21 Oktyabr 2025 20:34
445
SİYASƏT
A- A+
Azərbaycan–Qazaxıstan strateji tərəfdaşlığı yüksələn xətt üzrə inkişaf edir - ŞƏRH

Azərbaycan–Qazaxıstan strateji tərəfdaşlığı yüksələn xətt üzrə inkişaf edir - ŞƏRH


Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə arasında strateji müttəfiqliyin daha da möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisədir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, dövlət başçılarının bəyanatları siyasi münasibətlərin artıq dostluqdan qardaşlığa keçdiyini və bu əməkdaşlığın əsas sütununun iqtisadi-ticarət əlaqələri olduğunu təsdiqlədi. Prezident Tokayevin “iqtisadi-ticari əməkdaşlığın inkişafı bizim üçün təxirəsalınmaz və çox mühüm vəzifədir” fikri, Prezident İlham Əliyevin “bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyirik” bəyanatı son illərdəki ticarət artımının siyasi məntiqini formalaşdırır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova bildirib ki, son altı ilin göstəricilərinə əsasən, Azərbaycan–Qazaxıstan ticarət əlaqələri həm həcm, həm də struktur baxımından mühüm dönüş mərhələsindən keçib. Ümumilikdə, 2020–2025-ci illərdə Azərbaycan–Qazaxıstan ticarət dövriyyəsi təxminən 3,8 dəfə artıb, bu da iki ölkə arasında iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. 2025-ci ilin yanvar–avqust aylarında isə göstərici artıq 547,6 milyon dollara yüksəlib. Bunun 481,6 milyon dollarını idxal, 66 milyon dollarını isə ixrac təşkil edir. Qazaxıstandan Azərbaycana idxal olunan məhsulların təxminən 90 faizi üç kateqoriyadan ibarətdir: qızıl (yarımemal formalarda) – təxminən 54 faiz, buğda – 25 faiz, xam neft və neft məhsulları – 8 faiz. Bu göstəricilər Qazaxıstanın Azərbaycan üçün enerji və xammal mənbəyi rolunu təsdiqləyir.

Azərbaycanın Qazaxıstana ixracında isə son illərdə sənaye və nəqliyyat sektoruna aid məhsulların payı artır. 2025-ci ilin göstəricilərinə görə, minik avtomobilləri ümumi ixracda təxminən 35 faiz, neft-qaz sənayesi üçün borular və avadanlıqlar 17 faiz, dizel mühərrikli avtomobillər 10 faiz təşkil edib ki, bu ixrac strukturu Azərbaycanın Qazaxıstan bazarında re-eksport və sənaye təchizatçısı kimi rolunun möhkəmləndiyini göstərir.

Vüsalə Cəfərova Azərbaycanla Qazaxıstan arasında ikitərəfli biznes əlaqələrinin də genişləndiyini qeyd edib. Hazırda Qazaxıstanda 1500-ə yaxın Azərbaycan kapitallı şirkət, Azərbaycanda isə təxminən 150 Qazaxıstan müəssisəsi fəaliyyət göstərir. 2005-2025-ci illərdə Azərbaycan tərəfindən Qazaxıstana 424,6 milyon dollar, Qazaxıstandan isə Azərbaycana 156 milyon dollar həcmində investisiya yönəldilib. İki ölkə arasında investisiya əlaqələri də səfərin əsas gündəliyində durur. Beləliklə, səfər zamanı iki liderin iqtisadi əməkdaşlığın şaxələndirilməsi və qarşılıqlı investisiyaların genişləndirilməsi haqqında bəyan etdiyi hədəflər bu rəqəmlərlə birbaşa uzlaşır.

2025-ci ilin ticarət dinamikası göstərir ki, tərəflər arasında xammal ticarətindən yüksək əlavə dəyərli sənaye və xidmət əməkdaşlığına keçid gündəlikdədir. Prezident İlham Əliyevin səfəri bu keçidin yeni mərhələsinə start verən əsas siyasi hadisə kimi qiymətləndirilə bilər. Azərbaycanın ixrac payının artırılması üçün emal sənayesi, aqrar məhsullar və logistika sahəsində potensial gücləndirilməlidir. Həmçinin son illərdə Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı turist axınının da dinamik artım nümayiş etdirdiyi müşahidə olunur. Rəsmi göstəricilərə əsasən, 2023-cü ildə Qazaxıstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 49 min nəfərdən 2024-cü ildə 51 min nəfərə yüksəlib, 2025-ci ilin yanvar–avqust aylarında isə artıq 34 min nəfərə çatıb. Azərbaycanı ziyarət edən Qazaxıstan vətəndaşlarının sayı 2023-cü ildə 58 min nəfərdən 2024-cü ilə 86 min nəfərə çatıb, yəni təxminən 49 faiz artıb, 2025-ci ilin ilk 8 ayında isə 69 min 332 nəfərə bərabər olub. Bu dinamika iki ölkə arasında turizm və biznes əlaqələrinin intensivləşdiyini, xüsusilə də nəqliyyat-logistika əlaqələrinin güclənməsi fonunda insan axınlarının da strateji əməkdaşlığın təbii davamına çevrildiyini göstərir.

Səfər çərçivəsində prezidentlərin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ümumi yük dövriyyəsində Qazaxıstan limanları ilə daşımaların payı illik təxminən 35 faiz təşkil edir. 2024-cü ildə bu həcm 2,6 milyon ton, 2025-ci ilin ilk doqquz ayında isə artıq 2,1 milyon ton səviyyəsində qeydə alınıb.

Ümumilikdə isə son illərdə məhz Azərbaycan–Qazaxıstan nəqliyyat və enerji əməkdaşlığı sayəsində Orta Dəhliz üzrə yüklərin həcmi rekord templərlə artır. Xüsusilə konteyner daşımaları təxminən iki dəfə artaraq 40 min 200 TEU səviyyəsinə çatıb. Son 5 ildə ümumi yük dövriyyəsi 0,8 milyon tondan (2020) 4,5 milyon tona (2024) yüksəlib. 2025-ci il üçün hədəf 5,2 milyon ton və 70 min TEU həcmində müəyyən edilib. Dəhliz üzrə Qazaxıstanın əsas ixracını neft və neft məhsulları, metal, kimya məhsulları və taxıl, idxal və tranzit axınlarını isə istehlak malları, qida, nəqliyyat vasitələri və avadanlıqlar təşkil edir.

Bundan əlavə, Qazaxıstan neftinin Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə ixracı getdikcə daha böyük əhəmiyyət qazanır. “KazMunayGas” və SOCAR arasında 2022-ci ilin noyabrından etibarən həyata keçirilən birgə ixrac çərçivəsində 2023-cü ildə 1 milyon ton, 2024-cü ildə 1,4 milyon ton, 2025-ci ilin ilk səkkiz ayında isə təxminən 0,9 milyon ton neft göndərilib. Plana əsasən, 2027-ci ilə qədər illik ixrac həcmi 7 milyon tona çatdırılacaq, həmçinin Bakı–Supsa marşrutu alternativ istiqamət kimi nəzərdən keçirilir. Bu göstəricilər Qazaxıstan üçün Azərbaycan üzərindən keçən enerji və logistika marşrutlarının strateji rolunun artdığını, iki ölkə arasında iqtisadi əməkdaşlığın artıq neft, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində dərin inteqrasiya mərhələsinə daxil olduğunu təsdiqləyir.

TDAM rəhbərinin sözlərinə görə, Azərbaycan və Qazaxıstan arasında siyasi dialoq və strateji tərəfdaşlıq 2025-ci ildə yeni keyfiyyət mərhələsinə yüksəlib.

Səfər zamanı dövlət başçıları münasibətləri strateji müttəfiqliyə yüksəldən “Strateji Tərəfdaşlıq Müqaviləsinin 20 illiyi ilə bağlı Birgə Bəyanat”, “Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının 1-ci Qərarı” və “Xarici İşlər Nazirləri Şurasının Əsasnaməsinin təsdiq edilməsinə dair 2-ci Qərar” kimi mühüm sənədlər imzalayıblar. Bu razılaşmaların nəticəsində ticarət, investisiya və infrastruktur sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsi gözlənilir. Səfər zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilib və yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsini iki dəfə artırmaq və onu 1 milyard dollara çatdırmaq üçün lazımi tədbirlərin görülməsi barədə razılıq əldə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!