26 Fevral 2025 00:47
1413
Nazirlər Kabineti
A- A+
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2189 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2189 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə


№ 43


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2189 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 381 (Cild I) ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 1.4-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:

1.1. birinci abzasda “bir qayda olaraq, ixtisaslaşdırılmış layihə təşkilatları tərəfindən qüvvədə olan normativ sənədlərin” sözləri “şəhərsalma və tikinti qanunvericiliyinin” sözləri ilə əvəz edilsin;

1.2. ikinci abzas ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyul tarixli 138 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 671 (Cild I) ilə təsdiq edilmiş “Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin Birliyin uzunmüddətli istifadəsinə verilməsi şərtləri və bu şərtlər pozulduğu halda onların geri alınması Qaydası”nın 3.8-ci bəndində “yazılı icazəsi” sözləri “razılığı” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 yanvar tarixli 3 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 36 (Cild I); 2024, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.3-cü bəndə “Telekommunikasiya haqqında” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilən qaydada tikintiyə və istismara icazə alınmaqla, həmin Məcəlləyə,” sözləri əlavə edilsin;

3.2. 1.7-ci bəndin birinci abzasında “rəyinə əsasən bu sahədə səlahiyyətli orqan olan” sözləri vergül işarəsi ilə, “icazəsi” sözü “razılığı” sözü ilə əvəz edilsin;

3.3. 1.8-ci bənddə “rəyinə və bu sahədə səlahiyyətli orqan olan RİNN-in müraciətinə əsasən Dövlət Sərhəd Xidmətinin icazəsi” sözləri “razılığı” sözü ilə əvəz edilsin;

3.4. 1.9-1.15-ci, 1.17-ci, 1.19-cu, 2.1-ci, 3.1-3.4-cü bəndlər ləğv edilsin;

3.5. 1.16-cı və 1.18-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“1.16. Nəzərdə tutulan işlərin aparılması üçün icazə almış şəxs Azərbaycan Respublikasının dövlət sərhədində sərhədboyu zolaqda dövlət sərhədinin mühafizəsinin təmin olunmasına münasibətdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətini aparılacaq işlər barədə məlumatlandırmalı və işlərin yoxlanılması üçün onlara şərait yaratmalıdır.

1.18. Azərbaycan Respublikasının dövlət sərhədində sərhədboyu zolaqda fəaliyyət zamanı yol verilən pozuntular dövlət sərhədinin mühafizəsinin təmin olunmasına maneə yaratdıqda həmin fəaliyyət Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dayandırılır və bu barədə aidiyyəti dövlət orqanları məlumatlandırılır.”;

3.6. 5.1-ci bənddən “bu Qaydaların 1.11-ci bəndinin a) yarımbəndində nəzərdə tutulan məlumatlardan başqa,” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 sentyabr tarixli 209 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 9, maddə 823 (Cild I); 2024, № 1, maddə 82) ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsi, tikintisi, bərpası və istismara verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.4. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi şəhərsalma və tikinti qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsinə və tikintisinə rəy verir.”;

4.2. 3.1-ci bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi şəhərsalma və tikinti qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət baytarlıq nəzarəti obyektlərinin bərpasına və istismara verilməsinə rəy verir.”.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 8 may tarixli 112 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 435 (Cild I); 2024, № 9, maddələr 1090, 1106) ilə təsdiq edilmiş “Meliorasiya və irriqasiya sistemlərinin istismarı və qoruyucu meşə əkinlərinin saxlanması Qaydaları”nın 1.21-ci bəndində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 sentyabr tarixli 197 nömrəli qərarı ilə təsdiq edilmiş “Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydaları”na” sözləri “Azərbaycan Respublikasının Su və Şəhərsalma və Tikinti məcəllələrinə” sözləri ilə əvəz edilsin.

6. “Tikinti obyektlərinin istismarına icazənin formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 9, maddə 1126 (Cild I); 2024, № 3, maddə 299) aşağıdakı dəyişikliklər edilsin:

6.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Tikinti obyektinin istismarına icazə” formasından “(imza)” və “M.Y.” hissələri çıxarılsın;

6.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Reklam qurğusunun istismarına icazə” formalarından “İcazəni imzalayan məsul şəxs”, “(vəzifəsi)”, “(imza)”, “(soyadı, adı)” və “M.Y.” hissələri çıxarılsın.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 58 (Cild I); 2024, № 4, maddə 440, № 9, maddə 1096) ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 1.9-cu bənddə “sənədin surətini” sözləri “sənədi” sözü ilə, “çıxarışın surətini” sözləri “çıxarışı” sözü ilə əvəz edilsin;

7.2. aşağıdakı məzmunda 1.10-cu bənd əlavə edilsin:

“1.10. Bu Qaydaların 1.9-cu bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.”.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 iyul tarixli 264 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1344 (Cild I); 2024, № 4, maddə 440) ilə təsdiq edilmiş “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”ın 4-cü hissəsində “icazə barədə qərarın qəbul edildiyi” sözləri “icazənin verildiyi” sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12, maddə 2725 (Cild I); 2024, № 1, maddə 77, № 9, maddə 1090, № 11, maddə 1246) ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 7.3-cü bəndində “83.0.2” rəqəmləri “83.1.2” rəqəmləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 dekabr tarixli 568 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12, maddə 2758; 2024, № 3, maddə 298, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş “Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların nisbətini müəyyənləşdirən bölünmə planının razılaşdırılması Qaydası”nın 3.3.4-cü yarımbəndində “icazənin surəti” sözləri “icazə” sözü ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 3 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 61 (Cild I); 2024, № 3, maddə 299, № 7, maddə 907, № 9, maddə 1090) ilə təsdiq edilmiş “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri”nin cədvəlinin 1.1-ci və 1.2-ci bəndlərinin “Xidmətin adı” sütunundan “(sənədin surətində)” sözləri çıxarılsın.

12. “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (II kitab), maddə 1280 (Cild I); 2024, № 1, maddə 95, № 3, maddə 305) aşağıdakı dəyişikliklər edilsin:

12.1. aşağıdakı məzmunda 2.3-cü bənd əlavə edilsin:

“2.3. “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nda həyata keçirilməsi nəzərdə tutulan prosedurlar tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlərin və qaz təchizatı layihəsinin verilməsinə münasibətdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.”;

12.2. həmin Qərarla təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası” üzrə:

12.2.1. 1.15-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.15. Tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlərin və qaz təchizatı layihəsinin verilməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 84-cü maddəsinə uyğun olaraq tikintiyə icazə verən orqanın (qurumun) sorğusu əsasında şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Sorğuya tikinti ərazisinin baş planı, obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənədlər əlavə edilir. Bu zaman tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlərin və qaz təchizatı layihəsinin verilməsinin təmin edilməsi bu Qaydada Sistem vasitəsilə icra olunan prosedurlara uyğun olaraq həyata keçirilir. Tikintiyə icazə icraatı çərçivəsində texniki şərtlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş tikintiyə icazənin qüvvədə olduğu və ya qüvvədəolma müddətinin uzadıldığı müddətə verilir.”;

12.2.2. 1.16-cı bənddən “onun bu Qaydanın 2.1-ci və ya 3.1-ci bəndində nəzərdə tutulmuş qaydada müraciətinə əsasən” sözləri çıxarılsın;

12.2.3. həmin Qaydaya 2 nömrəli əlavəyə - “Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə (məişət qaz qurğuları quraşdırılan və mövcud qazpaylayıcı şəbəkəyə qoşulan tikinti obyektləri istisna olmaqla), habelə ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma müqaviləsi”nə əlavə – “TEXNİKİ ŞƏRTLƏR”dən “M.Y.” hissəsi çıxarılsın.

13. “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli 303 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 9, maddə 1324 (Cild I); 2024, № 3, maddə 305, № 4, maddə 450) aşağıdakı dəyişikliklər edilsin:

13.1. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1. “İstilik enerjisindən istifadə qaydaları”nda həyata keçirilməsi nəzərdə tutulan prosedurlar tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin istilik şəbəkəsinə qoşulması üçün texniki şərtlərin və istilik təchizatı sisteminin layihəsinin verilməsinə münasibətdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.”;

13.2. həmin Qərarla təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları” üzrə:

13.2.1. 2.27-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.27. Tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin istilik şəbəkəsinə qoşulması üçün texniki şərtlərin və istilik təchizatı sisteminin layihəsinin verilməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 84-cü maddəsinə uyğun olaraq tikintiyə icazə verən orqanın (qurumun) sorğusu əsasında şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Sorğuya tikinti ərazisinin baş planı, obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənədlər əlavə edilir. Bu zaman tikinti obyektlərinin istilik şəbəkəsinə qoşulması üçün texniki şərtlərin və istilik təchizatı sisteminin layihəsinin verilməsinin təmin edilməsi bu Qaydalarda Sistem vasitəsilə icra olunan prosedurlara uyğun olaraq həyata keçirilir.”;

13.2.2. 2.28-ci bənddən “onun bu Qaydaların 2.5-ci bəndində nəzərdə tutulmuş qaydada müraciətinə əsasən və” sözləri çıxarılsın;

13.2.3. həmin Qaydalara 4 nömrəli əlavə – “Mövcud və ya inşa ediləcək tikinti obyektlərinin istilik şəbəkəsinə qoşulması müqaviləsi”nə əlavə – “İstilik mənbələrinə qoşulma və ya əlavə enerji (güc) alınması üçün TEXNİKİ ŞƏRTLƏR”dən “İmza” hissəsi çıxarılsın.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 21 ” “ fevral ” 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!