16 İyul 2026 08:25
693
SİYASƏT
A- A+
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı geniş iqtisadi və geosiyasi məzmun qazanır

Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı geniş iqtisadi və geosiyasi məzmun qazanır


Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevlə Şuşada keçirilən görüşdən sonra səsləndirilən bəyanatlar iki ölkənin strateji tərəfdaşlığının ən yüksək mərhələsinin göstəricisi kimi dəyərləndirilə bilər. Səfərin həm məkanı, həm də verilən mesajlar onu göstərir ki, Bakı ilə Bratislava arasında formalaşan strateji tərəfdaşlıq daha geniş siyasi, iqtisadi və geosiyasi məzmun qazanır.

Milli Məclisin deputatı Elçin MİRZƏBƏYLİ qəzetimizə açıqlamasında deyib ki, bu səfərin ilk diqqətçəkən məqamı görüşün məhz Şuşada keçirilməsidir. Bu seçim yalnız simvolik xarakter daşımır. Azərbaycan bununla bir daha nümayiş etdirir ki, Qarabağ ölkənin siyasi, iqtisadi və diplomatik həyatının ayrılmaz hissəsidir. Xarici dövlət başçılarının işğaldan azad edilmiş ərazilərə səfərləri həm də Azərbaycanın postmünaqişə dövründə yaratdığı yeni reallığın beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. "Prezident İlham Əliyevin mətbuata bəyanatında diqqət çəkən əsas məqamlardan biri Azərbaycan-Slovakiya münasibətlərinin artıq yüksək siyasi etimad mərhələsinə keçdiyini vurğulaması oldu. Dövlətimizin başçısı xatırlatdı ki, 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə, sadəcə, siyasi sənəd deyil, iki ölkə arasında əməkdaşlığın institusional əsasını formalaşdıran yol xəritəsidir. Onun sözlərinə görə, bu sənədin praktik nəticələri artıq görünməkdədir və qarşılıqlı səfərlər həmin siyasi iradənin davamıdır. Əslində, burada söhbət yalnız Azərbaycan və Slovakiyanın münasibətlərindən getmir. Bakı Avropa İttifaqının üzvü olan dövlətlərlə münasibətlərini ikitərəfli formatda daha da dərinləşdirir, Avropa ilə əməkdaşlığın dayanıqlı modelini formalaşdırır. Son illərdə İtaliya, Macarıstan, Rumıniya, Bolqarıstan və indi isə Slovakiya ilə inkişaf edən münasibətlər göstərir ki, Azərbaycanın Avropa siyasəti ayrı-ayrı dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan praqmatik əməkdaşlıq üzərində qurulub", - deyə o bildirib.

Deputat qeyd edib ki, Slovakiya Avropanın enerji təhlükəsizliyi baxımından alternativ mənbələrin əhəmiyyətini yaxşı anlayan ölkələrdəndir. Azərbaycan isə "Cənub qaz dəhlizi" vasitəsilə artıq Avropanın enerji xəritəsində mühüm oyunçuya çevrilib. Bu baxımdan Bratislavanın Bakı ilə əməkdaşlığa xüsusi önəm verməsi təsadüfi deyil. Burada söhbət yalnız qaz ixracından deyil, "yaşıl enerji", elektrik interkonnektorları və gələcək enerji layihələrindən də gedir.

Nəqliyyat və logistika istiqamətinin də strateji əhəmiyyət daşıdığını deyən E.Mirzəbəyli əlavə edib ki, Orta dəhlizin imkanlarının genişlənməsi fonunda Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevrilməkdədir: "Slovakiya isə Mərkəzi Avropanın mühüm logistika qovşaqlarından biridir. Bu baxımdan iki ölkənin maraqları üst-üstə düşür və əməkdaşlıq yalnız siyasi dialoqla məhdudlaşmır. Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən digər mühüm məqam qarşılıqlı etimadın xüsusi vurğulanması idi. Dövlət başçısı siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək qeyd etdi ki, geniş gündəlik və birgə layihələrin həyata keçirilməsi məhz güclü siyasi iradənin nəticəsidir. Bu yanaşma Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən birini əks etdirir: Bakı münasibətləri ideoloji deyil, qarşılıqlı maraqlar və etibarlılıq prinsipi üzərində qurmağa üstünlük verir. Slovakiya Prezidenti də çıxışında strateji tərəfdaşlığın formal sənəd kimi qalmamalı, konkret iqtisadi layihələr və praktik əməkdaşlıqla möhkəmləndirilməli olduğunu bildirdi. Peter Pelleqrininin enerji, iqtisadiyyat, müdafiə sənayesi, nəqliyyat və Qarabağın bərpası istiqamətlərində əməkdaşlığı xüsusi qeyd etməsi Bratislavanın Azərbaycana uzunmüddətli tərəfdaş kimi yanaşdığını göstərir".

Deputat vurğulayıb ki, bu səfərin daha bir mühüm geosiyasi mesajı Avropa İttifaqı daxilində Azərbaycana münasibətdə fərqli yanaşmaların mövcudluğunu bir daha nümayiş etdirməsidir. Son illər bəzi Avropa institutlarında Azərbaycana qarşı qərəzli mövqelər sərgilənsə də, ayrı-ayrı üzv dövlətlər Bakı ilə əməkdaşlığın genişləndirilməsinin həm regional təhlükəsizlik, həm enerji təminatı, həm də iqtisadi maraqlar baxımından vacibliyini açıq şəkildə nümayiş etdirirlər. Nəticə etibarilə Slovakiya Prezidentinin Azərbaycana rəsmi səfəri protokol xarakterli diplomatik hadisədən daha geniş məna daşıyır. Bu səfər göstərdi ki, Azərbaycan Avropa ilə münasibətlərini sabit siyasi dialoq, etibarlı tərəfdaşlıq və konkret iqtisadi layihələr üzərində inkişaf etdirmək strategiyasını ardıcıl şəkildə davam etdirir. "Prezident İlham Əliyevin mətbuata bəyanatında verilən əsas mesaj da məhz bundan ibarət idi: Azərbaycan qarşılıqlı hörmətə, suverenliyə ehtirama və praqmatik əməkdaşlığa əsaslanan tərəfdaşlıqları gələcək regional təhlükəsizlik və iqtisadi inkişafın əsas təminatı hesab edir. Məhz bu yanaşma Bakı-Bratislava münasibətlərini təkcə ikitərəfli deyil, həm də Azərbaycan-Avropa əməkdaşlığının perspektivli istiqamətlərindən birinə çevirir", - deyə E.Mirzəbəyli bildirib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb  

22:34
22 Sentyabr

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib  

22:33
22 Sentyabr

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb  

22:32
22 Sentyabr

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib  

22:31
22 Sentyabr

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib  

22:31
22 Sentyabr

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb  

22:29
22 Sentyabr

Unikal dialoq məkanı  

21:15
22 Sentyabr

Sonuncu oyun: Messidən Argentina millisində vida mesajı  

21:13
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

20:35
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

20:13
22 Sentyabr

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

20:01
22 Sentyabr

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

19:58
22 Sentyabr

“Yeni qala” konsert kompleksinin açılışı olub

19:43
22 Sentyabr

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

19:32
22 Sentyabr

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

19:21
22 Sentyabr

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

19:12
22 Sentyabr

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

19:03
22 Sentyabr

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

18:58
22 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır

18:56
22 Sentyabr

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

18:49
22 Sentyabr

Dublində qədim qala tapılıb

18:47
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!