15 Sentyabr 2026 15:18
126
İQTİSADİYYAT
A- A+
Azərbaycan–Özbəkistan ticarətində yeni körpü  

Azərbaycan–Özbəkistan ticarətində yeni körpü  


Azərbaycanla Özbəkistan arasında iqtisadi münasibətlər yeni mərhələyə qədəm qoyur. İki qardaş ölkənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi üçün bu dəfə rəqəmlərlə yanaşı, informasiyanın gücündən də istifadə olunacaq.

Özbəkistanın Proqressiv İslahatlar Mərkəzi Azərbaycan Xəzər Analitik Mərkəzi ilə birgə qarşılıqlı ticarətin artırılmasına xidmət edəcək informasiya platforması hazırlayır. Bu barədə jurnalistlərə açıqlamasında Mərkəzin CEO-su və həmtəsisçisi Mirşohid Aslanov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan prezidentlərinin qarşıya qoyduğu əsas hədəflərdən biri iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasıdır. Lakin mövcud göstəricilər bu rəqəmin son dayanacaq olmadığını deməyə əsas verir. Belə ki, ötən ilin yekunlarına əsasən, qarşılıqlı ticarət dövriyyəsi artıq 800 milyon dolları ötüb.

Yeni platformanın əsas məqsədi sahibkar üçün bazarları daha şəffaf və əlçatan etmək, Azərbaycan və Özbəkistanda biznes qurmaq istəyənlərə düzgün və operativ məlumat təqdim etməkdir. Analitik mərkəzlər hər iki ölkənin bazarlarına çıxış üçün sahibkarlara zəruri statistik və analitik informasiyanı təqdim edəcəklər. Mirşohid Aslanovun sözlərinə görə, aparılan təhlillər Azərbaycan-Özbəkistan ticarətinin potensialının artıq 1 milyard dolları aşdığını göstərir. Yəni qarşıda yalnız müəyyən edilmiş hədəfə çatmaq deyil, bu hədəfi daha da yüksəltmək üçün imkanlar var.

Beləliklə, Azərbaycan və Özbəkistan arasında ticarət əlaqələrinin yeni istiqaməti formalaşır: rəqəmlər hədəfi göstərir, informasiya isə həmin hədəfə aparan yolu aydınlaşdırır.


Züleyxa ƏLİYEVA,

 “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəsmi səfər məqsədi ilə verilən giriş vizasının şamil olunduğu şəxslərin siyahısı dəqiqləşdirilir

15:34
15 Sentyabr

Bu ilin səkkiz ayında ixrac edilən xam neft və neft məhsullarının dəyəri 11 faizədək artıb

15:33
15 Sentyabr

Kürşad Zorlu: 1918-ci ildə Mehmetcik “Bir millət, iki dövlət” şüarını canı və qanı ilə tarixə yazdı

15:32
15 Sentyabr

Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi təklif edilir

15:30
15 Sentyabr

İxraca göndərilən neft məhsullarının həcmi 41 faizə yaxın artıb

15:29
15 Sentyabr

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

15:28
15 Sentyabr

Bir cümləlik futbol savaşı  

15:28
15 Sentyabr

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə 110 bəndlik yol xəritəsi qəbul olunub

15:27
15 Sentyabr

Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

15:26
15 Sentyabr

Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlanıb

15:25
15 Sentyabr

Ümumdünya Şahmat Olimpiadasının məşəlinin estafeti Özbəkistana ötürülüb

15:24
15 Sentyabr

Bu il Azərbaycandan ixrac olunan təbii qazın həcmi açıqlanıb

15:22
15 Sentyabr

Azərbaycanın əsas hissəsindən Ermənistan sərhədi istiqamətində yol tikintisinin təxminən 95 faizi artıq tamamlanıb

15:21
15 Sentyabr

Mülki və İnzibati Prosessual Məcəllələrdə dəyişiklik edilir

15:20
15 Sentyabr

Hakan Fidan: Hazırda Qars–Dilucu dəmir yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər aparılır

15:19
15 Sentyabr

Azərbaycan–Özbəkistan ticarətində yeni körpü  

15:18
15 Sentyabr

Şuşada yeni tədris ili: 21 şagird ilk dəfə məktəbə qədəm qoyub

15:17
15 Sentyabr

“PAŞA Holding”dən yeni tədris ilinə sosial töhfə  

15:15
15 Sentyabr

Pul axınının tərəzisi: Azərbaycana daxil olan vəsaitlər artıb  

15:13
15 Sentyabr

Nazir: Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin ən mühüm tərkib hissələrindən biridir

15:11
15 Sentyabr

Yeddi ayda Qazaxıstanla Azərbaycanın ticarət dövriyyəsi 251 milyon dolları ötüb

15:10
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!