08 Sentyabr 2023 23:33
1493
PARLAMENT
A- A+
Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

 

Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir:

“Biz Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq, Kanada Parlamentində Qondarma “Kanada-Artsax Dostluq Qrupunun” verdiyi sonuncu bəyanatla bağlı öz dərin hiddətimizi bildiririk.

Kanada Parlamentində qondarma qrup tərəfindən verilən bəyanat Azərbaycanın suveren hüquqlarına açıq- aşkar hörmətsizlikdir, beynəlxalq hüququn norma və prinsiplərinə ziddir.

Təəssüf doğuran başqa bir məqam da budur ki, bu bəyanat Kanada Parlamentində yaradılmış və mövcud olmayan qondarma qurumun “Dostluq Qrupu” adından verilmişdir.

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığı, regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində səylər göstərdiyi halda, Qarabağ regionundakı etnik erməniləri girovluqda saxlayan separatçı ünsürlər və onları dəstəkləyən revanşist qüvvələr, həmçinin Ermənistan və onların havadarları bu səyləri pozmaq üçün gecə-gündüz çalışırlar.

Azərbaycan Qarabağda yaşayan etnik ermənilərlə müzakirələr aparmaq, eləcə də həmin erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını asanlaşdırmaq üçün xüsusi nümayəndə təyin etmişdir. O cümlədən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik erməni sakinlərinin mədəni, dini, təhsil və bələdiyyə hüquqlarının qorunacağına zəmanət vermişdir.

Təəssüflə qeyd etmək istərdik ki, Qarabağ bölgəsindəki separatçı rejim Azərbaycanın təkliflərinə məhəl qoymur, hətta bu təkliflərin reallaşmasına — Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən göndərilən ərzaq yardımlarının etnik ermənilərə çatdırılmasına mane olmaq üçün Ağdam-Xankəndi yolunu bağlamışdır.

Azərbaycanın açıq şəkildə irəli sürdüyü təkliflərdən biri də odur ki, Ağdam-Xankəndi yolu açıldığı təqdirdə, Laçın yolu da işlək vəziyyətə salınacaqdır. Bu təklif təkcə Azərbaycan tərəfindən deyil, beynəlxalq tərəfdaşlar və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası çərçivəsində keçirilən son müzakirələrdə də təsdiqlənmişdir.

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma separatçı rejim Ermənistanın Azərbaycanın suveren ərazilərini işğalını və etnik təmizləməsini ört-basdır etmək üçün istifadə edilən və hazırda Ermənistan tərəfindən dəstəklənən bir alətdir.

Kanada Parlamentində verilən bu kimi bəyanat bir yana qalsın, ümumiyyətlə, Kanada Parlamentində belə bir qrupun olması, Kanadanın xarici siyasəti, beynəlxalq hüququn norma və prinsiplərində tutduğu mövqeyinə ziddir və biz də bunu doğru hesab etmirik.

Kanada Parlamenti Ermənistanın bu cür təxribat xarakterli bəyanatlarına qarşı ayıq olmalı, regionda sülh prosesini, həmçinin parlamentlərimiz arasında dostluq münasibətlərinin qorunması üçün öz mövqeyini açıq şəkildə bildirməli və parlamentdə münasibətlərimizə xələl gətirən addımların atılmasına yol verməməlidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!