20 Mart 2025 01:51
2366
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772, № 11, maddə 1189; Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 72-VIIQD və 77-VIIQD nömrəli, 27 dekabr tarixli 111-VIIQD, 114-VIIQD və 115-VIIQD nömrəli qanunları) 308-2-ci maddəsi aşağıdakı redaksiyada verilsin: 

"Maddə 308-2. Dövlət satınalmaları haqqında qanunvericiliyi pozma

308-2.1. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən satınalma prosedurları keçirilmədən, habelə nəzarət orqanının razılığı tələb olunan satınalma metodlarını belə razılıq olmadan tətbiq etməklə və ya keçirilmiş satınalmanın nəticələri haqqında yekun protokol nəzarət orqanı tərəfindən təsdiq edilmədən bağlanılmış müqavilələr əsasında maliyyə vəsaitlərinin xərclənməsi, bu əməllər xeyli miqdarda ziyan vurduqda - 

cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

308-2.2. Satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının, habelə müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları ilə bağlı satınalmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş satınalma prosedurları keçirilmədən baş tutması, bu əməllər xeyli miqdarda ziyan vurduqda - 

cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

308-2.3. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən həmin Qanunda müəyyən edilən maraqlar toqquşması ilə bağlı tələblərə cavab verməyən təchizatçı ilə satınalma müqaviləsi bağlanılaraq maliyyə vəsaitlərinin xərclənməsi, bu əməllər xeyli miqdarda ziyan vurduqda -  

cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

308-2.4. Bu Məcəllənin 308-2.1-308-2.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:

308-2.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

308-2.4.2. təkrar törədildikdə;

308-2.4.3. külli miqdarda ziyan vurduqda;

308-2.4.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə -

cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu Məcəllənin 308-2.1-308-2.3-cü maddələrində "xeyli miqdar" dedikdə əlli min manatdan iki yüz əlli min manatadək olan məbləğ, bu Məcəllənin 308-2.4.3-cü maddəsində "külli miqdar" dedikdə isə iki yüz əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.

2. Bu Məcəllənin 308-2-ci maddəsində "nəzarət orqanı" və "satınalan təşkilat" dedikdə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan nəzarət orqanı və satınalan təşkilatlar başa düşülür.".

Maddə 2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772, № 12 

(I kitab), maddə 1280; Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 72-VIIQD və 77-VIIQD nömrəli, 27 dekabr tarixli 111-VIIQD və 115-VIIQD nömrəli, 29 dekabr tarixli 118-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

2.1.   38.1-ci maddənin ikinci cümləsinə "mübarizə haqqında," sözlərindən sonra "dövlət satınalmaları haqqında," sözləri əlavə edilsin;

2.2. 445-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 445-1. Dövlət satınalmaları haqqında qanunvericiliyin pozulması

445-1.1. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən, habelə nəzarət orqanının razılığı tələb olunan satınalma metodlarını  belə razılıq olmadan tətbiq etməklə və ya keçirilmiş satınalmanın nəticələri haqqında yekun protokol nəzarət orqanı tərəfindən təsdiq edilmədən bağlanılmış müqavilələr əsasında maliyyə vəsaitlərinin xərclənməsinə görə -

vəzifəli şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

445-1.2. Satınalan təşkilat tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının, habelə müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları ilə bağlı satınalmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş satınalma prosedurları keçirilmədən baş tutmasına görə - 

vəzifəli şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

445-1.3. Müşahidə şurasının (direktorlar şurasının) tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla təsdiq edilən kommersiya hüquqi şəxsləri tərəfindən "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məlumatların və elanların özlərinin rəsmi internet səhifələrində yerləşdirilməməsinə görə - 

vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

445-1.4. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, açıq tender və ya ikimərhələli tenderdən yayınmaq və (və ya) təchizatçılar arasında rəqabəti məhdudlaşdırmaq məqsədilə eyni xüsusiyyətli (xarakterli, növlü, tipli) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş satınalma predmetlərinin təsnifat kodları üzrə eyni sinifdə olan oxşar satınalma predmetinin ayrı-ayrı hissələrə (müqavilələrə) bölünməsinə görə - 

vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

445-1.5. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, satınalma komissiyası tərəfindən təchizatçıların satınalmalarda iştirakının məhdudlaşdırılmasına, habelə onlar arasında ayrı-seçkilik yaradan tələblərin, meyarların və prosedurların müəyyənləşdirilməsinə görə -

vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

445-1.6. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, həmin Qanunda müəyyən edilən maraqlar toqquşması ilə bağlı tələblərə cavab verməyən təchizatçı ilə satınalma müqaviləsi bağlanılaraq maliyyə vəsaitlərinin xərclənməsinə görə - 

vəzifəli şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

445-1.7. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş müddətlərdə:

445-1.7.1. satınalan təşkilatın qalib təchizatçının təklifini aksept etməməsinə və ya satınalma müqaviləsini imzalamamasına;

445-1.7.2. satınalan təşkilat tərəfindən satınalma müqaviləsi üzrə ödəmələrin (o cümlədən avans ödənişinin) aparılmamasına;

445-1.7.3. satınalan təşkilat tərəfindən təchizatçıların şikayətlərinin və müraciətlərinin araşdırılaraq müvafiq qərarın qəbul edilməməsinə və həmin qərarın şikayət edən və ya müraciət edən təchizatçıya göndərilməməsinə görə - 

vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

445-1.8. Satınalma müqaviləsinin icrasına başlanılması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) razılıq (müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icazələr istisna olmaqla) alınması tələb olunduğu təqdirdə, satınalan təşkilat tərəfindən belə icazələrin müqavilə imzalanana qədər əldə olunmasının təmin edilməməsinə  görə -

vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

445-1.9. Nəzarət orqanının satınalma predmetinə (onun icrasına) baxış keçirə bilməsi üçün satınalan təşkilat tərəfindən lazımi şərait yaradılmamasına görə - 

vəzifəli şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

445-1.10. Satınalmaların həyata keçirilməsi zamanı satınalan təşkilat tərəfindən nəzarət orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə - 

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Qeyd:

1. Bu Məcəllənin 445-1-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

2. Bu Məcəllənin 445-1-ci maddəsində "nəzarət orqanı" və "satınalan təşkilat" dedikdə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan nəzarət orqanı və satınalan təşkilatlar başa düşülür.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 fevral 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Koreya şirkətləri üçün Azərbaycanda yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

16:33
17 İyun

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar  

15:41
17 İyun

Konstitusiya Məhkəməsi ilə İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası arasında əməkdaşlıq genişləndirilir

15:36
17 İyun

ABŞ Konqresinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

15:35
17 İyun

XİN-də “İnsan Hüquqları Aylığı” çərçivəsində seminar təşkil olunub

15:27
17 İyun

Azərbaycanlı alim beynəlxalq elmi jurnalın redaksiya heyətinə seçilib  

15:24
17 İyun

Mikayıl Cabbarov: İİB ilə əməkdaşlıqda KOB-ların inkişafı əsas prioritetlərdəndir  

15:23
17 İyun

Avropa Liqası: “Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

15:21
17 İyun

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib

15:15
17 İyun

Azərbaycan ilə Qvineya arasında ticarət və investisiya əməkdaşlığı gücləndirilir  

15:08
17 İyun

Nazir: Azərbaycanın strateji mineral ehtiyatlarının 80 faizdən çoxu azad edilmiş ərazilərdədir  

15:07
17 İyun

Mikayıl Cabbarov: Azərbaycan Mərkəzi Asiyanın enerji və mineral ehtiyatlarla zəngin ölkələri üçün Qərbə çıxan təbii ixrac marşrutudur  

15:05
17 İyun

VK: 1 vəkil xaric olunub, 1-nə xəbərdarlıq edilib, 5-i cərimələnib

15:05
17 İyun

UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub  

15:02
17 İyun

Nazir: İİB Qrupu ilə əməkdaşlıq Azərbaycan şirkətlərinin beynəlxalq standartlara uyğunlaşmasına töhfə verir  

14:57
17 İyun

Nazir: İslam İnkişaf Bankı Azərbaycanın iqtisadi inkişafına mühüm töhfələr verib

14:53
17 İyun

Əmək Məcəlləsinə dəyişiklik edilir

14:41
17 İyun

Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalı rayonlarına səfəri başlayıb

14:28
17 İyun

"Kraudfandinq haqqında" qanun layihəsi müzakirə edilir

14:21
17 İyun

Çempionlar Liqası: “Sabah”ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub  

14:13
17 İyun

“Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilir

14:11
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!