07 Avqust 2024 09:34
549
CƏMİYYƏT
A- A+
Azərbaycan gəncliyi könüllülük hərəkatına böyük töhfələr verib

Azərbaycan gəncliyi könüllülük hərəkatına böyük töhfələr verib

 

Ömrün gənclik çağları sağlamlıq, fiziki və zehni güc-qüvvət, cəsarət, qorxmazlıq, dözümlülük, vətənpərvərlik kimi ali dəyərlər, hisslər, xarakterik cizgilərlə mətinləşir.

Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra yeniyetmə və gənclərimizdə daha bir xüsusiyyət - könüllülük nəzərəçarpacaq şəkildə özünü göstərməyə başladı. Fərdi və kollektiv fəaliyyətdə, mülki və hərbi sahələrdə, fövqəladə vəziyyətlərdə, ictimai-siyasi, mədəni-kütləvi tədbirlərin, idman yarışlarının təşkilində, ümumxalq bayramları və digər əlamətdar günlərdə könüllülər daim öndə oldu.

Könüllülük - öz iradəsi və sərbəst seçimi əsasında cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. Müasir Azərbaycanda bu sahədə real inkişaf Ulu Öndərin hakimiyyətə qayıdışından sonra başlayıb. 1998-ci ildə ölkədə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və Könüllülər Proqramının birgə layihəsi fəaliyyətə başladı. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə güclü könüllü komandası yaradıldı və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verildi.

XXI əsrin əvvəllərindən respublikamızda yüksək neft gəlirləri ilə müşayiət olunan yeni dövrdə Prezident İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsi idi. Qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac vardı və əlbəttə, bu sahədə könüllülüyün önəmi danılmaz idi. 2009-cu il iyunun 9-da "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanunu imzalandı. Bu qanun hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində münasibətlərini tənzimlədi. 2013-cü il fevralın 22-də "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edildi. Burada məsələyə hüquqi münasibət bir qədər də təkmilləşdirildi.

Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı"nda və 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində onların fəal iştirakına şərait yaratmaq, peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ bacarıqlarının üzə çıxarılmasını dəstəkləmək və eyni zamanda könüllülük hərəkatının inkişafı vəzifəsi qoyulmuşdur. Könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar verilir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsətidir.

Ölkəmizin güclü bir dövlətə çevrilməsində, insanların rifahının getdikcə yaxşılaşmasında könüllülər də mühüm rol oynayırlar. Xüsusilə son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında daha çox diqqət çəkir. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") yanında aktiv və konstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı (AKT) yaradıldı. 1 saylı "ASAN kommunal" mərkəzinin açılışında Prezident  İlham  Əliyev könüllülərin rolunu yüksək qiymətləndirdi: "Əlbəttə  ki, biz "ASAN xidmət"i könüllülər hərəkatından ayıra bilmərik. Bu da bir yenilikdir. "ASAN" yaranana qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. Biz könüllülər haqqında eşitmişdik. Ancaq "könüllülər hərəkatı nədir?" - onu bilmirdik. Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır. Mənə verilən məlumata görə, 10 min gənc artıq könüllü kimi "ASAN xidmət" mərkəzlərində  işləyib və  bu insanların bir çoxu bu gün müxtəlif vəzifələrdə, müxtəlif işlərdə ölkəmizin gələcək inkişafı üçün çalışırlar. Hazırda bütün bu mərkəzlərdə 700-dən çox könüllü fəaliyyət göstərir".

Müxtəlif vaxtlarda evsahibliyi etdiyimiz "Avroviziya-2012" Mahnı Müsabiqəsi, 2015-ci ildə I Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1" və digər mötəbər, irimiqyaslı tədbirlərə on minlərlə könüllü cəlb olundu. Bu tədbirlərin keçirilməsi nəticəsində ölkəmizdə beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda təcrübəli könüllü bazası formalaşdı. Qazanılmış uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Məhz Mehriban xanım Əliyevanın əzmkar fəaliyyəti nəticəsində yuxarıda qeyd edilən mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyəti yüksək və professional səviyyədə təşkil edildi.

Əlbəttə, nailiyyətlərimiz və könüllülük hərəkatı barədə danışarkən biz heç zaman işğaldakı torpaqlarımızın azadlığı və suverenliyimizin tam bərpası üğrunda mücadilələri, gənclərimizin ölüm-dirim savaşlarındakı şücaətlərini unuda bilmərik. Bu gün isə könüllü gənclərimiz bütün Azərbaycan kimi qarşıdakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlaşırlar və bu məsul vəzifənin öhdəsindən də yüksək səviyyədə gələcəklərinə heç bir şübhə yoxdur.

Qurban MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!