29 Avqust 2025 11:31
410
CƏMİYYƏT
A- A+
Azərbaycan muzeylərinin nadir eksponatları: Miniatür Kitab Muzeyinin kolleksiyasından XVII əsrə aid miniatür Qurani-Kərim  

Azərbaycan muzeylərinin nadir eksponatları: Miniatür Kitab Muzeyinin kolleksiyasından XVII əsrə aid miniatür Qurani-Kərim  


AZƏRTAC “Azərbaycan muzeylərinin nadir eksponatları” silsiləsini davam etdirir, burada o, oxucuları ölkəmizin muzey kolleksiyalarının nadir eksponatları ilə tanış edir.

Bugünkü “qonağımız” Miniatür Kitab Muzeyi kimi tanınan, dünyada yeganə şəxsi miniatür kitab nəşrləri muzeyinin kolleksiyasından ən qədim miniatür Qurani-Kərimdir. Artıq 23 ildir ki, muzey İçərişəhərdə Şirvanşahlar sarayının yanında, 1-ci Zamkovı döngəsindəki 67 nömrəli evdə fəaliyyət göstərir. Burada sakinlər və qonaqları dünyanda ən böyük miniatür kitab kolleksiyası ilə tanışlıq gözləyir.

Dünyada ilk Miniatür Kitab Muzeyinin yaradıcısı, “Şöhrət” və “Şərəf” ordenləri kavaleri, Əməkdar mədəniyyət xadimi Zərifə Salahovanın qeyd etdiyi kimi: “Kiçik nəşrlər kolleksiyasının özü 1982-ci ildə İvan Krılovun əsərlər toplusunu aldığım vaxtdan formalaşmağa başlayıb ki, bu da onun ilk obyekti oldu. Bu gün burada səksəndən çox ölkədən 9 minə yaxın kitab var”.

İslam, xristianlıq, buddizm və yəhudiliyə dair mini kitabların sərgiləndiyi 3 nömrəli vitrində kolleksiyanın ən qədim mini nəşri - XVII əsrə aid Qurani-Kərim nümayiş etdirilir. Kitab 20x30 mm formatdadır və Qurani-Kərimin bütün surə və ayələrini özündə ehtiva edir. 

- Ölçüsü cəmi bir neçə santimetr olan Qurani-Kərimin miniatür nüsxələri hələ İslam dininin ilk əsrlərində yaradılmağa başlayıb.

Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Zərifə xanımın qızı Suad Mursakulova bildirib ki, o vaxtlar belə kiçik ölçüdə kitabları düzəltmək mümkün olduğunu təsəvvür etmək çətin idi. Bizim Qurani-Kərimin nümunəsi göstərir ki, o, təqlid deyil, müsəlmanların tam hüquqlu müqəddəs kitabıdır.


Qədim ustalar bütün müasir alətlər, texnologiyalar, cihazlar, diod işıqlandırması və mikroskoplar olmadan belə heyrətamiz əsərlər yaratmağı necə bacarırdılar?

Məsələn, 2012-ci ildə Hindistanın “The Hindu” ingilisdilli gündəlik qəzetində Hindistanın üç milli muzeyindən birinə - Heydərabaddakı Salar Canq Muzeyinə istinadla kufi xətti ilə yazılmış və IX əsrə aid olan 3x2 sm (30x20 mm) ölçülü mushafın (Qurani-Kərimin nüsxəsi) ən qədim variantı haqqında məqalə dərc edilib. Bizim Qurani-Kərim isə daha kiçikdir. Hazırda qədim miniatür Qurani-Kərim miniatür artefaktın zərifliyini və gözəlliyini təcəssüm etdirən, bu günə qədər gəlib çatan əl maşınlarında çap olunan nadir məhsul, unikal eksponatdır. Bu, muzey suveniri deyil. Əvvələr kiçik Qurani-Kərimlər zəncir vasitəsilə sinəyə taxılması üçün hazırlanırdı. Bu, sahibinə ehtiyac duyduqda oxuna bilən tam bir kitabdır.

1672-ci ildə indiki Səudiyyə Ərəbistanı ərazisində nəşr olunan və Miniatür Kitab Muzeyi kolleksiyasının qüruru olan balaca foliant sahibi Zərifə xanımın onu sinəsində daşıdığı köhnəlmiş balaca torba ilə birlikdə nümayiş etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!