15 Avqust 2026 00:51
5103
Qanunlar
A- A+
"Seleksiya nailiyyətləri haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

"Seleksiya nailiyyətləri haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 15-civə 24-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Seleksiya nailiyyətləri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 4, maddə 269 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddənin birinci hissəsi üzrə:

1.1.1. beşinci abzas aşağıdakı redaksiyada verilsin:

"seleksiya və toxumçuluq sahəsində informasiya ehtiyatı (bundan sonra - Reyestr) - seleksiya nailiyyətləri (sortlar və hibridlər, cinslər), qeydiyyata alınmış toxum əməliyyatçıları, seleksiya nailiyyətlərindən istifadə ilə əlaqədar bağlanmış müqavilələr və toxumluq əkinlər barədə məlumatların (qeydlərin) məcmusu;

altıncı abzasda "dövlət reyestrinə" sözləri "Reyestrə" sözü ilə əvəz edilsin;

1.2. 12-ci maddə üzrə:

1.2.1. birinci hissədə "dövlət reyestrində" sözləri "Reyestrdə" sözü ilə əvəz edilsin;

1.2.2. ikinci hissədə "dövlət reyestrinə" sözləri "Reyestrə" sözü ilə əvəz edilsin;

1.2.3. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

"Reyestr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada aparılır.";

1.3. 15-ci maddənin birinci hissəsində "Dövlət reyestrinə" sözləri "Reyestrə" sözü ilə əvəz edilsin;

1.4. 16-cı maddənin ikinci hissəsində "orqanda" sözü "orqan (qurum) tərəfindən Reyestrdə" sözləri ilə əvəz edilsin;

1.5. 18-ci maddənin birinci hissəsində "dövlət reyestrində" sözləri "Reyestrdə" sözü ilə əvəz edilsin;

1.6. 24-cü maddənin ikinci hissəsində "reyestrdə" sözü "Reyestrdə" sözü ilə əvəz edilsin; 

1.7. 26-cı maddənin birinci və üçüncü hissələrində "dövlət reyestrinə daxil edilmiş" sözləri "Reyestrdə qeydiyyata alınmış" sözləri ilə əvəz edilsin;

1.8. 33-cü maddənin birinci hissəsi üzrə:

1.8.1. ikinci abzasda "qeydiyyatda olan" sözləri "Reyestrdə qeydiyyata alınmış" sözləri ilə əvəz edilsin;

1.8.2. üçüncü abzasda "bilərəkdən başqa qeydiyyatda olan sortun və cinsin adı" sözləri "Reyestrdə qeydiyyatda olan başqa sortun və cinsin adının" sözləri ilə əvəz edilsin;

1.8.3. dördüncü abzasa "verilən ad" sözlərindən sonra "Reyestrdə" sözü əlavə edilsin;

1.8.4. səkkizinci abzasda "dövlət reyestrində" sözləri "Reyestrdə" sözü ilə əvəz edilsin.

Maddə 2. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187, № 12 (II kitab), maddə 1351; 2025, № 1, maddə 1, № 2, maddə 101, № 4 (I kitab), maddələr 318, 322, № 5, maddə 433, № 6, maddələr 521, 524, № 7, maddə 626, № 12 (I kitab), maddələr 1118, 1129; 2026, № 1, maddələr 8, 13, 20; Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu) aşağıdakı məzmunda 18.89-cu maddə əlavə edilsin:

"18.89. Toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə:

18.89.1. seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən çıxarışın verilməsi - 50 manat;

18.89.2. seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən çıxarışın dublikatının verilməsi - 10 manat;

18.89.3. toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsi (bir sənəd) - 25 manat.".

Maddə 3. "Lisenziyalar və icazələr haqqında"Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632 (Cild I); 2024, № 6 (I kitab), maddə 631, № 7, maddələr 747, 751, № 8, maddə 933; 2025, № 1, maddə 16, № 3, maddə 215, № 4 (I kitab), maddə 314, № 5, maddə 433, № 6, maddə 524, № 7, maddə 626, № 8, maddə 733; Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu) 3 nömrəli Əlavə - "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nın 87-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 88-ci maddə əlavə edilsin:

"88. toxum əməliyyatçılarının qeydiyyata alınmasına dair seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən çıxarış.".

Maddə 4. "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1679 (Cild I); 2025, № 6, maddə 522) aşağıdakı məzmunda 5.4-1-ci maddə əlavə edilsin:

"5.4-1. Bu Qanun bitki sortlarının toxumlarına dair məcburi tələblərə şamil edilmir.".


İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 iyul 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu ardıcıl dördüncü aydır artırır

15:09
11 Noyabr

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var  

15:06
11 Noyabr

Nazir: Dövlət büdcəsi növbəti il prioritetlərinə uyğunlaşdırılıb  

14:59
11 Noyabr

Fermer və təsərrüfatlara 1,9 milyon manatadək aqrar sığorta ödənişi edilib

14:47
11 Noyabr

Maliyyə naziri: Azərbaycan həm vergi, həm gömrük güzəştləri təqdim edir  

14:29
11 Noyabr

Sahil Babayev: Gələn ildən rayonlarımızın dotasiyadan asılılığı olmayacaq

13:52
11 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər YENİLƏNƏCƏK

13:31
11 Noyabr

Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib YENİLƏNİB  

13:27
11 Noyabr

Sabah hava əsasən yağmursuz olacaq - PROQNOZ

12:59
11 Noyabr

Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?

12:58
11 Noyabr

Komitə sədri: Saatlıq əməkhaqqı qeyri-formal məşğulluğun rəsmiləşdirilməsinə təkan verəcək

12:56
11 Noyabr

İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

12:55
11 Noyabr

Nazir müavini: 2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı iki dəfə artıb

12:54
11 Noyabr

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

12:51
11 Noyabr

Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq

12:51
11 Noyabr

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 8 faizə yaxın artıb

12:50
11 Noyabr

Yaşıl Enerji Dəhlizinə enerji təchizatçılarının və alıcılarının cəlbi nəzərdən keçirilib  

12:47
11 Noyabr

Sənaye sektorunda 58 milyard manatdan çox məhsul istehsal edilib

11:35
11 Noyabr

"ASAN xidmət"in tətbiqi ilə bağlı daha 3 memorandum imzalanıb

11:34
11 Noyabr

Azərbaycanın strateji valyuta ehtiyatları artıb

11:33
11 Noyabr

Azərbaycanın xarici dövlət borcu azalıb

11:31
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!