02 Oktyabr 2026 13:23
487
SİYASƏT
A- A+
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib 

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib 


Şuşa şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani arasında 13-cü üçtərəfli görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, üçtərəfli görüşün açılış mərasimində Azərbaycanın müdafiə naziri salamlama çıxışı edib. Ötən il Türkiyədə, ondan əvvəlki ildə isə Gürcüstanda keçirilən görüşləri xoş təəssüratlarla xatırlayan general polkovnik Z.Həsənov xüsusi olaraq qeyd edib ki, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə davam etməsində dövlət başçılarının səmimi dostluq münasibətlərinin rolu əvəzsizdir.

O bildirib ki, məhz onların birgə səyləri nəticəsində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı artıq digər ölkələr üçün nümunə ola biləcək uğurlu regional əməkdaşlıq mexanizminə çevrilərək sülhə, təhlükəsizliyə və sabitliyə böyük töhfələr verməkdədir.

Azərbaycan və Gürcüstanın müdafiə nazirləri baş vermiş təyyarə qəzasında şəhid olan hərbi qulluqçularla bağlı bir daha türkiyəli həmkarına başsağlığı verərək, türk xalqının dərdinə şərik olduqlarını ehtiramla bildiriblər.

Keçirilən görüşdə xalqlarımızın əsrlər boyu mehriban qonşuluq və dostluq şəraitində yaşadığı, bu gün də dövlətlərimiz arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi qeyd olunub.

Bildirilib ki, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq xalqlarımızın rifahının təmin olunması baxımından böyük önəm kəsb edir.

Görüşdə müasir dövrün çağırışları, eləcə də regionumuzun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə səylərin birləşdirilməsinin vacibliyi qeyd olunub.

Müdafiə nazirləri üçtərəfli təlim və treninqlərin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar.

Müdafiə sahəsində üçtərəfli əməkdaşlığın genişlənməsinin, sadəcə, ölkələrimiz üçün deyil, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə də faydalı olacağına əminlik ifadə olunub.

Tərəflər hərbi qulluqçularımızın iştirakı ilə keçirilən “Eternity”, “Qafqaz Qartalı”, həmçinin digər birgə təlimlərin vacibliyini vurğulayaraq, bu tədbirlərin əməkdaşlıq, təcrübə mübadiləsi və ordularımızın müdafiə qüdrətinin yüksəlməsində mühüm rol oynadığını bir daha qeyd ediblər.

Eyni zamanda, nazirlər hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığı müzakirə edib, üçtərəfli əlaqələrin genişləndirilməsi perspektivləri ilə bağlı təkliflər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Sonda üçtərəfli görüşün yekununa dair protokol imzalanıb və media nümayəndələri üçün mətbuat konfransı keçirilib.

Konfransda general-polkovnik Zakir Həsənov keçirilən görüşlərin faydalı olduğunu vurğulayaraq ölkələrimiz arasında əməkdaşlığın inkişaf dinamikasından razılıq bildirib, tərəflərin bu əlaqələrin bundan sonra daha da genişləndirilməsi və dərinləşdirilməsi niyyətində olduqlarını qeyd edib. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib  

23:51
01 Noyabr

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO  

22:13
01 Noyabr

“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub

20:59
01 Noyabr

“Dakar-2026”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

20:33
01 Noyabr

Media və Yayım Şurası bəyanat yayıb

15:52
01 Noyabr

“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirib

14:11
01 Noyabr

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna

13:54
01 Noyabr

Sabahın hava proqnozu açıqlanıb

13:51
01 Noyabr

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçıların sayı ildən-ilə artır

13:09
01 Noyabr

Bakıda VI “Qələbə qaçışı”na start verilib

11:07
01 Noyabr

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub  

22:47
31 Oktyabr

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

22:44
31 Oktyabr

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar  

22:43
31 Oktyabr

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub  

21:09
31 Oktyabr

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb  

20:07
31 Oktyabr

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır  

19:57
31 Oktyabr

İran müharibə ehtimalını istisna etmir

18:57
31 Oktyabr

Ukrayna Prezidenti İstanbulda səfərdədir

18:32
31 Oktyabr

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub  

18:01
31 Oktyabr

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

17:03
31 Oktyabr

Milli kimliyimizin və mənəvi bütövlüyümüzün təcəssümü

16:59
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!