02 Fevral 2026 13:19
163
CƏMİYYƏT
A- A+
Azərbaycan ilə Pakistan arasında qadın və qızların təhsili sahəsində əməkdaşlıq imkanları müzakirə edilib  

Azərbaycan ilə Pakistan arasında qadın və qızların təhsili sahəsində əməkdaşlıq imkanları müzakirə edilib  


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Pakistan İslam Respublikasının federal təhsil və peşəkar təlim üzrə naziri Vaciha Qamar ilə ikitərəfli görüş keçirib. Görüş Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində təşkil olunan “Dini və media diskursundan faydalanma, onun İƏT dövlətlərində qadınların hüquqlarının qorunması və təşviqinə təsiri” mövzusunda beynəlxalq konfrans çərçivəsində baş tutub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Bahar Muradova Azərbaycan ilə Pakistan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən təhsil, sosial siyasət və gender bərabərliyi istiqamətlərində uğurla inkişaf etdiyini vurğulayıb. O, mövcud əməkdaşlığın daha da genişləndirilməsinin və institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Komitə sədri xüsusilə qızların təhsil almasının qadınların sosial-iqtisadi fəallığının artırılmasında mühüm rol oynadığını diqqətə çatdıraraq, Azərbaycanda qadın və qızların təhsilə cəlb olunması, onların bilik və bacarıqlarının artırılması məqsədilə həyata keçirilən dövlət proqramları və təhsil layihələri barədə ətraflı məlumat verib.

Pakistanın federal təhsil və peşəkar təlim üzrə naziri Vaciha Qamar Azərbaycanın bu sahədə əldə etdiyi müsbət təcrübəni yüksək qiymətləndirib. Nazir qızların təhsilinə dəstək istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayaraq, sözügedən sahədə Azərbaycanla təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını bildirib. O, eyni zamanda qadın və qızlar üçün peşəkar təlim proqramlarının inkişaf etdirilməsinin sosial rifahın yüksəldilməsinə töhfə verdiyini qeyd edərək, bu sahədə birgə təşəbbüslərin reallaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Görüş zamanı tərəflər gələcək əməkdaşlıq imkanları, birgə təşəbbüslərin reallaşdırılması və qarşılıqlı əlaqələrin dərinləşdirilməsi məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Enerji atəşkəsi” başa çatıb - Rusiya yenidən Ukraynanın energetika infrastrukturuna zərbələr endirir  

15:46
02 Fevral

Minimum əməkhaqqı ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir  

15:45
02 Fevral

Ankarada Türkiyə-Qazaxıstan əməkdaşlığının dərinləşdirilməsi yolları müzakirə olunur  

15:39
02 Fevral

Əməyin təhlükəsizliyinə dair Konvensiyanın təsdiqi barədə qanun layihəsi müzakirə olunur  

15:37
02 Fevral

Azərbaycan Gənclərinin XI Forumunda strateji baxış və prioritetlər mövzusu müzakirə edilib  

15:33
02 Fevral

Kreml Ukrayna ilə bağlı danışıqların ikinci mərhələsinin 4-5 fevral tarixlərində keçiriləcəyini təsdiqləyib  

15:17
02 Fevral

“SOCAR İstiqrazları”nın 17-ci kupon ödənişi edilib

15:01
02 Fevral

Kibergigiyena və kibermaarifləndirmə təlimlərinə 6800-dən çox dövlət və özəl qurumu əməkdaşları cəlb olunub  

14:33
02 Fevral

Almaniyada Rusiyaya gizli yollarla mal tədarük etməkdə şübhəli bilinən şəbəkəyə qarşı əməliyyatlar aparılır  

14:29
02 Fevral

Daxili işlər naziri Qəbələdə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib  

14:24
02 Fevral

Ötən ay 374 mina və 1364 partlamamış hərbi sursat zərərsizləşdirilib  

14:12
02 Fevral

Ötən il 72 min 600 gənc işlə təmin edilib, 2500 gənc üçün kiçik bizneslər qurulub  

14:06
02 Fevral

Avropa İttifaqının Tehrandakı səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb  

13:57
02 Fevral

Körfəzdəki gərginlik və bazarın reaksiyası: OPEC hasilatı olduğu kimi saxladı  

13:51
02 Fevral

Sabah bəzi yerlərdə duman olacaq, arabir güclənən külək əsəcək  

13:41
02 Fevral

Azərbaycan ilə İordaniya Haşimilər Krallığı Hökuməti gömrük işi sahəsində əməkdaşlıq edəcək  

13:38
02 Fevral

Azərbaycan ilə Pakistan arasında qadın və qızların təhsili sahəsində əməkdaşlıq imkanları müzakirə edilib  

13:19
02 Fevral

NİİM: Qayda pozuntularının nəticəsi ağır olur 

13:14
02 Fevral

Ulu Öndərin gənclər siyasəti   

12:57
02 Fevral

Azərbaycan gəncləri ərazi bütövlüyümüzün bərpa olunması işində tarix yazdılar  

12:56
02 Fevral

Nazir: Gənclərin inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçirilir  

12:53
02 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!