06 Sentyabr 2023 10:40
2101
Mədəniyyət
A- A+
Azərbaycan sənətşünaslıq elminin tanınmış siması

Azərbaycan sənətşünaslıq elminin tanınmış siması

 

Azərbaycan sənətşünaslıq elminin formalaşması və inkişafı istiqamətində uğurlu yaradıcılıq fəaliyyəti göstərən, özünün elmi və pedaqoji, bədii və ictimai yaradıcılıq fəaliyyəti ilə ölkəmizdə milli sənətşünaslıq məktəbinin yaranmasına töhfələr verən, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Mürsəl Nəcəfqulu oğlu Nəcəfovun bu il 105 illik yubileyi tamam olur.
M.Nəcəfov Bakının Novxanı kəndində anadan olub. 1936-cı ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirib. 1941-1945-ci illər müharibəsində iştirak edib. Ali təhsilini İ.Repin adına Sankt-Peterburq Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda alıb. 
M.Nəcəfov müxtəlif illərdə Azərbaycan Milli İncəsənət Muzeyində şöbə müdiri və elmi katib, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda baş elmi işçi və direktorun müavini vəzifələrində çalışıb.  Sənətşünas alim ömrü boyu səmərəli pedaqoji fəaliyyət göstərib, bir çox ixtisaslı sənətşünas kadrların yetişməsinə əmək sərf edib. M.Nəcəfov 22 il Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda direktor və müəllim işləyib. O, Ə.Əzimzadənin həyat və yaradıcılığını tədqiq edib. Sənətşünas alim "Azərbaycanda satirik qrafikanın inkişafı" mövzusunda namizədlik, "Əzim Əzimzadə və Azərbaycan incəsənətində onun mövqeyi" mövzusunda isə doktoruluq dissertasiyalarını uğurla müdafiə edib. Rəssam 25 ilə yaxın müddətdə indiki Azərbaycan Memarlıq və İnşaat Universitetində kafedra müdiri və müəllim işləyib. M.Nəcəfov müxtəlif vaxtlarda Azərbaycan Rəssamlar İttifaqının sədri və katibi vəzifələrində də çalışıb.
Sənətşünas alim M.Nəcəfov XX əsr Azərbaycan təsviri sənətinə, ayrı-ayrı rəssamların həyat və yaradıcılıqlarına dair elmi araşdırma və tədqiqatlar apararaq  bir sıra uğurlu monoqrafiya, kitab, albom və kataloqlar nəşr etdirib. Onun müəllifi olduğu nəşrləri ardıcıllıqla sadalamalı olsaq, uzun bir siyahı alınar. Alimin elmi yaradıcılıq fəaliyyəti əhatəli və geniş olmuşdur. Onun Bakıda və Moskvada fundamental elmi əhəmiyyət daşıyan monoqrafiya və kitablarından "Bəhruz Kəngərli" (1957), "Əzim Əzimzadə" (1959, 1972, 1973, 1980), "Heykəltaraşlıq haqqında" (C.Novruzova ilə birlikdə, 1960), "Böyükağa Mirzəzadə" (1963), "Tahir Salahov" (1964, 1980), "Əsrlərdən xatirə" (1968), "Oqtay Sadıqzadə" (1968), "Azərbaycan karikaturaçı rəssamları" (1972), "Altay Hacıyev" (1974), "Rəssamlıq və zaman" (1977) və başqalarını qeyd etmək olar. M.Nəcəfovun rus dilində nəşr olunmuş kitablarından "Fuad Əbdürrəhmanov" (1955), "Əzim Əzimzadə" (1957, 1965), "Azərbaycan Sovet incəsənəti" (N.Həbibovla birlikdə, 1960), "Tağı Tağıyev" (1959), "İzzət Seyidova" (1965), "Maral Rəhmanzadə" (1970), "Azərbaycan SSR-in incəsənəti" (1972), "1960-cı illər Azərbaycan SSR rəssamlığı" (1976), "Qəzənfər Xalıqov" (1977), "Tahir Salahov" (1981), "İnqilabdan doğan incəsənət" (1981), "Elbəy Rzaquliyev" (1982), "Səttar Bəhlulzadə" (1985) və digərlərini göstərə bilərik. Alimin ömrünün müxtəlif illərində nəşr olunmuş bu kitablar bir növ onun həyatının, elmi yaradıcılıq dünyasının salnaməsini təşkil edir. Təkcə bu nəşrlərin adlarını nəzərdən keçirməklə alimin sənətşünaslıq elminə, Azərbaycan rəssamlıq məktəbinin tanınmış simalarına nə dərəcədə və hansı münasibət sərgilədiyini asanlıqla duymaq olar. M.Nəcəfovun elmi yaradıcılığını dərindən başa düşmək və müşahidə etmək üçün təbii ki, onun müəllifi olduğu kitabları diqqətlə nəzərdən keçirmək gərəkdir. O zaman daha dəqiqliklə alimin keçdiyi həyat yolunun sənətşünaslıq elmimiz üçün nə qədər mənalı və uğurlu olduğunu yəqin etmək olar. Sənətşünas alim ölkəmizin rəssamlıq sənəti ilə yanaşı, dünya rəssamlıq sənəti və sənətkarları barədə də elmi araşdırmalar apararaq kitablar nəşr etdirmişdir.   
M.Nəcəfovun yaradıcılıq fəaliyyətini araşdırarkən onun xaricdə də dərc olunmuş elmi məqalə, oçerk və esselərini nəzərdən keçirmədən elmi irsi haqqında tam təsəvvür yaratmaq mümkün deyil. O, uzun illər "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiya heyətinin üzvü olmuşdur. Ölkəmizin və dünya ölkələrinin incəsənət tarixinə dair silsilə verilişlərin və radio proqramlarının aparıcısı olmuş, ssenarilərini yazmışdır. M.Nəcəfovun övladı Azər Nəcəfov da atasının yolunu davam etdirir. O, ali təhsilli qrafika rəssamı kimi bir sıra uğurlu işlərin müəllifidir. Uzun müddət Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyət göstərib.
M.Nəcəfovun həyat və yaradıcılığına dair dissertasiya işi müdafiə olunub, onun yaradıcılığı haqqında müxtəlif vaxtlarda tanınmış sənətşünas alimlər və xalq rəssamları -  Kərim Kərimov, Nurəddin Həbibov, Möhbəddin Səməd, Mikayıl Abdullayev, Kazım Kazımzadə, Elbəy Rzaquliyev, Rafiq Mehdiyev qəzet və jurnallarda məqalələr dərc etdirib. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, sənətşünas alim Kərim Kərimov alim haqqında yazırdı: "M.Nəcəfovun rəssamlıq fəaliyyətini qeyd etməmək olmaz. O, bir sıra maraqlı etüd və mənzərə işləmişdir ki, bunların bəziləri respublika sərgilərində nümayiş etdirilib. Onun gözəl rəssamlıq qabiliyyəti vardır. Səyahət etdiyi xarici ölkələrə aid təəssüratını əks etdirən rəsmlərindən bir neçəsi onun "Əsrlərdən xatirə" adlı kitabında dərc edilmişdir. M.Nəcəfovun yaradıcılığı məhsuldar və çoxcəhətli olduğu kimi, onun ictimai fəaliyyəti də çox geniş və əhatəlidir". 
M.Nəcəfovun uğurlu elmi, pedaqoji və bədii yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Əməkdar incəsənət xadimi  fəxri  adına (1979) və dövlət mükafatına (1982) layiq görülmüş, bir sıra fəxri fərman və medallarla təltif olunmuşdur. 
Bu il tanınmış sənətşünas alim, professor Mürsəl Nəcəfqulu oğlu Nəcəfovun 105 illik yubileyi qeyd olunur. Ötən il isə alimin dünyasını dəyişməsindən 25 il ötdü. Sənətşünas alimin elmi yaradıcılıq irsi və müəllifi olduğu sanballı kitab və monoqrafiyalar durduqca xatirəsi də sənət adamlarının yaddaşında daim yaşayacaqdır.  

Əsəd QULİYEV,
Rəssamlar İttifaqının üzvü, sənətşünas

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT institusional və funksional baxımdan yeni mərhələyə qədəm qoyur

08:00
07 Aprel

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyul tarixli 289 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:54
07 Aprel

ABŞ Prezidenti: NATO-nun nüfuzuna dəyən ləkə yaddaşımdan silinməyəcək

00:50
07 Aprel

Ukrayna Rusiyaya enerji atəşkəsi təklifini çatdırıb

23:08
06 Aprel

Tramp: İran razılaşma əldə etmək istəyir

22:57
06 Aprel

“Artemis II” missiyası “Apollo 13”ün rekordunu təzələyib

22:47
06 Aprel

Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

22:11
06 Aprel

Premyer Liqa: “Qarabağ”dan darmadağın

22:02
06 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur

21:53
06 Aprel

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

21:36
06 Aprel

ADA Universitetində Karyera Hazırlığı Həftəsinə başlanılıb  

21:35
06 Aprel

Almaniyada hərbi qeydiyyat qaydaları sərtləşir

21:12
06 Aprel

Kuba 2 mindən çox məhbusu azad edir

21:03
06 Aprel

Roma Papası dünyanı sülhə çağırdı

20:53
06 Aprel

Gia Abaşidze: Yüksəksəviyyəli görüşlər ortaq maraqlarımızın sürətli inkişafına stimul verir  

20:47
06 Aprel

İnsan beyni zamanı necə qavrayır?

20:44
06 Aprel

“SOCAR Polymer” ilin ilk iki ayında ixrac gəlirlərini 41,7 faiz artırdı  

20:43
06 Aprel

Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi yanvar-fevralda 1,8 milyard dollar oldu

20:31
06 Aprel

Gürcü ekspert: Azərbaycan və Gürcüstanın daha sıx əməkdaşlıq etməsi vacibdir

20:30
06 Aprel

Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb  

20:27
06 Aprel

Macarıstan qaz kəmərinə qarşı təxribat iddiasını araşdırır

20:26
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!