21 Noyabr 2023 21:06
188
SİYASƏT
A- A+

Azərbaycan Prezidentinin Fransa kolonializmini ifşa edən fikirləri Gürcüstanın nüfuzlu KİV-lərində geniş işıqlandırılıb

 

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alan fikirlər Gürcüstanın nüfuzlu KİV-lərində geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, qonşu ölkənin “interpressnews.ge”, “geotimes.ge”, “netgazeti.ge”, “palitranews.ge”, “aktual.ge” portalları dövlətimizin başçısının xüsusilə Fransanın neokolonializm siyasəti barədə fikirləri barədə Azərbaycan, rus və gürcü dillərində silsilə materiallar yayıblar.

Azərbaycan Prezidentinin fikirlərinə istinadla yayılan materiallarda Fransanın Cənubi Qafqaz regionunda yeni müharibələr üçün zəmin hazırlaması, müstəmləkəçilik siyasətindən əl çəkə bilmədiyi, Avropadan kənarda yaşayan xalqların hüquqlarına və istəklərinə hörmətlə yanaşmadığı qeyd olunur. Həmçinin bildirilir ki, Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda, bizim regionda - Cənubi Qafqazda da sabitliyi pozur, burada separatçılıq meyllərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla, Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə, regionumuzda yeni müharibələrin başlanması üçün zəmin hazırlamaqla militarist siyasət yeridir. Eyni zamanda, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə edərək qərəzli, qeyri-obyektiv siyasətini həyata keçirir, müxtəlif regionlarda geosiyasi intriqalara əl atır, Qərb təşkilatlarından dövlətlərə təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video