06 Avqust 2026 01:59
2547
Fərmanlar
A- A+
Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" 2007-ci il 6 iyun tarixli 586 nömrəli və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" 2007-ci il 6 iyun tarixli 586 nömrəli və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 599 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; 2025, № 1, maddə 26, № 4 (I kitab), maddə 333, № 12 (I kitab), maddə 1136) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın 6.5-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"6.5. Dövlət mülkiyyətində olan və vahidinin (dəstinin) ilkin dəyəri 5000 (beş min) manatdan yuxarı olan əsas vəsaitlərin ayrı-ayrı dövlət orqanları və dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi (əsas vəsaitlərin eyni dövlət qurumunun tabeliyindəki dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi halı istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar, o cümlədən "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinə uyğun olaraq birinci instansiya məhkəmələrinin maliyyə və digər maddi-texniki təminatı ilə bağlı məsələləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin həll etdiyi hallar istisna olmaqla, Dövlət Xidmətinin rəyi alındıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunan qərarlar əsasında həyata keçirilir. Dövlət mülkiyyətində olan və vahidinin (dəstinin) ilkin dəyəri 5000 (beş min) manat və ondan aşağı olan əsas vəsaitlərin ayrı-ayrı dövlət orqanları və dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi Dövlət Xidmətinin yazılı razılığı alındıqdan sonra həmin dövlət orqanlarının və dövlət mülkiyyətində olan hüquqi şəxslərin qərarları əsasında həyata keçirilir.

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinə uyğun olaraq birinci instansiya məhkəmələrinin maliyyə və digər maddi-texniki təminatı məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən birinci instansiya məhkəmələrinə əsas vəsaitlərin verilməsi Dövlət Proqramının 6.9-cu bəndi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.".

2. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 542 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 665, № 7, maddə 806, № 8, maddə 938; 2025, № 2, maddə 119, № 3, maddə 225, № 4 (I kitab), maddə 333) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi"nin 3.0.33-cü yarımbəndi aşağıdakı redaksiyada verilsin:

"3.0.33. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlət orqanlarına, tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq, dövlət mülkiyyətində olan hüquqi şəxslərə məxsus əsas vəsaitlərin normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada balansdan balansa verilməsinə razılıq (rəy) vermək və silinməsinə dair rəy vermək;".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 5 avqust 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2026-cı ildə Bakı şəhərində keçiriləcək "Formula-1" yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında

02:16
26 Avqust

"Dənizkənarı Bulvar İdarəsi" və "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi" publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında

02:15
26 Avqust

Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında

02:14
26 Avqust

"Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:14
26 Avqust

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

02:00
26 Avqust

“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində! 

23:24
25 Avqust

Azərbaycan səfiri etimadnaməsini Sudanın Suveren Keçid Şurasının Sədrinə təqdim edib

23:12
25 Avqust

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub

21:44
25 Avqust

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

21:23
25 Avqust

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

21:13
25 Avqust

Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə növbəti tədarük həyata keçirilib

19:21
25 Avqust

Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb

19:12
25 Avqust

Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb

18:48
25 Avqust

“Maarifçi” proqramının iştirakçıları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırılıb

18:39
25 Avqust

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq

18:23
25 Avqust

26 avqust – Laçın şəhəri günü  

18:23
25 Avqust

Xocavənddə açarlar yenidən doğma qapılara uzandı: illər sonra yurda dönüş  

18:21
25 Avqust

Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyini 15 medalla başa vurublar

18:13
25 Avqust

Azərbaycanda makaron istehsalı artıb: süfrələrə gedən məhsulun həcmi böyüyür  

18:12
25 Avqust

Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

18:09
25 Avqust

Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb

18:03
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!