18 İyul 2026 01:02
2117
Qanunlar
A- A+
"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında", "İctimai iştirakçılıq haqqında" və "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında", "İctimai iştirakçılıq haqqında" və "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini, 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 107 (Cild I); 2024, № 11, maddə 1188; 2025, № 12 (I kitab), maddə 1120) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"nin 15-ci maddəsinin dördüncü-on üçüncü hissələri müvafiq olaraq beşinci-on dördüncü hissələr hesab edilsin və aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

"İctimai dinləmə və ya ictimai müzakirə "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Elektron Hökumət İnformasiya Sistemi üzərindən də təşkil edilir. Bu zaman ictimai dinləmənin və ya ictimai müzakirənin keçirilmə tarixi barədə məlumatlandırılma həmin informasiya sistemi vasitəsilə təmin edilir.".

Maddə 2. "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 1 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 6.3-cü maddənin birinci cümləsində "öz internet səhifəsi" sözləri "özünün rəsmi internet informasiya ehtiyatı, Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHİS)" sözləri ilə əvəz edilsin;

2.2. 14.2-ci maddədə "səhifəsində" sözü "informasiya ehtiyatında" sözləri ilə əvəz edilsin və həmin maddəyə "mediada" sözündən sonra ", habelə EHİS-də" sözləri əlavə edilsin;

2.3. 15.1-ci və 15.2-ci maddələrə "təqdim olunur" sözlərindən sonra "(o cümlədən EHİS vasitəsilə)" sözləri əlavə edilsin;

2.4. 16.1-ci maddədə "öz internet səhifəsində" sözləri "özünün rəsmi internet informasiya ehtiyatında" sözləri ilə əvəz edilsin və həmin maddəyə "mediada" sözündən sonra ", habelə EHİS-də" sözləri əlavə edilsin; 

2.5. 17-ci maddə üzrə:

2.5.1. 17.1-ci maddəyə "verə bilməsi" sözlərindən sonra "(o cümlədən EHİS vasitəsilə)" sözləri əlavə edilsin;

2.5.2. 17.2-ci maddəyə "dərc edilir" sözlərindən sonra "(o cümlədən EHİS vasitəsilə)" sözləri əlavə edilsin;

2.6. 18-ci maddə üzrə:

2.6.1. 18.2.1-ci maddədə "internet səhifəsində" sözləri "rəsmi internet informasiya ehtiyatında" sözləri ilə əvəz edilsin;

2.6.2. 18.2.2-ci və 18.2.3-cü maddələrdə "internet səhifəsinin" sözləri "rəsmi internet informasiya ehtiyatının" sözləri ilə əvəz edilsin və həmin maddələrə "bölməsində" sözündən sonra "və EHİS-də" sözləri əlavə edilsin;

2.6.3. 18.2.4-cü maddəyə "məlumatlandırır" sözündən sonra "(o cümlədən EHİS vasitəsilə)" sözləri əlavə edilsin;

2.6.4. 18.2.5-ci maddəyə "dərc edir" sözlərindən sonra "(o cümlədən EHİS vasitəsilə)" sözləri əlavə edilsin;

2.7. 19-cu maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Hüquqi aktların layihələrinə dair ictimai dinləmənin və ictimai müzakirənin elektron qaydada təşkili eyni zamanda EHİS vasitəsilə təmin edilir.".

Maddə 3. "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1695 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 5-ci maddə üzrə;

3.1.1. aşağıdakı məzmunda 5.2-1-ci və 5.2-2-ci maddələr əlavə edilsin:

"5.2-1. Bu Qanunun 7-1.1-ci maddəsində qeyd edilən halda, bu Qanunun   3-cü maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib olunmuş layihə Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHİS) üzərindən elektron sənəd formasında təqdim edilir.

5.2-2. Təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması barədə ərizəyə layihənin dəstəklənməsi üçün vətəndaşların imzalarının hansı formada toplanılacağı (kağız daşıyıcıda və ya elektron formada) barədə məlumat əlavə edilir. Hər iki formanın eyni qanunvericilik təşəbbüsü layihəsi üzrə paralel və ya ardıcıl şəkildə tətbiqinə yol verilmir.";

3.1.2. 5.6-cı maddəyə "müddətində" sözündən sonra ", bu Qanunun 6.1-ci və 7-1-ci maddələrində qeyd edilənlər nəzərə alınmaqla," sözləri əlavə edilsin; 

3.2. 6-cı maddə üzrə:

3.2.1. 6.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"6.1. Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün vətəndaşların imzalarının toplanması həmin layihənin qeydiyyata alındığı gündən iki ay ərzində təşəbbüs qrupunun üzvləri tərəfindən, bu Qanunun 7-1.1-ci maddəsində qeyd edilən halda isə EHİS üzərindən həyata keçirilir.";

3.2.2. aşağıdakı məzmunda 6.3-1-ci maddə əlavə edilsin:

"6.3-1. Bu Qanunun 7-1.1-ci maddəsində qeyd edilən halda layihənin dəstəklənməsi üçün vətəndaşların imzalarının toplanılması onların EHİS-də olan elektron kabinetləri vasitəsilə həyata keçirilir. Bu zaman vətəndaşlar dəstəkləmək üçün imza toplanması davam etdirilən layihəni seçərək təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə imzalayırlar. Bu halda imza vərəqələrinin doldurulması və vətəndaşların imzalarının toplanılmasının nəticələri haqqında protokol tərtibi tələb olunmur və müvafiq məlumatlar EHİS üzərindən təqdim olunur.";

3.2.3. 6.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Bu Qanunun 7-1.1-ci maddəsində qeyd edilən halda layihənin tam mətninin və onun məzmununun izahının təqdim edilməsi, eləcə də vətəndaşa layihə ilə tanış olmaq imkanının yaradılması EHİS vasitəsilə təmin edilir."; 

3.3. 7-ci maddə üzrə:

3.3.1. 7.1-ci maddənin birinci cümləsinə "tərəfindən" sözündən sonra ", bu Qanunun 7-1-ci maddəsində qeyd edilən halda isə layihənin dəstəklənməsi ilə bağlı imzalar barədə məlumatlar EHİS üzərindən" sözləri əlavə edilsin;

3.3.2. 7.2-ci maddəyə "Mərkəzi" sözündən əvvəl "Bu Qanunun 7-1-ci maddəsində qeyd edilən hal nəzərə alınmaqla," sözləri əlavə edilsin;

3.3.3. 7.4.2-ci və 7.7.2-ci maddələrə "Qanunun" sözündən sonra "6-3.1-ci maddəsində qeyd edilən hal nəzərə alınmaqla, bu Qanunun" sözləri əlavə edilsin;

3.3.4. 7.7.1-ci maddəyə "Qanunun" sözündən sonra "5.2-2-ci," sözləri əlavə edilsin; 

3.4. aşağıdakı məzmunda 7-1-ci maddə əlavə edilsin:

"Maddə 7-1. Vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadəsinin elektron qaydada təşkili

7-1.1. Təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması üçün təşəbbüs qrupunun sədri tərəfindən bu Qanunun 5.1-ci və 5.2-ci maddələrində qeyd edilən sənədlərin və məlumatların Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi, habelə layihənin dəstəklənməsi üçün vətəndaşların imzalarının toplanılması qanunvericilik təşəbbüsü hüququndan istifadə, dövlət informasiya sistemlərinin və ehtiyatlarının fəaliyyəti, eləcə də elektron imza və elektron sənəd sahələrində yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq EHİS üzərindən həyata keçirilə bilər.

7-1.2. Bu Qanunun 5.6-cı maddəsində qeyd edilən sənədlər, habelə bu Qanunun 7.2-ci, 7.6-cı və 7.10-cu maddələrində qeyd edilən yazılı arayış, protokol və qərarlar Mərkəzi Seçki Komissiyası tərəfindən qanunvericilik təşəbbüsü hüququndan istifadə, dövlət informasiya sistemlərinin və ehtiyatlarının fəaliyyəti, eləcə də elektron imza və elektron sənəd sahələrində yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq təşəbbüs qrupu sədrinin EHİS-dəki elektron kabinetində yerləşdirilir və təşəbbüs qrupunun sədri bu barədə elektron poçt və ya SMS vasitəsilə məlumatlandırılır.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 7 iyul 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 15 faizədək artıb

12:34
10 Avqust

BMT Konvensiyasının 20 illiyinə həsr olunmuş maarifləndirici broşür hazırlanıb

12:13
10 Avqust

Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB

11:59
10 Avqust

Faktiki hava: Bəzi rayonlara leysan yağır

11:52
10 Avqust

 Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir

11:51
10 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

11:25
10 Avqust

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə İran Prezidentinə təşəkkür edib

11:24
10 Avqust

ƏMAS-da gecə vaxtı yerinə yetirilən işlərlə bağlı yeni xəbərdarlıq funksionallığı yaradılıb

11:21
10 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı

11:12
10 Avqust

Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb

11:01
10 Avqust

Azərbaycanın 2 boksçusu Qazaxıstanda qızıl medal qazanıb

10:53
10 Avqust

Yüksək nəticə göstərən 300 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü verələcək

10:44
10 Avqust

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:17
10 Avqust

Neft bahalaşıb

10:08
10 Avqust

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

09:51
10 Avqust

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

09:49
10 Avqust

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

09:06
10 Avqust

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

08:53
10 Avqust

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

08:46
10 Avqust

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

08:30
10 Avqust

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

08:14
10 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!