30 Yanvar 2026 14:03
283
İQTİSADİYYAT
A- A+
Azərbaycan Afina Enerji Sammitində təmsil olunub  

Azərbaycan Afina Enerji Sammitində təmsil olunub  


Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov Afina Enerji Sammiti çərçivəsində keçirilən “Cənub-Şərqi Avropada enerji və diplomatiya çağırışları” adlı paneldə çıxış edib. Paneldə Türkiyə, Qazaxıstan, Bolqarıstan və Moldovanın Yunanıstandakı səfirləri də iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, A.Məmmədov Azərbaycanın Avropa üçün etibarlı enerji təchizatçısı olduğunu bildirib. Bu əməkdaşlığın 2022-ci ildə imzalanmış Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu və Yüksək Səviyyəli Enerji Dialoqu çərçivəsində davam etdirildiyi qeyd edilib.

Səfirin sözlərinə görə, 2025-ci ildə Azərbaycan 51.5 milyard kubmetr təbii qaz istehsal edib, bunun 25.2 milyard kubmetri ixrac olunub. Avropaya tədarük edilən qazın həcmi təxminən 13 milyard kubmetr təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 56 faiz artım deməkdir. Hazırda Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqı üzvünə çatdırılır.

Səfir qeyd edib ki, Yunanıstanın təbii qaz tələbatının təxminən 18 faizi Azərbaycan qazı hesabına ödənilir. Cənub-Şərqi Avropa ölkələrinə ixrac olunan Azərbaycan qazı həmin ölkələr üçün enerji mənbələrinin şaxələndirilməsinə töhfə verir.

Çıxışda əsas çağırışın qaz ehtiyatları deyil, infrastruktur imkanlarının məhdudluğu ilə bağlı olduğu vurğulanıb. Cənub Qaz Dəhlizinin tam gücü ilə işlədiyi bildirilib və əlavə həcmlər üçün hasilatdan boru kəmərlərinin genişləndirilməsinə qədər bütün zəncir üzrə koordinasiyalı investisiyalara ehtiyac olduğu qeyd olunub. Bunun üçün uzunmüddətli – 15-20 illik kommersiya müqavilələrinin və maliyyə mexanizmlərinin dəstəyinin həlledici əhəmiyyəti vurğulanıb.

Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələrə də toxunulub. Bildirilib ki, 2027-ci ilə qədər ölkədə enerji istehsalının 33.7 faizi bərpaolunan mənbələrdən təmin ediləcək, bu isə əlavə qaz həcmlərinin ixrac üçün azad olunmasına və karbon emissiyalarının azaldılmasına imkan verəcək.

Səfir, həmçinin Azərbaycanın həyata keçirdiyi yaşıl enerji dəhlizləri barədə məlumat verib. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi, eləcə də Qazaxıstan və Özbəkistanla birlikdə icra edilən Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizindən danışılıb.

Sonda Azərbaycanın Yunanıstan, Avropa İttifaqı və regional tərəfdaşlarla enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğu vurğulanıb.

Qeyd edək ki, Afina Enerji Sammiti Yunanıstan və region ölkələrinin hökumət nümayəndələrini, beynəlxalq təşkilatları və enerji sektorunun aparıcı aktorlarını bir araya gətirən nüfuzlu beynəlxalq platformadır. Sammitdə enerji təhlükəsizliyi, diversifikasiya və yaşıl enerjiyə keçid ilə bağlı əsas çağırışlar müzakirə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Komitə rəsmisi: Uşaqlara aid hüquqi proseslərdə psixoloqun məcburi iştirakı tələb ediləcək  

15:45
30 Yanvar

Potidən Bakıya ekspres blok-qatarı yola salınıb  

15:00
30 Yanvar

Astronomlar Yerdən 146 işıq ili uzaqlıqda yeni planet kəşf ediblər  

14:46
30 Yanvar

Zelenski danışıqlar üçün Moskvaya getməkdən imtina edib  

14:46
30 Yanvar

İranın xarici işlər naziri Türkiyədə səfərdədir  

14:45
30 Yanvar

Media: Donald Trampa İrana hücumla bağlı variantlar təqdim edilib  

14:44
30 Yanvar

Ali Məclisin Sosial siyasət və Hüquq siyasəti komitələrinin iclasları keçirilib  

14:43
30 Yanvar

Niderlandda polisin iki müsəlman qadına zor tətbiq etməsi etirazlara səbəb olub  

14:42
30 Yanvar

Zelenski: Ukrayna gərginliyin azaldılmasına hazırdır  

14:14
30 Yanvar

Ərdoğan: Türkiyə İran ilə ABŞ arasında vasitəçi rolunu üzərinə götürməyə hazırdır  

14:13
30 Yanvar

Türkiyənin turizmdən gəliri 65 milyard dolları ötüb  

14:10
30 Yanvar

Azərbaycan Afina Enerji Sammitində təmsil olunub  

14:03
30 Yanvar

Prezident İlham Əliyev Avstraliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

14:01
30 Yanvar

Bundan sonra canlı yayımlarda baş verən şəxsiyyət hüquqlarının pozulması hallarında media subyektləri də məsuliyyət daşıyacaq  

13:57
30 Yanvar

AFFA və UEFA kütləvi futbolun davamlı inkişafı üçün birgə fəaliyyət imkanlarını müzakirə edib  

13:48
30 Yanvar

Böyük Qayıdış: Kərkicahan qəsəbəsinə, Xanyurdu və Təzəbinə kəndlərinə növbəti köç karvanı yola salınıb  

13:42
30 Yanvar

Zelenski Putini Kiyevə dəvət edib

13:39
30 Yanvar

Sabah bəzi yerlərdə duman olacaq, arabir güclənən külək əsəcək – PROQNOZ  

13:38
30 Yanvar

Ağdərənin Həsənriz kəndinə növbəti köç yola salınıb  

13:32
30 Yanvar

Avropada ötən il futbolçu transferi ilə bağlı ən yüksək artım tempi Azərbaycanda qeydə alınıb  

13:27
30 Yanvar

Prezident İlham Əliyev Norveçin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

13:21
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!