13 Oktyabr 2024 08:00
1508
SİYASƏT
A- A+
Azərbaycan hibrid təhdidlərə qarşı savaşa başlayır

Azərbaycan hibrid təhdidlərə qarşı savaşa başlayır


Erməni təəssübünü çəkənlərin məkrli planları hər zaman olduğu kimi, iflasa məhkumdur


Torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağda erməni separatizminə son qoyulması Azərbaycanın tək müasir deyil, son bir neçə əsri əhatə edən tarixinin mühüm hadisələridir. Həm Vətən müharibəsində qazanılan Zəfər, həm də antiterror əməliyyatlarının nəticələri xalqımızı qürurlandırdı, dostlarımızı sevindirdi.


İlham ƏLİYEV: "Arxayınlaşmağa heç cür haqqımız yoxdur" 


Böyük məmnunluqla vurğulayaq ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir. Amma qələbəmizi həzm edə bilməyənlər də var və Fransa başda olmaqla dünya erməniliyinin ölkəmizə qarşı ortaya qoyduqları riyakarlıq bunu təsdiq edir. Amerika Birləşmiş Ştatlarının bir qrup konqresmeninin bir neçə gün əvvəl bu ölkənin Dövlət katibi Entoni Blinkenə yazdıqları məktub da bu qəbildəndir. ABŞ konqresmenlərinin ABŞ hökumətinə Azərbaycana qarşı sanksiyaların tətbiq olunması ilə bağlı müraciət etmələri riyakarlıqdır. Əlbəttə, onların nə demələrinin, nə qərarlar qəbul etməsinin heç bir əhəmiyyəti yoxdur və olmayacaq da. Azərbaycanı hansısa sanksiya ilə öz yolundan döndərmək mümkün deyil.

Amma bütün bunlar göstərir ki, müxtəlif formalarda Azərbaycanın qələbəsinə, uğurlarına kölgə salmaq, ölkəmizə qarşı çirkin oyunlar oynamaq, Ermənistanın revanşizm niyyətinə dəstək vermək cəhdləri var. Xarici KİV-də dərc olunan məqalələr, Ermənistanın təəssübünü çəkən dövlətlərin rəsmi şəxslərinin açıqlamaları da bundan  xəbər verir. Bu niyyətlə müxtəlif sosial şəbəkələrin imkanlarından istifadə edərək dövlətimizə və uğurlarımıza qara yaxmağa çalışırlar.

Prezident İlham Əliyev sentyabrın 23-də VII çağırış Azərbaycan Milli Məclisinin ilk iclasında bununla bağlı deyib: "Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, onların qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar - bütün bunlar onu göstərir ki, bizə qarşı bu çirkin oyun hələ bitməyib. Bizim qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Bu barədə geniş danışmağa ehtiyac yoxdur. Ancaq əldə edilmiş məlumatlar bunu göstərir. Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur - bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə bizim arxayınlaşmağa heç cür haqqımız yoxdur". 


Mübarizə imkanlarından səmərəli istifadə edilir  


Bu məsələ VII çağırış Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk plenar iclasında müzakirə olundu. Həmin iclasda qəbul edilən qərarlardan biri Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması oldu. 

Məsələ ilə bağlı çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, ideoloji təhlükəsizlik məsələləri dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra xüsusi aktuallıq kəsb etmişdir: "Xalqımızın tarixi qələbəsi ilə barışa bilməyən qüvvələr Cənubi Qafqaz bölgəsinə daxil olmaq və burada möhkəmlənmək, Azərbaycanın işlərinə qarışmaq cəhdlərindən əl çəkmirlər. Bu səbəbdən ölkəmiz mürəkkəb xarakterli təhlükələr ilə üzləşir. Ənənəvi çağırışların qalmaqda davam etdiyi bir şəraitdə yeni, daha məkrli müdaxilə formaları da ortaya çıxır".

Bütün bunlar Azərbaycanın milli maraqlarına xələl gətirməyə, müstəqilliyimizi və ictimai-siyasi sabitliyimizi təhlükə altına almağa yönəlib. Milli Məclis Sədrinin  qeyd etdiyi kimi, bir sıra hallarda biz üstüörtülü təhdidlər və müdaxilələr ilə qarşılaşırıq, cəmiyyətimiz və dövlətimiz ilə manipulyasiya etmək cəhdləri çoxgedişli təbliğat kampaniyaları, saxta şüarlar ilə pərdələnir. 

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın vəzifə və səlahiyyətləri məlumdur. Bunlar "Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması haqqında"  Milli Məclisin qərarında öz əksini tapıb. Komissiyanın fəaliyyətinə Milli Məclisin və ya Milli Məclis Sədrinin tapşırığı ilə xarici müdaxilələr və hibrid təhdidlər ilə bağlı hallara dair hesabatların hazırlanması, xarici müdaxilələr və hibrid təhdidlər ilə bağlı önləyici addımlara dair təkliflərin hazırlanması, Milli Məclisin və ya Milli Məclis Sədrinin tapşırığı ilə xarici müdaxilələr və hibrid təhdidlər barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bəyanatların verilməsi, Milli Məclisin və ya Milli Məclis Sədrinin tapşırığı ilə zəruri hallarda müvafiq istiqamətlər üzrə ictimai dinləmələrin keçirilməsi, aidiyyəti icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları ilə əməkdaşlıq əlaqələrinin qurulması, qanunvericiliyin xarici müdaxilələr və hibrid təhdidlər baxımından araşdırılması, təhlil edilməsi və bununla bağlı Milli Məclisə təkliflərin verilməsi, Milli Məclisin və ya Milli Məclis Sədrinin tapşırığı ilə zəruri hallarda komitələrin qanun layihələrinə dair müvafiq müzakirələrində iştirak edilməsi, hibrid təhdidlər üzrə beynəlxalq əməkdaşlıq, Milli Məclisin beynəlxalq parlament təşkilatlarında nümayəndələri ilə əlaqələndirilmiş fəaliyyət göstərilməsi kimi məsələlər daxildir.

Bütün bu qeyd olunanlar göstərir ki, komissiyanın fəaliyyəti çevik, aktiv və preventiv olacaq. Ümumilikdə isə bu komissiyanın yaradılması göstərir ki, Azərbaycan hibrid təhdidlərə qarşı mübarizədə imkanlardan səmərəli istifadə edir. 


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Astara sərhədində diplomatların təxliyəsi davam edir

12:18
03 Mart

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

11:23
03 Mart

Avropada qazın qiyməti 25 faiz artıb

11:18
03 Mart

Milli Məclis 8 məsələnin müzakirəsinə başlayıb  

11:15
03 Mart

Səbinə Əliyeva: 2025-ci ildə Ombudsman Aparatına 42 mindən çox müraciət daxil olub  

11:12
03 Mart

Ötən gün 59 cinayətin açılması təmin edilib

10:35
03 Mart

Dünya birjalarında neft bahalaşıb

10:24
03 Mart

Dünya bazarında qızıl və gümüşün bahalaşması davam edir

10:19
03 Mart

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır

10:15
03 Mart

Şanxay Əməkdaşlıq Təşkilatı BMT-ni beynəlxalq sülhün pozulmasına qarşı təcili tədbirlər görməyə çağırıb  

10:15
03 Mart

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edir YENİLƏNƏCƏK

10:08
03 Mart

FHN Od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib

09:56
03 Mart

Rəcəb Tayyib Ərdoğan: Türkiyə bölgədə davamlı sülhün tərəfdarıdır

09:34
03 Mart

Yaxın Şərqdə gərginlik fonunda Avropada qaz qiymətləri 50 faizdən çox artıb

09:33
03 Mart

Serbiyanın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunublar

09:31
03 Mart

COVID və qripə qarşı birgə peyvənd təsdiq olunub

09:20
03 Mart

QƏZƏLLƏR

09:17
03 Mart

ABŞ vətəndaşlarını 10-dan çox ölkəni dərhal tərk etməyə çağırıb

09:15
03 Mart

Poeziyanın intibah günəşi

09:15
03 Mart

Bakı - tarixlə gələcəyin görüşdüyü məkan

09:10
03 Mart

Od çərşənbəsi işıq, yenilənmə, güc, birlik və yüksəliş rəmzidir

09:05
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!