18 İyun 2026 17:04
204
SİYASƏT
A- A+
Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası olub  

Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası olub  


İyunun 18-də Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclis sədrinin birinci müavini, Azərbaycan tərəfdən Komissiyanın həmsədri Əli Əhmədov ölkələrimiz arasında xalqlarımızın mənafelərinə xidmət edən mehriban qonşuluq, dostluq və əməkdaşlıq ənənələrinin mövcud olduğunu qeyd edib. O, ikitərəfli münasibətlərdə yüksək səviyyəli təmasların, dövlət qurumları arasında qarşılıqlı əlaqələrin önəmli rol oynadığını söyləyib.

Milli Məclis sədrinin birinci müavini bildirib ki, Azərbaycan-Rusiya münasibətlərində Azərbaycan Milli Məclisi ilə Rusiya Federal Məclisi arasında Əməkdaşlıq üzrə Parlamentlərarası Komissiya xüsusi yer tutur. Öz fəaliyyəti dövründə komissiya vacib platforma kimi özünü təsdiqləyib. O, parlamentlərarası əlaqələrin gücləndirilməsinin və təcrübə mübadiləsinin parlament fəaliyyətinin səmərəliliyinin artırılmasına və ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Əli Əhmədov ölkələrimiz arasında əməkdaşlıq çərçivəsində səhiyyə, təhsil və elm sahələrində əlaqələrin hərtərəfli inkişaf etdiyini bildirib. Bu müzakirələrin parlamentlərarası dialoqun daha da inkişaf etdirilməsində, humanitar əməkdaşlığın gücləndirilməsində, elmi və təhsil sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsində və səhiyyə sahəsində əməkdaşlığın dərinləşdirilməsində önəmli rol oynayacağını vurğulayıb.

Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini, Rusiya tərəfindən Komissiyanın həmsədri Andrey Yatskin çıxışında deyib ki, parlamentlərarası əməkdaşlıq iki ölkə arasında dostluq və müttəfiqlik münasibətlərinin mühüm istiqamətlərindən biridir. O, Azərbaycan ilə Rusiya arasında parlamentlərarası əməkdaşlığın davamlı xarakterinin əhəmiyyətini qeyd edib və tədbirin təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Həmsədr gündəliyə daxil edilmiş məsələlərdən danışaraq səhiyyə və təhsil sahələrində əməkdaşlığın humanitar əlaqələrin inkişafı baxımından əhəmiyyətini, bu istiqamətlərdə birgə fəaliyyətin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Sonra komissiyanın iclasında Azərbaycan Milli Məclisi ilə Rusiya Federal Məclisi arasında əməkdaşlıq kontekstində parlament demokratiyasının inkişafı, iki ölkə arasında səhiyyə və tibb kadrlarının hazırlanması sahəsində əməkdaşlıq, elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri mövzularında müzakirələr aparılıb.

Müzakirələrdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Səhiyyə komitəsinin üzvü Anatoliy Rafailov, Elm və təhsil komitəsinin üzvü Bəxtiyar Əliyev, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini İlqar Qasımov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov, Sosial siyasət komitəsinin üzvü Yevgeniya Lamonova, Dövlət Dumasının reqlamenti və fəaliyyətinin tənzimlənməsi üzrə Komissiyasının sədri Viktor Pinski, habelə videokonfrans vasitəsilə iclasa qoşulan Rusiya səhiyyə nazirinin müavini Oleq Salaqay, elm və ali təhsil nazirinin müavini Konstantin Moqilevski, Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsini icra edən Konstantin Malkovski çıxış edərək gündəlikdəki məsələlər barədə fikirlərini açıqlayıblar.

Tədbirdə Milli Məclislə Federal Məclis arasında Əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın növbəti – 25-ci iclası ilə bağlı təşkilati məsələlərə də baxılıb.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının 24-cü iclası başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

G7 liderləri Kanadanı əsas enerji tədarükçüsü kimi dəstəkləyir

21:06
18 İyun

"WhatsApp" növbəti funksiyasını təqdim edəcək  

20:55
18 İyun

ADY Bakı–Böyük Kəsik xəttində enerji sistemini yeniləyib

20:51
18 İyun

NATO üzvlərindən müdafiə xərcləri ilə bağlı konkret yol xəritəsi tələb olunur

20:37
18 İyun

Qlobal yaşıl iqtisadiyyatın həcmi 10 trilyon dolları ötüb  

20:29
18 İyun

6700 əlilliyi olan şəxs 281 min reabilitasiya vasitəsi ilə təmin olunub

20:16
18 İyun

G7 Sammitində uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı bəyannamələr imzalanıb

20:01
18 İyun

Cənubi Koreyanın demoqrafik böhran planı

19:56
18 İyun

AYNA və İRİA taksi sektorunda “Digital Finance” layihəsini tətbiq edir

19:53
18 İyun

Rusiya XİN: Qərb hərbi proqramlar vasitəsilə Ermənistana təsirini gücləndirməyə çalışır

19:44
18 İyun

Qarabağ Universitetinin tələbələri “Vergilər” olimpiadasında yüksək nəticə əldə ediblər

19:43
18 İyun

Azərbaycanda investisiyaların 21,8 faizi tikinti işlərinə yönəlib

19:42
18 İyun

Ombudsmanların Bakı Sammiti: Süni intellektin istifadəsi şəffaflıq, ədalət və bərabərlik prinsipləri ilə birbaşa əlaqəlidir  

19:17
18 İyun

Zaxarova: Rusiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın bərpa olunmasına ümid edir  

19:08
18 İyun

Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanasının açılışı olub  

19:01
18 İyun

Rumıniyalı müşavir: Azərbaycan “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Avropanın mühüm enerji tərəfdaşı kimi çıxış edir  

18:58
18 İyun

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib YENİLƏNİB-2

18:47
18 İyun

Azərbaycan–Macarıstan Aqrar Universitetinin yaradılması imkanları nəzərdən keçirilib

18:42
18 İyun

Ombudsmanlar rəqəmsal mühitdə hüquqların qorunmasına dair fikir mübadiləsi aparıblar  

18:28
18 İyun

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros üzrə birincilik keçirilib

18:23
18 İyun

İsveç səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

18:03
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!