04 Fevral 2026 08:30
741
İQTİSADİYYAT
A- A+
Azərbaycan-BƏƏ enerji əməkdaşlığı şaxələnir

Azərbaycan-BƏƏ enerji əməkdaşlığı şaxələnir


Son illər Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı davamlı xarakter alıb. Bunun bariz göstəricilərindən biri qeyri-neft ticarətinin ümumi həcminin bir neçə dəfə  artmasıdır. Kənd təsərrüfatı, texnologiya, əczaçılıq və enerji infrastrukturu sektorlarına sərmayələrin yatırılması prioritet  təşkil edir. Ölkələrimizin dövlət başçılarının qarşılıqlı səfərləri, ali səviyyədə görüşlər və söhbətlər, birgə tədbirlər   iqtisadi əlaqələrin  daha da   inkişafına təkan verir.

Prezident İlham Əliyevin bu ölkəyə növbəti səfəri zamanı da  BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla söhbətdə Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanaraq əməkdaşlığın bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Xatırladaq ki, iki ölkənin iqtisadi əməkdaşlığında əsas yeri enerji sektoru tutur.   Məsələn, 2023-cü ilin dekabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında strateji əməkdaşlıq sazişi imzalanıb. Bu, Dubayda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində baş tutub.

Saziş ətraf mühitin mühafizəsi sahəsində SOCAR və ADNOC arasında birgə fəaliyyətin daha da genişləndirilməsini, o cümlədən "yaşıl hidrogen", geotermal enerji və karbon emissiyalarının idarə edilməsi sahəsində əməkdaşlıq məsələlərini nəzərdə tutur. ADNOC Xəzərin Azərbaycan sektorundakı "Abşeron" qaz yatağı layihəsində sanballı iştirak payına da malikdir. Beləliklə, bu şirkət yaxın tərəfdaşlarımız arasında özünə yer alır.

Ölkələrimizin birgə reallaşdırdığı "yaşıl enerji" layihələri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, BƏƏ-nin "Masdar" şirkətinin Azərbaycanda həyata keçirilən bərpaolunan enerji layihələrində önəmli rolu var. Təkcə o faktı qeyd etmək kifayətdir ki, "Masdar" Bakıda Xəzər regionunun və MDB məkanının ən böyük günəş-elektrik stansiyasını tikib.

230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası 2023-cü il oktyabrın 26-da işə salındı. Obyektin təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilmişdi. Prezident stansiyanın açılışında da iştirak etdi.

Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş-elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal olunmaqla 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Stansiya 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək. Bir sözlə, ölkəmizin  öz "yaşıl gündəlık" prioritetlərinə doğru atdığı  inamlı və uğurlu addımlardan biri də məhz "Qaradağ"ın tikintisinin başa çatdırılıb istifadəyə verilməsidir. 

Növbəti ildə isə Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və BƏƏ-nin sənaye və yüksək texnologiyalar naziri, "Masdar" şirkətinin idarə heyətinin sədri Sultan Əhməd Əl-Cabirin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən görüş tərəfdaşlığın uğurla davam etdiyinin daha bir təsdiqi oldu. Belə ki, görüşdə "Masdar" şirkəti ilə quruda və dənizdə "yaşıl enerji" layihələrinin icrası, hər iki ölkənin apstrim sektorunda dövlət şirkətlərinin iştirakı, həmçinin COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edildi. 1000 MVt gücündə günəş və külək enerjisi stansiyalarının inşası ölkələrimizin "yaşıl enerji" keçidinə birgə töhfəsi kimi dəyərləndirildi.

Görüşün yekununda Energetika Nazirliyi və "Azərenerji" ASC ilə "Masdar" şirkəti arasında 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş-elektrik stansiyaları və 240 MVt gücündə Abşeron-Qaradağ Külək-Elektrik Stansiyası layihələri üzrə "İnvestisiya müqaviləsinə Əlavə", "Enerji alqı-satqı müqaviləsi", "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi" və "Torpaq icarə müqaviləsi" imzalandı.

2024-cü il iyunun 4-də "Bakı-Ekspo" Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" - "Caspian Power" sərgilərinin açılışı zamanı Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və yüksək texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş-Elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək-Elektrik Stansiyasının təməlini qoydular. İndi bu "yaşıl enerji" layihələri  özlərinin icrasının müxtəlif mərhələlərindədir.

Beləliklə, BƏƏ-nin aparıcı enerji şirkətlərindən olan "Masdar"la əməkdaşlıq və tərəfdaşlığımız getdikcə daha çox layihələri əhatə edir. Yeri gəlmişkən: 2006-cı ildə BƏƏ-də yaradılan "Masdar" həmin vaxtdan bəri zəngin təcrübə toplayıb, dünyada günəş və külək enerjisinin inkişafına on milyardlarla dollardan çox sərmayə yönəldərək onlarca layihənin iştirakçısı olub. Təsadüfi deyil ki, COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev "Masdar" şirkətinin adını çəkib.

Keçən il sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri çərçivəsində hər iki ölkənin dövlət başçılarının iştirakı ilə sənədlərin mübadiləsi mərasimi oldu. Bunların sırasında "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Energetika və İnfrastruktur Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə "Masdar" şirkəti arasında Azərbaycan Respublikasının "yaşıl enerji" zonalarında əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə XRG ASC arasında "Cənub qaz dəhlizi"ndə investisiya haqqında Anlaşma Memorandumu" da vardı.

Həmin gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşündə dövlətimizin başçısı demişdir: "Neft-qaz sahəsində əməkdaşlıq dərinləşir. Bu gün imzalanmış sənədlər arasında nəqliyyat sektorundakı əməkdaşlıq böyük perspektivə malikdir. Biz xüsusilə ölkənizə və ölkənizin şirkətlərinə minnətdarıq ki, Azərbaycanın bərpaolunan enerji növlərinin işlənilməsi istiqamətində bizə çox böyük dəstək vermişlər. Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri burada bizim strateji tərəfdaşlarımızdır, əsas investordur və Azərbaycanda istifadəyə verilmiş birinci günəş-elektrik stansiyasının tikintisi və investisiyaları ölkənizin bizə dəstəyi nəticəsində mümkün olmuşdur. Bilirsiniz ki, planlarımız daha genişdir, bir neçə qiqavat bərpaolunan enerji növünün yaxın gələcəkdə Azərbaycanda istehsalı məhz Sizin şəxsi göstərişinizin və ölkənizin şirkətlərinin fəaliyyəti nəticəsində mümkün olacaqdır".

Dövlətimizin başçısının BƏƏ-yə budəfəki səfərində hər iki ölkənin  prezidentlərinin iştirakı ilə "Cənub qaz dəhlizi" QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalandı. Bu hadisənin özü də göstərir ki, Azərbaycan-BƏƏ  iqtisadi əməkdaşlığı  genişlənir və möhkəmlənir. 


 Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!