23 Oktyabr 2025 12:51
892
SİYASƏT
A- A+
Azərbaycan-Qazaxıstan münasibətləri: Strateji tərəfdaşlıqdan regional inteqrasiyaya aparan yol  

Azərbaycan-Qazaxıstan münasibətləri: Strateji tərəfdaşlıqdan regional inteqrasiyaya aparan yol  


2025-ci il oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxışı və mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Prezident İlham Əliyev Qazaxıstanın sürətli inkişafı və güclənməsi, modernləşmə siyasətinin müasir texnologiyalar və süni intellekt istiqamətində həyata keçirilməsi, Kasım-Jomart Tokayevin rəhbərliyi ilə ölkədə baş verən dinamik müsbət dəyişikliklər Azərbaycanın da böyük məmnuniyyətlə izlədiyi bir proses kimi qiymətləndirdi. Qazaxıstan bu gün təkcə iqtisadi baxımdan deyil, həm də beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınır və bu, Prezident İlham Əliyevin sözlərində də aydın şəkildə ifadə olundu.

Azərbaycanla Qazaxıstan arasında münasibətlərin dostluq və qardaşlıq ruhunda inkişaf etməsi, qarşılıqlı etimad və dəstəyin hər zaman hiss edilməsi Prezident İlham Əliyevin çıxışının əsas xəttini təşkil etdi. Qazaxıstan Azərbaycanın ən ağır dövrlərində, xüsusilə torpaqlar işğal altında olarkən, həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstək göstərib. Bu fakt bir daha sübut edir ki, iki xalqı birləşdirən bağlar sırf diplomatik deyil, dərin tarixi və mədəni köklərə əsaslanır.

Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması təkcə imzalanmış sənəd deyil, həm də praktik addımlarla təsdiq olunan reallıqdır. Azərbaycanın tranzit məhdudiyyətlərini aradan qaldırması və Qazaxıstanın Ermənistana taxıl yükü göndərməsi bu sülhün praktik göstəricisidir. Bu hadisə, eyni zamanda, regionda uzun illər davam edən gərginliyin iqtisadi və siyasi inteqrasiya ilə əvəzlənməsi üçün mühüm addımdır.

Azərbaycanla Qazaxıstan arasında münasibətlərin təməlində xalqların mənəvi və mədəni ortaqlığı dayanır. Son illər qarşılıqlı səfərlərin intensivləşməsi, sahə nazirliklərinin koordinasiyalı fəaliyyəti, əldə edilən nəticələrin konkret layihələrə çevrilməsi bu münasibətlərin praktik və səmərəli xarakter daşıdığını göstərir. Azərbaycan və Qazaxıstan dövlət başçıları səviyyəsində bütün proseslər daim nəzarət altındadır və bu, tərəfdaşlığın davamlılığını təmin edir.

Regional səviyyədə Cənubi Qafqaz və Mərkəzi Asiyanın bir-birinə daha sıx bağlanması, Avrasiya məkanında vahid iqtisadi və nəqliyyat sisteminin formalaşması iki ölkə üçün böyük strateji əhəmiyyət daşıyır. Yeni nəqliyyat yollarının açılması, Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələrin reallaşdırılması regionu qlobal logistika xəritəsində mühüm mərkəzə çevirəcək. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Azərbaycanın ərazisində avtomobil və dəmir yolu əlaqələrinin gələn ilin ortalarında tamamlanması planlaşdırılır və bu, 2028-ci ilin sonuna qədər Zəngəzur dəhlizinin tam fəaliyyətə başlaması demək ola bilər.

Azərbaycan və Qazaxıstan beynəlxalq platformalarda da daim bir-birinə dəstək verir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər qurumlarda vahid mövqedən çıxış edən iki ölkə regional sabitlik və əməkdaşlığın qorunması üçün mühüm rol oynayır. Gələn il Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitlərinə Qazaxıstanın fəxri qonaq kimi dəvət olunması bu yaxınlığın bariz nümunəsidir.

Dövlət başçısı Qarabağın bərpasında Qazaxıstanın dəstəyini xüsusi minnətdarlıqla qeyd etdi. Füzulidə açılmış Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi təkcə təhsil və inkişaf məkanı deyil, həm də iki xalq arasında qardaşlıq və dostluğun rəmzidir. Bu, Azərbaycanın “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən genişmiqyaslı bərpa işlərinə Qazaxıstanın töhfəsidir.

Azərbaycanla Qazaxıstan arasında iqtisadi-ticari əlaqələrin genişlənməsi, Birgə İnvestisiya Fondunun yaradılması və artıq bir neçə layihənin icra mərhələsinə daxil olması əlaqələrin davamlı iqtisadi əsaslara söykəndiyini təsdiqləyir. Əmtəə dövriyyəsinin artması, nəqliyyat və enerji sahəsində əməkdaşlığın dərinləşməsi, Xəzər dənizinin dibi ilə elektrik kabeli layihəsinin icrası kimi təşəbbüslər iki ölkənin regional enerji və logistika mərkəzi kimi rolunu daha da gücləndirir.

İki ölkə arasında mədəni və humanitar sahədə əməkdaşlığın genişlənməsi, qarşılıqlı mədəniyyət günlərinin mütəmadi keçirilməsi xalqlar arasında mənəvi bağların daha da möhkəmlənməsinə xidmət edir. Bu, həm paytaxtlarda, həm də regionlarda mədəni inteqrasiyanı dərinləşdirərək iki ölkə arasındakı yaxınlığın sosial təməlini daha da möhkəmləndirir.

Ümumilikdə, Prezident İlham Əliyevin Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxışı və mətbuata verdiyi bəyanat Azərbaycan-Qazaxıstan münasibətlərində strateji tərəfdaşlığın, regional sabitliyin və qarşılıqlı inkişafa yönəlmiş yeni mərhələnin rəsmi bəyanıdır. Dövlət başçısının çıxışında vurğulanan sülh, qarşılıqlı hörmət, inteqrasiya və ortaq dəyərlərə əsaslanan əməkdaşlıq regionda uzunmüddətli sabitliyin və rifahın təmin edilməsinə yönəlmiş güclü mesaj kimi dəyərləndirilir.


Vasif Qafarov

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!