04 Fevral 2026 15:38
718
İQTİSADİYYAT
A- A+
Azərbaycan–BVF əməkdaşlığının cari vəziyyəti və prioritetləri müzakirə olunub  

Azərbaycan–BVF əməkdaşlığının cari vəziyyəti və prioritetləri müzakirə olunub  


Bu gün maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanın daxil olduğu Seçki Qrupu üzrə İcraçı direktor Patrik Loşevski və Fondun Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə BVF arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, ölkədə həyata keçirilən institusional və struktur islahatlar nəzərə alınmaqla potensialın artırılması və texniki yardım mexanizmlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu çərçivədə fiskal və monetar siyasətin əsas istiqamətləri, makroiqtisadi və maliyyə sabitliyinin qorunması, habelə qlobal iqtisadi proseslərin yaratdığı risklərə qarşı dayanıqlığın artırılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nazir Sahil Babayev Azərbaycan ilə BVF arasında uzunmüddətli və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın əhəmiyyətini qeyd edərək, IV Maddə üzrə Məsləhətləşmələrin hökumət üçün təkcə müntəzəm dialoq mexanizmi deyil, eyni zamanda makroiqtisadi qiymətləndirmə baxımından mühüm platforma olduğunu bildirib. Nazir vurğulayıb ki, makroiqtisadi və maliyyə sabitliyinin qorunması hökumətin əsas prioritetlərindən biri olaraq qalır, fiskal siyasət isə davamlılıq və səmərəlilik prinsipləri əsasında formalaşdırılır. Dövlət resurslarının səmərəli istifadəsi, orta müddətli büdcə planlaşdırılmasının gücləndirilməsi və xarici şoklara qarşı dayanıqlığın artırılması islahat gündəliyinin əsas istiqamətlərini təşkil edir.

BVF-nin Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordon ölkədə həyata keçirilən fiskal və monetar siyasətin makroiqtisadi dayanıqlığın möhkəmləndirilməsi və uzunmüddətli inkişafın təmin olunmasında mühüm rol oynadığını qeyd edib. O, həmçinin BVF-nin texniki yardım və potensialın artırılması mexanizmlərinin institusional islahatların dəstəklənməsi, maliyyə sektorunun dayanıqlığının gücləndirilməsi və iqtisadi siyasətin davamlı icrasının təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Seçki Qrupu üzrə İcraçı direktor Patrik Loşevski Azərbaycanın makroiqtisadi sabitliyin möhkəmləndirilməsi və struktur islahatlarının dərinləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin BVF tərəfindən müsbət qiymətləndirildiyini bildirib.

Görüş zamanı BVF-nin potensialın artırılması və texniki yardım resurslarının Azərbaycan üzrə bölgüsü ilə bağlı mövcud disbalans məsələsinə də toxunulub. S.Babayev aparılan institusional və qabaqcıl islahatların miqyası nəzərə alınaraq, region üzrə resurs bölgüsünün daha balanslı şəkildə nəzərdən keçirilməsinin məqsədəuyğun olduğunu bildirib. Eyni zamanda, BVF-də azərbaycanlı mütəxəssislərin təmsilçiliyinin məhdudluğu məsələsi qaldırılıb və Azərbaycanın artan iqtisadi potensialı fonunda Fond daxilində kadr təmsilçiliyinin gücləndirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə tərəflər Azərbaycan ilə BVF arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, institusional dialoqun davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!