10 Dekabr 2025 11:21
152
İQTİSADİYYAT
A- A+
Azərbaycan “qoca qitə”nin qaz bazarında strateji tərəfdaşa çevrilib  

Azərbaycan “qoca qitə”nin qaz bazarında strateji tərəfdaşa çevrilib  


Avropa İttifaqının (Aİ) Rusiya qazından tamamilə imtina etməsi haqqında qərarı Azərbaycan üçün tarixi imkan yaradıb ki, “qoca qitə”nin qaz bazarında strateji tərəfdaşa çevrilsin. Ötən həftə Aİ-nin qəbul etdiyi qərara əsasən, 1 noyabr 2027-ci ildə Rusiyadan qaz idxalı tamamilə dayandırılacaq. Avropa çoxdandır ki, Rusiyanın qaz şantajından canını qurtarmaq istəyirdi. Lakin Macarıstan və Serbiya hər dəfə Aİ-nin kollektiv qərarına veto tətbiq edərək Rusiyanı az da olsa, xilas edirdilər. Lakin hər iki dövlətin başçısı ABŞ Prezidenti Donald Tramp ilə görüşdən sonra fikirlərindən daşındılar. Bu isə ümumilikdə Aİ-yə Rusiya qazından tam imtina etmək qərarı verməyə dəstək oldu.

“Bu qərar Rusiya qazından asılılığa son qoyan bir eranın əsasını yaratdı”, - deyən Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen vurğuladı ki, “Müharibədən əvvəl biz enerji resursları üçün hər ay Rusiyaya 12 milyard avro verirdik. İndi isə bu rəqəm 1,5 milyard avroya düşüb ki, bu da çoxdur. Biz bu rəqəmi sıfıra çatdıracağıq”.

Hələ 2022-ci ildə Aİ “REPowerEU” planını qəbul edib. Plana əsasən, Aİ 2030-cu ilə qədər Rusiyadan nəinki qaz, eləcə də, neft və neft məhsulları almağı tam dayandırmalı, qaz idxalını diversifikasiya etməli, ölkələrin alternativ enerji sisteminə keçidini həyata keçirməlidir. Hazırda bu plan Aİ tərəfindən həyata keçirilir.

Hazırda Aİ ölkələri Qətər və ABŞ-dan sıxılmış qaz alırlar ki, bu da tələbatı tam ödəmədiyi kimi, maliyyə imkanlarını da tükəndirir. Bu fakt Avropanın Azərbaycan qazına daha çox ehtiyacı olduğunu göstərir.

Bəs Azərbaycanın Avropaya daha artıq qaz ixrac etmək potensialı hansı səviyyədədir? Azərbaycan 2020-ci ilin sonundan başlayaraq Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixrac edir. 2025-ci ilin doqquz ayı (yanvar–sentyabr) ərzində yalnız Türkiyəyə 6,64 milyard kubmetr təbii qaz satılıb ki, bu da ümumi ixracın 40,3 faizini təşkil edir.

Azərbaycan qazının ikinci ən iri alıcısı İtaliya olub. Həmin ölkəyə 6,25 milyard kubmetr qaz ixrac edilib və bu göstərici ümumi ixrac strukturunda 38 faiz paya malikdir. Bununla da, yalnız Türkiyə və İtaliya birlikdə Azərbaycanın qaz ixracının üçdəikisindən çoxunu formalaşdırıb.

Qaz ixracının digər hissəsi region ölkələri arasında paylanıb. Gürcüstana 1,55 milyard kubmetr (9,4faiz), Bolqarıstana 1,23 milyard kubmetr (7,5 faiz), Yunanıstana isə 0,6 milyard kubmetr (3,6 faiz) qaz göndərilib. Siyahının sonuncu pilləsində Serbiya qərarlaşıb – bu ölkəyə 0,18 milyard kubmetr qaz ixrac olunub ki, bu da ümumi ixracın cəmi 1,18 faizinə bərabərdir.

Ümumilikdə statistik göstəricilər Azərbaycanın qaz ixracının əsasən Türkiyə və Avropa İttifaqı ölkələri üzrə cəmləşdiyini, ölkənin regional və qlobal enerji bazarlarında strateji rolunun getdikcə artdığını nümayiş etdirir.

Azərbaycan 2024-cü ildə Avropaya 12,9 milyard kubmetr qaz ixrac edib və 2027-ci ildə ixracın həcmini 20 milyarda çatdırmağı planlaşdırıb.

Ötən il ölkəmizdə 50,3 milyard kubmetr təbii qaz hasil edilib. 2023-cü il ilə müqayisədə hasilat 2 milyard kubmetr artıqdır ki, bu da ölkəmiz üçün daha çox ixrac imkanları deməkdir. Hazırda Azərbaycan Avropanın 12 ölkəsinə mavi qaz nəql edir.

Göründüyü kimi, Azərbaycanın daha çox həcmdə qaz ixrac etmək potensialı var. Lakin məsələnin mahiyyəti ondan ibarətdir ki, daha çox qaz ixracı üçün infrastrukturu daha da genişləndirmək lazımdır. Əgər Avropa Cənub Qaz Dəhlizinin genişləndiriləməsinə, interkonektorların sayının artırılmasına sərmayə yatıracaqsa, onda Azərbaycan qazının idxalını da artıracaq ki, bu da onun enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.

Bəs Avropanın əlavə sərmayə yatırmaq istəyi varmı? Yuxarıda Aİ-nin “REPowerEU” planı hazırladığını və bu planın hazırda icra olunduğunu qeyd etmişdik. Həmin planda enerji idxalını şaxələndirmək üçün sərmayə yatırımı da nəzərdə tutulub.

2022–ci ildə Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Bakıda Avropaya qaz ixracı haqqında Memorandum imzaladıqdan sonra “Avropa İttifaqı daha etibarlı tərəfdaşlara üz tutmağa qərar verib və Azərbaycanı onların arasında görməyə şadam" deməsi təsadüfi deyildi. Artıq Aİ-də Cənub Qaz Dəhlizinin genişləndirilməsi və qitənin enerji təhlükəsizliyinin daha etibarlı təmin olunması üçün sərmayə yatırımı müzakirə mövzusuna çevrilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir müavini: Müharibə veteranlarının məzuniyyət hüququ minimum 46 gün müəyyənləşdirilir  

13:12
10 Dekabr

Yaxın gələcəkdə Azərbaycanda 500 Mbit/s və daha yüksəksürətli internetin təmin olunması planlaşdırılır

13:10
10 Dekabr

Laosun xarici işlər naziri: Azərbaycanla dostluğun kökləri ötən əsrə söykənir  

12:55
10 Dekabr

TÜİB sədri: Azərbaycan Orta Dəhlizdə əsas açar ölkəyə çevrilir  

12:53
10 Dekabr

Heydər Əliyev Mərkəzində "Mədəniyyət və Hüquq: Müasir çağırışlar" adlı elmi-praktik forumun açılışı olub

12:47
10 Dekabr

Bu ilin 11 ayında DSMF-nin xərcləri 6 milyard 885 milyon manat olub  

12:43
10 Dekabr

Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının ətraf mühitin mühafizəsi üzrə İşçi Qrupunun iclası keçirilir  

12:32
10 Dekabr

Mərkəzi Bank uçot dərəcəsini azaldıb

12:31
10 Dekabr

“İstehlakçı siyasəti” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb  

12:29
10 Dekabr

Media: Avropa İttifaqı Rusiya aktivlərinin müddətsiz dondurulması üçün tələsir  

12:27
10 Dekabr

Prezident İlham Əliyev “John Deere” şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul edib  

12:03
10 Dekabr

Sosial şəbəkələrdə nələri paylaşmaq olmaz?  

11:58
10 Dekabr

Fövqəladə Hallar Nazirliyi yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

11:56
10 Dekabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb  

11:51
10 Dekabr

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:49
10 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

11:49
10 Dekabr

Azərbaycan neftinin qiyməti 66 dollardan aşağı düşüb  

11:48
10 Dekabr

Gənclər Kitabxanasında Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb  

11:47
10 Dekabr

Azərbaycan “qoca qitə”nin qaz bazarında strateji tərəfdaşa çevrilib  

11:21
10 Dekabr

Mədəniyyət və hüququ birləşdirən ilk Forum: Müasir çağırışlara yeni baxış  

10:56
10 Dekabr

Yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA  

10:53
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!