdə piy yığılmasının qarşısını alan çay

18:23
12 Noyabr

Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib  

18:12
12 Noyabr

Yanvar-oktyabr aylarında pensiyalara 6 milyard 527 milyon manat vəsait yönəldilib  

18:10
12 Noyabr

Kreml Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların nəticələrini açıqlayıb  

18:03
12 Noyabr

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub

17:59
12 Noyabr

Moskvada Rusiya Prezidenti ilə ABŞ nümayəndələri arasında danışıqlar keçirilir  

17:48
12 Noyabr

Astana və Bakı Xəzərin qorunması üzrə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər  

17:47
12 Noyabr

Bakının ev sahibliyi edəcəyi "SportAccord Convention 2027" sammitinə qeydiyyat başlayıb  

17:37
12 Noyabr

Ərdoğan: Pakistanın üzləşdiyi problemlərin sülh yolu ilə həllinə dəstək verməyə hazırıq  

17:19
12 Noyabr

Milli Kitabxanada “Professor Kərim Tahirov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub  

16:57
12 Noyabr

YAP Veteranlar Şurasının VIII Qurultaydan sonrakı ilk iclası olub  

16:51
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!