11 Dekabr 2025 20:33
310
CƏMİYYƏT
A- A+
Azərbaycan ombudsmanı Beynəlxalq İnsan Hüquqları Sammitində MPM təcrübəsini təqdim edib  

Azərbaycan ombudsmanı Beynəlxalq İnsan Hüquqları Sammitində MPM təcrübəsini təqdim edib  


Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Slovakiyanın Bratislava şəhərində 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş Ombudsmanların Beynəlxalq Sammitində iştirak edib.

Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, İşgəncələrə qarşı Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində əldə olunmuş müsbət təcrübələrin mübadiləsi məqsədilə təşkil edilmiş beynəlxalq tədbirdə Səbinə Əliyeva ombudsman və milli insan hüquqları təsisatlarının insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi sahəsində fəaliyyətinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə beynəlxalq əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.

Azərbaycan və Slovakiyanın ombudsman institutları arasında səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirən müvəkkil bu əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu qeyd edib.

Səbinə Əliyeva Azərbaycan ombudsmanının Milli Preventiv Mexanizm mandatı çərçivəsində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib, Ombudsman və Milli Preventiv Qrupun üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə mütəmadi olaraq başçəkmələrin həyata keçirildiyini, saxlanılan şəxslərin hüquqlarının müdafiəsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində təklif və tövsiyələrin verildiyini, bu sahədə müsbət təcrübələrin əldə edildiyini, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklər nəticəsində MPM mandatının bir qədər də genişləndirildiyini diqqətə çatdırıb.

Müvəkkil, həmçinin məhkumların və onların ailə üzvlərinin müraciətləri əsasında ölkə Prezidentinə əfv təklifləri ilə müraciət etdiyini, ombudsmanın fəaliyyəti dövründə onun vəsatəti ilə ümumilikdə 900 məhkumun əfv edildiyini diqqətə çatdırıb.

Beynəlxalq Sammit çərçivəsində insan hüquqları sahəsində fərqlənmiş şəxslərin mükafatlandırılması mərasimi keçirilib, həmin tədbirdə beynəlxalq təşkilatların nümayəndələri ilə yanaşı, 25 ölkənin səfiri, o cümlədən Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev iştirak edib.

Tədbirin sonunda Ombudsmanların Sammitinin yekunlarına dair Bratislava Bəyannaməsi qəbul olunub.

Daha sonra Səbinə Əliyeva Slovakiya Respublikasının Avropa İşləri üzrə Milli Şurasının Komitəsində keçirilmiş görüşdə iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şarl Mişel: Bakı qlobal dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevrilib

18:27
12 Mart

XIII Qlobal Bakı Forumunun məqsədi problemlərin daha da dərinləşməsinin qarşısını almaqdır

18:25
12 Mart

ÜST-nin Baş direktoru: Dünyada uşaqların 80 faizindən çoxu ölümcül xəstəliklərə qarşı peyvənd olunur  

18:11
12 Mart

Seneqalın sabiq Prezidenti: Qlobal çağırışların həlli üçün çoxtərəfli əməkdaşlıq gücləndirilməlidir  

18:06
12 Mart

BƏT nümayəndələri AHİK ilə əməkdaşlığın mövcud səviyyəsini yüksək qiymətləndiriblər  

18:01
12 Mart

Sabiq Prezident: Dünya məqsədsiz prosesə ehtiyac görmür

17:58
12 Mart

YAP-ın 2025-ci il üzrə maliyyə hesabatı təsdiqlənib

17:53
12 Mart

İşğaldan azad olunmuş ərazilərdə əhaliyə göstərilən tibbi xidmətlər daha da təkmilləşdiriləcək  

17:51
12 Mart

Əsaslı təmirdən sonra yaşayış binaları hərbi qulluqçuların istifadəsinə verilib 

17:48
12 Mart

Sabiq Baş nazir: Konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycanı və Prezident İlham Əliyevi təbrik edirəm  

17:43
12 Mart

Ələt Azad İqtisadi Zonası Çin istehsalçıları üçün cəlbedici mərkəzə çevrilir  

17:41
12 Mart

Binəli Yıldırım: Türkiyə-Azərbaycan həmrəyliyi bölgədə sülhün və sabitliyin ən güclü təminatlarından biridir  

17:37
12 Mart

Azərbaycan iqtisadiyyatı böyüyüb

17:31
12 Mart

Rebeka Qrinspan: Qlobal Bakı Forumu dünyada dialoq və çoxtərəfli əməkdaşlıq üçün mühüm platformadır

17:30
12 Mart

Azərbaycan ilə Serbiya ailə siyasəti və qadın hüquqları sahəsində əməkdaşlığı genişləndirə bilər

17:27
12 Mart

Hikmət Hacıyev: Bizim üçün “orta güc” anlayışı problemlərin həllinə yönələn yanaşma deməkdir  

17:23
12 Mart

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əməkdaşlıq üzrə Tədbirlər Planı imzalanıb  

17:21
12 Mart

Hörmüz boğazından daşımalar Yaxın Şərqdəki münaqişədən əvvəlki səviyyənin 10 faizindən də azdır  

17:19
12 Mart

İran səfiri: Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığımı bildirirəm

17:16
12 Mart

İsmail Serageldin: Qlobal Bakı Forumu beynəlxalq sistemdə dialoq üçün mühüm platformadır

17:13
12 Mart

Prezidentin köməkçisi: Azərbaycan çoxtərəfliliyi dəstəkləyir

17:11
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!