19 May 2022 01:21
642
ELANLAR
A- A+

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıq tender elan edir

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İsmayıllı rayonunun Zeyvə kəndi ərazisində, Muğanlı-İsmayıllı avtomobil yolunun 16-cı km-də "DOST evi" Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisi işlərinin satın alınması ilə əlaqədar tenderə dəvət edir.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu  Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova 85 (Əlaqə telefonu: (012) 596 44 09 (e.poçt: [email protected]) ünvanında yerləşən inzibati binadan ala bilərlər.

İştirak haqqı: 1500 (bir min beş yüz) manat

Satınalan təşkilat: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

VÖEN:  1700093011

Bank: Dövlət Xəzinədarlıq Agentliyi

KOD: 210005

Müxbir hesabı: AZ41NABZ01360100000000003944

VÖEN: 1401555071

SWIFT CTREAZ22

H/HESABI: AZ80CTRE00000000000002138501

Büdcə gəlirlərinin təsnifat kodu - 142330

Büdcə səviyyəsinin kodu - 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 29.2-ci  maddəsinə əsasən, tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır

Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Azərbaycan Respublikasında vergilərə və digər məcburi ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (uçotda olduğu vergi orqanından alınmalıdır. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir); 01.05.2022-ci il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir;

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması; (müvafiq təsdiqedici sənədlər təqdim olunmalıdır);

-  öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması; (uçotda olduğu vergi orqanından alınmalıdır. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir);

-  müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi; (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya “ASAN xidmət” mərkəzlərindən (məhkumluq ilə bağlı arayış) alır. 01.05.2022-ci il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir;

- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;

-  tenderin əsas şərtlər toplusunda nəzərdə tutulduğu halda, iddiaçı bu qanunun 28.1-ci maddəsində nəzərdə tutulan tender təklifinə işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatları (konkret subpodratçının adı göstərilməklə) göstərməlidir;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış. (01.05.2022-ci il tarixdən sonra alınmış arayış təqdim olunmalıdır);

- tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (notarial qaydada təsdiq olunmuş surətləri) tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 09.06.2022-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 21.06.2022-ci il saat 17:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova 85 ünvanında yerləşən nazirliyin inzibati binasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 22.06.2022-ci il saat 17:00-da Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova 85 ünvanında yerləşən nazirliyin inzibati binasında Tender komissiyasının iştirakı ilə  aparılacaqdır.

İddiaçı və ya onun notarial qaydasında təsdiqlənmiş sənədlə müvəkkil etdiyi şəxs tender prosedurlarının açılışında iştirak edə bilər. Müvafiq orqanlardan tələb olunan sənədlərin alınmasının cari ayı əhatə etməsi mütləqdir.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video