27 Fevral 2024 14:26
276
CƏMİYYƏT
A- A+

Azərbaycan Respublikasının dəniz sərhədini pozan şəxslər saxlanılıb

 

Dövlət Sərhəd Хidmətinin (DSX) Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqələri və sərhəd gözətçi gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində “Şahdağ” sərhəd gözətçi gəmisi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsinin Ələt reydi istiqamətində cənuba doğru hərəkət edən naməlum hədəf aşkar edilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, hədəfin saxlanılması məqsədilə Sahil Mühafizəsinin gəmiləri tərəfindən təqibetmə əməliyyatlarına başlanılıb, sərhəd bölmələri aidiyyəti üzrə məlumatlandırılıb, regional şöbələrin texniki müşahidə məntəqələri tərəfindən müşahidələr gücləndirilib və sahil xəttinin qapadılması məqsədilə təxirəsalınmaz tədbirlər görülüb.

Sərhəd gözətçi gəmisinin sürətli manevrləri nəticəsində Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin cənub istiqamətində Kürdili adası reydində “Yamaha-200” mühərriki ilə təchiz edilmiş iki nəfər heyət üzvü olan itisürətli qayıq saxlanılıb.

Dəniz sərhədini pozduqlarına görə, saxlanılmış qayığın heyət üzvlərinin İran İslam Respublikası vətəndaşları — 1986-cı il təvəllüdlü Yusifinecat Mehran Tağı oğlu və 1994-cü il təvəllüdlü Şəhram Mahmudi Qafur oğlu olduqları müəyyən edilib.

Fаktla bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video