06 Aprel 2026 21:12
157
DÜNYA
A- A+
Almaniyada hərbi qeydiyyat qaydaları sərtləşir

Almaniyada hərbi qeydiyyat qaydaları sərtləşir


Almaniyada 17-45 yaş arası kişilərin xaricdə üç aydan artıq qalmaq üçün əvvəlcədən hərbi orqanlardan icazə alması tələb oluna bilər.

Bu dəyişiklik 1 yanvar tarixindən qüvvəyə minən “Hərbi Xidmətin Modernləşdirilməsi” Qanunu çərçivəsində tətbiq edilir. Yeni qanun Ukraynada baş verən müharibədən sonra yaranan təhlükəsizlik riskləri fonunda ölkənin müdafiə imkanlarını gücləndirmək məqsədi daşıyır. 

Almaniya Müdafiə Nazirliyinin sözçüsü açıqlamasında təsdiqləyib ki, 17 yaşdan yuxarı kişilər xaricdə üç aydan çox qalmaq istədikdə əvvəlcədən razılıq almalıdırlar. Bildirilib ki, bu qaydanın məqsədi etibarlı və funksional hərbi qeydiyyat sistemini təmin etməkdir. Açıqlamada, həmçinin qeyd olunub: “Fövqəladə vəziyyət yaranarsa, xaricdə uzun müddət qalan şəxslər barədə məlumatlı olmalıyıq”.

Mövcud qanunvericiliyə əsasən, bu cür icazələrin adətən verilməsi nəzərdə tutulur. Lakin qaydanın pozulacağı halda hansı tədbirlərin görüləcəyi hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu tələbin hüquqi əsası 1956-cı ildə qəbul edilmiş “Hərbi Xidmətə Çağırış” Qanununa söykənir. Sözügedən qanuna sonuncu dəfə ötən ilin dekabr ayında dəyişiklik edilib. Əvvəllər xaricdə uzunmüddətli qalma barədə məlumat vermək öhdəliyi yalnız milli müdafiə və ya səfərbərlik vəziyyətində qüvvədə olurdu. Nazirlik rəsmilərinin sözlərinə görə, oxşar müddəa Soyuq Müharibə dövründə də mövcud olub, lakin praktik əhəmiyyət daşımayıb. Yeni qanun çərçivəsində Almaniya 2035-ci ilə qədər aktiv hərbi personalın sayını hazırkı 180 mindən 260 minə çatdırmağı planlaşdırır. 

Ötən ilin dekabr ayında Almaniya parlamenti könüllü hərbi xidmət modelini də təsdiqləyib. Bu qərara əsasən, yanvar ayından etibarən bütün 18 yaşlı gənclərə silahlı qüvvələrə qoşulmaq istəyib-istəmədiklərini müəyyənləşdirmək üçün sorğular göndəriləcək. 2027-ci ilin iyul ayından başlayaraq isə onların mümkün müharibə şəraitində xidmətə yararlılığı xüsusi qiymətləndirmədən keçiriləcək. Qadınlar könüllü əsasda hərbi xidmətə qoşula bilsələr də, Almaniya Konstitusiyasına görə məcburi xidmətə cəlb edilə bilməzlər. Bununla belə, hökumət təhlükəsizlik vəziyyətinin daha da gərginləşəcəyi və ya könüllülərin sayının az olacağı təqdirdə məcburi hərbi xidmət variantının da nəzərdən keçirilə biləcəyini istisna etmir.

Yeni qanun cəmiyyətdə birmənalı qarşılanmayıb. Xüsusilə, gənclər arasında etiraz aksiyaları keçirilib. 

Xatırladaq ki, Almaniyada məcburi hərbi xidmət 2011-ci ildə, keçmiş kansler Angela Merkel dövründə ləğv edilmişdi. Hazırkı kansler Fridrix Merts isə Bundesveri Avropanın ən güclü ənənəvi ordularından birinə çevirmək niyyətində olduqlarını bəyan edib.


Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyada hərbi qeydiyyat qaydaları sərtləşir

21:12
06 Aprel

Kuba 2 mindən çox məhbusu azad edir

21:03
06 Aprel

Roma Papası dünyanı sülhə çağırdı

20:53
06 Aprel

İnsan beyni zamanı necə qavrayır?

20:44
06 Aprel

“SOCAR Polymer” ilin ilk iki ayında ixrac gəlirlərini 41,7 faiz artırdı  

20:43
06 Aprel

Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi yanvar-fevralda 1,8 milyard dollar oldu

20:31
06 Aprel

Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb  

20:27
06 Aprel

Macarıstan qaz kəmərinə qarşı təxribat iddiasını araşdırır

20:26
06 Aprel

Velosiped daşımaq üçün yeni sistem təqdim olunub  

20:17
06 Aprel

Axios: İran, ABŞ və vasitəçilər 45 günlük atəşkəsi müzakirə edirlər  

20:10
06 Aprel

Qazaxıstanda dronlar ictimai təhlükəsizliyi təmin edir  

20:08
06 Aprel

Çimərlik futbolu üzrə Azərbaycan millisi Moldovaya qalib gəlib  

20:06
06 Aprel

Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb

19:51
06 Aprel

Qarabağda gələcəyin şəhərləri qurulur  

18:56
06 Aprel

Azərbaycan Respublikasının Prezidentinin şərəfinə lanç

18:48
06 Aprel

“Reuters”: NASA-nın missiyası Aya çatıb

18:43
06 Aprel

Birinci xanım Mehriban Əliyevanın şərəfinə lanç

18:41
06 Aprel

Almaniyada dizel yanacağının qiyməti artmaqda davam edir

18:37
06 Aprel

İordaniya mediası: Azərbaycan mina problemi sahəsində beynəlxalq tərəfdaşlığa böyük önəm verir  

18:31
06 Aprel

Azərbaycan və Türkiyə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq daha da inkişaf edəcək  

18:09
06 Aprel

Gürcüstanda C5 kateqoriyalı viza tətbiq oluna bilər

17:57
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!