12 Fevral 2026 08:05
310
İQTİSADİYYAT
A- A+
Azərbaycan ABŞ ilə kosmik sənayedə də əməkdaşlıq edəcək

Azərbaycan ABŞ ilə kosmik sənayedə də əməkdaşlıq edəcək


Bu, iki ölkə arasında imzalanmış xartiyada öz əksini tapıb


XXI əsr elm, texnologiya və kosmos əsridir. İndi dövlətlərin gücü təkcə təbii sərvətlərlə deyil, həm də yüksək texnologiyalara yiyələnmə səviyyəsi ilə ölçülür. Kosmik sənaye isə bu sahədə ən strateji istiqamətlərdəndir. Peyk texnologiyaları rabitə, televiziya yayımı, internet, meteorologiya, naviqasiya, yerin məsafədən müşahidəsi və milli təhlükəsizlik kimi mühüm sahələrdə həlledici rol oynayır. Məhz bu baxımdan Azərbaycanın kosmik sənayeyə daxil olması ölkənin texnoloji inkişaf tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Azərbaycanda kosmik sənayenin əsası 2010-cu ildə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması ilə qoyuldu. Bu addım dövlət səviyyəsində kosmik fəaliyyətin sistemli və strateji şəkildə həyata keçirilməsinə imkan verdi. "Azərkosmos"un yaradılması ölkənin uzunmüddətli inkişaf strategiyasında informasiya-kommunikasiya texnologiyalarına və innovasiyaya verilən önəmin göstəricisi idi. Bu istiqmətdə qısa müddət ərzində həyata keçirilən layihələr göstərdi ki, məqsəd texnoloji uğurlarla birgə regional və qlobal bazarda mövqe tutmaqdır. 

Məhz bu strateji yanaşmanın real nəticəsi kimi Azərbaycan qısa müddət ərzində kosmik sənaye sahəsində birinci böyük uğurunu əldə etdi. Dövlətin məqsədyönlü siyasəti və beynəlxalq tərəfdaşlıq çərçivəsində həyata keçirilən hazırlıq işləri ölkənin milli peyk layihəsinin reallaşmasına zəmin yaratdı. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace-1" Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan "Ariane-5" daşıyıcı raketi ilə orbitə buraxıldı. Faydalı yük üzrə 36 fəal transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi olan "Azərspace-1" peyki 46 dərəcə Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşdirildi. Peykin əhatə dairəsi təkcə Azərbaycanla məhdudlaşmadı. Avropa, Mərkəzi Asiya və Afrika regionlarına qədər uzanan xidmət zonası ölkəyə beynəlxalq bazarda fəaliyyət göstərmək imkanı verdi ki, bu da kosmik sənayenin iqtisadi gəlir gətirən sahəyə çevrilməsinə zəmin yaratdı və Azərbaycan Cənubi Qafqazda peykə sahib ilk dövlət oldu. 

2014-cü ildə "Azersky" adlı yerin məsafədən müşahidə peykinin istismara verilməsi Azərbaycanın kosmik imkanlarını daha da genişləndirdi. Bu peyk vasitəsilə yüksəkdəqiqlikli təsvirlər əldə etmək mümkün oldu. Kənd təsərrüfatının monitorinqi, şəhərsalma planlaşdırılması, ekoloji nəzarət, fövqəladə halların qiymətləndirilməsi və sərhəd təhlükəsizliyi kimi sahələrdə bu məlumatlar hər zaman mühüm əhəmiyyət daşıyıb. 2018-ci ildə orbitə buraxılan "Azerspace-2" Azərbaycanın telekommunikasiya imkanlarını daha da genişləndirdi və xidmət keyfiyyətini artırdı. Yeni peyk sayəsində kommersiya imkanları artdı, beynəlxalq tərəfdaşlıq əlaqələri gücləndi və ölkənin qlobal peyk bazarındakı mövqeyi möhkəmləndi.

Kosmik sənayenin dinamik inkişafı şəraitində Azərbaycan həm regional, həm də beynəlxalq müstəvidə öz mövqeyini davamlı gücləndirir. Qeyd edək ki, "Azərkosmos"un beynəlxalq təşəbbüslər fonunda fəaliyyəti ilk növbədə peyk xidmətlərinin ixracı ilə xarakterizə olunur. "Azerspace-1" və "Azerspace-2" Azərbaycanın kosmik sənayesinin kommersiya potensialını artırmaqla yanaşı, ölkənin beynəlxalq imicinə də müsbət təsir göstərir. Qurum dünyanın aparıcı kosmik şirkətləri və təşkilatları ilə əməkdaşlıq əlaqələri yaradıb. Peyklərin istehsalı və orbitə çıxarılması prosesində "Airbus Defence and Space" və "Arianespace" kimi nüfuzlu beynəlxalq şirkətlərlə əməkdaşlıq əlaqələri qurulub. Bu əməkdaşlıq texnologiya transferi, mütəxəssis hazırlığı və qabaqcıl təcrübənin mənimsənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

"Azərkosmos" beynəlxalq kosmik və telekommunikasiya təşkilatlarında da təmsil olunur, qlobal forum və sərgilərdə iştirak edir. Bu platformalar vasitəsilə yeni tərəfdaşlıqlar qurulur, regional layihələr müzakirə olunur və Azərbaycanın kosmik potensialı beynəlxalq ictimaiyyətə təqdim edilir. Xüsusilə Afrika və Asiya ölkələri ilə qurulan əlaqələr peyk xidmətlərinin ixrac coğrafiyasını genişləndirib. Bir neçə gün əvvəl "Azərkosmos"la Çad Respublikasının Elektron Kommunikasiya və Poçt üzrə Tənzimləyici Qurumu (ARCEP) arasında rəqəmsal transformasiya, innovasiya mərkəzləri və rəqəmsal məhsulların ixracı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması deyilənlərin təsdiqdir.

Memoranduma əsasən, tərəflər kosmik ekosistemin kompleks inkişafı istiqamətində əməkdaşlığı genişləndirməyi nəzərdə tuturlar. Bu əməkdaşlıq strateji konsaltinq, radiotezlik spektrinin idarə edilməsi, coğrafi informasiya sistemləri (GIS), məsafədən zondlama texnologiyaları, peyk rabitəsi, peyklərin və yerüstü idarəetmə sistemlərinin istismarı, eləcə də kosmik fəaliyyət və peyk xidmətləri sahəsində normativ-hüquqi tənzimləmə məsələlərini əhatə edir. 

Bu mənada Azərbaycanın kosmik sənaye sahəsində beynəlxalq tərəfdaşlıqlarının önəmi, eləcə də yüksək texnologiyaların inkişafı istiqamətində ABŞ ilə qurulan strateji əməkdaşlığı diqqətəlayiq nümunə kimi qiymətləndirmək olar. Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında təsdiqlənən Strateji Tərəfdaşlıq haqqında Xartiyada kosmik sənaye sahəsində əməkdaşlığın qeyd olunması həmin istiqamətin ikitərəfli münasibətlərdə prioritet mövqeyə malik olduğunu göstərir. 

ABŞ-nin kosmik sənaye sahəsində qabaqcıl təcrübəsi və güclü özəl sektor ekosistemi nəzərə alınarsa, bu əməkdaşlıq insan kapitalının inkişafı baxımından əhəmiyyətli perspektivlər açır. Strateji Tərəfdaşlıq çərçivəsində kosmik sənaye üzrə əməkdaşlıq Azərbaycanın beynəlxalq kosmik bazarda mövqeyini gücləndirə və yeni investisiya imkanları yarada bilər. Birgə layihələr və texnologiya transferi ölkədə kosmik ekosistemin dərinləşməsinə, innovasiya mühitinin güclənməsinə və rəqabət qabiliyyətinin artmasına təkan verər.

Göründüyü kimi, Azərbaycanın kosmik sənayesi qısa müddət ərzində mühüm inkişaf yolu keçib. "Azərkosmos"un yaradılması, ardıcıl peyk layihələrinin həyata keçirilməsi və beynəlxalq bazara inteqrasiya ölkənin texnoloji potensialını nümayiş etdirir. Bu sahə təbii ki, yalnız prestij layihəsi deyil, həm də iqtisadi, strateji və elmi inkişafın mühüm dayağıdır. Kosmosa atılan hər bir addım əslində gələcəyə atılan addımdır. Azərbaycanın kosmik sənayesi də ölkənin innovativ, rəqabətqabiliyyətli və müasir dövlət kimi formalaşmasında mühüm rol oynamaqdadır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəqəmsal inkişaf kursu Azərbaycanın gələcək gücünün və strateji mövqeyinin əsas təminatıdır

18:41
13 Fevral

Rəqəmsal inkişaf və nəqliyyat naziri Salyanda vətəndaşlarla görüşüb  

17:23
13 Fevral

Prezident İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

17:22
13 Fevral

Ötən il məişət zorakılığı ilə bağlı 109 vətəndaşa mühafizə orderi verilib  

17:21
13 Fevral

ABŞ- Azərbaycan münasibətləri yeni mərhələdə  

17:14
13 Fevral

Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

16:35
13 Fevral

Aqrar sektorda süni intellekt dövrü - nazir 2026-cı ilin hədəflərini açıqladı  

16:34
13 Fevral

Türkiyə parlamentinin nümayəndə heyəti ABŞ Konqresində Zəngəzur dəhlizini müzakirə edib  

15:53
13 Fevral

“TRT Belgesel” kanalı tərəfindən hazırlanan filmdə Qarabağ şəhidləri yad edilib  

15:52
13 Fevral

Prezident Kitabxanasında Sadiq Qurbanovun “Neft və davamlı inkişaf” üçcildliyinin təqdimatı keçirilib

15:50
13 Fevral

 Neandertalların kəllə kolleksiyası aşkar edilib

15:21
13 Fevral

Prezident İlham Əliyev Almaniyaya səfərə gəlib

15:08
13 Fevral

Texnobloger: Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə texnologiya ekosistemi üçün mühüm hadisədir  

14:54
13 Fevral

Kommersiya mübahisələri üzrə məhkəmə təcrübəsi: aktual problemlər və yanaşmalar  

14:37
13 Fevral

Millətlər Liqası: Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb 

14:21
13 Fevral

“Ariane 6” “Amazon”a məxsus peykləri orbitə yerləşdirib  

14:19
13 Fevral

Unudulmaq hüququ nədir?  

14:14
13 Fevral

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilib  

14:11
13 Fevral

Azərbaycan paralimpiyaçısı beynəlxalq turnirdə çıxış edəcək

14:05
13 Fevral

Dövlət Departamenti: Sülh sazişi bütün Cənubi Qafqaz üçün imkanlar təqdim edir

13:48
13 Fevral

“İnvestisiya fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilir  

13:39
13 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!