27 Aprel 2023 23:21
609
SİYASƏT
A- A+
Azərbaycan səfiri Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb

Azərbaycan səfiri Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb

 

Aprelin 27-də səfir Polad Bülbüloğlu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Laçın-Xankəndi yolunda yaranmış vəziyyət müzakirə edilib, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında indiyədək əldə edilmiş razılaşmalara ciddi əməl olunmasının vacibliyi bir daha təsdiqlənib.

Polad Bülbüloğlu Azərbaycan Respublikasının regionda uzunmüddətli sülhün bərqərar olmasında maraqlı olduğunu və üçtərəfli Bəyanatın müddəalarına sadiq qaldığını diqqətə çatdırıb.

Səfir qeyd edib ki, Ermənistan tərəfi sözügedən bəyanatın müvafiq bəndlərini pozaraq, regionda bütün kommunikasiya xətlərinin açılması və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycanın suveren ərazilərindən qeyri-qanuni erməni birləşmələrinin çıxarılması ilə bağlı öhdəliklərini bu günədək yerinə yetirməyib.

Üçtərəfli Bəyanata zidd olaraq, məhz Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina və digər hərbi təyinat vasitələrinin daşınmasının qarşısının alınması üçün tərəfimizdən Azərbaycanın suveren ərazisi olan Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaradılıb.

Bununla yanaşı, Polad Bülbüloğlu qarşı tərəfin diqqətinə çatdırıb ki, Azərbaycan Laçın yolundan istifadədə şəffaflığın qorunmasını təmin edəcək və həmin yol 3 istiqamət - vətəndaşlar, yüklər və nəqliyyat vasitələri üçün nəzərdə tutulub.

Əvvəl də olduğu kimi Laçın yolundan Rusiya sülhməramlı kontingenti, Beynəlxalq Qırmızı Xaç Komitəsi və humanitar məqsədli nəqliyyat vasitələrinin keçidi üçün tam şərait yaradılacaq və bütün digər humanitar xarakterli məsələlər öz həllini tapacaqdır.

Ermənistan tərəfindən yerləşdirilmiş minaların qurbanları olan vətəndaşlarımızın artdığını vurğulayan səfir, son olaraq, Şuşa rayonu ətrafında yük avtomobilinin minaya düşməsi nəticəsində 3 Azərbaycan hərbçisinin xəsarət aldığını və hadisə baş verən əraziyə keçirilmiş baxış zamanı minaların 2021-ci ildə Ermənistanda istehsal olunduğunun müəyyən edildiyini qeyd edib. Bu hadisənin ermənilərin növbəti mina təxribatı kimi dəyərləndirildiyini, yeni nəzarət–buraxılış məntəqəsinin məhz gələcəkdə bu kimi hadisələrin təkrar olunmaması üçün qurulduğunu bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!