Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
№ 322
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 629-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 noyabr tarixli 1893 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 227; 2011, № 5, maddə 449; 2018, № 11, maddə 2448; 2021, № 10, maddə 1193) ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. I hissə üzrə:
1.1. 1.3-cü bənddə “onun müddəalarına uyğun müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş,” sözləri “qanunvericiliyə uyğun qəbul edilmiş digər” sözləri ilə əvəz edilsin;
1.2. 1.4-cü bəndin səkkizinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:
“hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan olunan zərərli istehsalat amilləri olan iş yerlərinin müəyyən edilərək onların həmin iş yerlərinə buraxılmaması və digər yüngül işlərdə çalışmasının təmin edilməsi.”.
2. Aşağıdakı məzmunda 3.6-cı bənd əlavə edilsin:
“3.6. İş yerlərinin attestasiyasının nəticələrinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 31 may tarixli 172 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan olunan zərərli istehsalat amillərinin siyahısı”na uyğun olaraq hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan edilən iş yeri müəyyən edildikdə “Əmək şəraiti üzrə iş yerinin attestasiyası xəritəsi”nin “Əmək şəraitinə görə güzəştlər” hissəsində bu iş yerlərində hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqinin qadağan edilməsi və yüngül işə keçirilməsi barədə müvafiq qeyd aparılır.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 13 sentyabr 2023-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Şuşanın nurlu gecələri FOTO
04 Dekabr
ANAMA rəsmisi: Azərbaycan artıq öz istehsalı olan minatəmizləyən maşınlardan istifadə edir...
04 Dekabr
ANAMA-nın nümayəndəsi: Azad olunmuş ərazilərdə 148 min hektara yaxın sahə yüksək səviyyədə çirklənib...
04 Dekabr
Kənd təsərrüfatı naziri sahibkarlarla görüşüb
04 Dekabr
Ombudsman: Ölkəmizdə 1991-ci ildən bu günədək 3416 nəfər minadan zərər çəkib
04 Dekabr
Filippində universitetdə baş verən partlayış nəticəsində ölənlərin sayı 11-ə çatıb
04 Dekabr
Pentaqon: Qırmızı dənizdə ABŞ hərbi gəmisi və bir çox ticarət gəmisi hücuma məruz qalıb...
04 Dekabr
BMT Qəzza zolağında yayılan xəstəliklərlə bağlı xəbərdarlıq edib
04 Dekabr
COP28 çərçivəsində Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” potensialı ilə bağlı təqdimat olub...
03 Dekabr
Azərbaycanın energetika naziri COP28 çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirak edəcək...
03 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!