13 Fevral 2026 17:30
404
İQTİSADİYYAT
A- A+
AZAL bayram tətili üçün sərnişinlərə müxtəlif istiqamətlər üzrə seçimlər təqdim edir  

AZAL bayram tətili üçün sərnişinlərə müxtəlif istiqamətlər üzrə seçimlər təqdim edir  


Mart ayında Novruz və Ramazan bayramları ilə əlaqədar tətil günləri isə səyahət planlarını gerçəkləşdirməyə əlverişli şərait yaradır. “Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərə geniş istiqamət seçimi və çevik uçuş cədvəli təklif edir.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, bu, həm qısa həftəsonu səfərləri, həm də uzunmüddətli tətil üçün uyğun variant seçimini asanlaşdırır. Aviaşirkətin marşrut şəbəkəsi Asiya, Yaxın Şərq və Avropa şəhərlərini əhatə edir və bayram günləri ərəfəsində, eləcə də tətil günlərində AZAL minlərlə beynəlxalq reys yerinə yetirəcək.

Bayram günlərində, xüsusilə Yaxın Şərq istiqamətləri və kurort marşrutlarına maraq artır. Dubay ən çox üstünlük verilən şəhərlərdən biridir. Artan tələbatı nəzərə alan AZAL bu marşrut üzrə uçuş proqramını genişləndirib və əlavə reyslər təyin edib.

Yumşaq iqlimdə dincəlmək istəyənlər üçün AZAL regionun ən məşhur kurortlarından biri olan Şarm-əl-Şeyxə reyslər həyata keçirir. Bayram günlərini dəniz sahilində keçirməyi üstün tutan sərnişinlər üçün isə Maleyə uçuşlar mövcuddur. Bu istiqamət xüsusilə səfərlərini əvvəlcədən planlaşdıran sərnişinlər arasında populyarlığını qoruyur. Yaz tətili dövründə mülayim havası və zəngin turistik imkanları ilə seçilən Təl-Əviv də ən çox üstünlük verilən şəhərlər sırasındadır.

Mart tətili dövründə Türkiyə AZAL-ın marşrut şəbəkəsində mühüm yer tutur. İstanbul yüksək uçuş tezliyi ilə ən çox seçilən istiqamətlərdən biridir. Bununla yanaşı, sərnişinlər Ankara, İzmir, Antalya və Trabzona da səfər edə bilərlər. Bu şəhərlər həm işgüzar səfərlər, həm də mədəni və istirahət məqsədli səyahətlər üçün əlverişlidir.

AZAL-ın yaz uçuş cədvəlində Praqa, Vyana, Milan, Barselona, Berlin, Paris və London istiqamətləri də yer alır. Bu şəhərlər daha çox tarixi-mədəni səfərlərə üstünlük verən və səyahətlərini əvvəlcədən planlaşdıran sərnişinlərin seçimidir. Praqa və Vyanaya əlavə reyslərin təyin olunması isə bayram dövründə uçuş proqramını daha da genişləndirir.

Yaz bayramları Mərkəzi Asiyaya səfərlər üçün xüsusilə münasib vaxt sayılır. Bu regionda Novruz və Ramazan dərin mədəni ənənələrlə bağlıdır. AZAL-ın Daşkənd, Səmərqənd, Ürgənc, Düşənbə və Bişkek istiqamətləri sərnişinlərə tarixi şəhərlər və zəngin mədəni irslə yaxından tanış olmağa şərait yaradır.

Bayram dövründə səyahət planlayan sərnişinlər üçün AZAL-ın Pekin şəhərinə reysləri mövcuddur. Bu istiqamət Çinin zəngin tarixi və Şərqi Asiyanın müasir ab-havası ilə tanışlıq üçün cəlbedici seçimdir.

Bayram mövsümündə artan tələbat fonunda AZAL 20–30 mart tarixlərində 14 əlavə reys həyata keçirəcək:


• Dubaya 6 əlavə reys

• Tbilisiyə 6 əlavə reys

• Praqaya 1 əlavə reys

• Vyanaya 1 əlavə reys


18–30 mart tarixlərində AZAL-ın ən çox uçuş yerinə yetirdiyi istiqamətlər:

• Tbilisi

• Moskva

• İstanbul

• Dubay

• Təl-Əviv

Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün AZAL-ın rəsmi veb-saytına və mobil tətbiqinə daxil ola, həmçinin aviaşirkətin kassalarına və akkreditə olunmuş agentliklərinə müraciət etmək mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:37
07 Mart

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxışın (o cümlədən tranzit məqsədilə giriş-çıxışın) müvəqqəti olaraq dayandırılması haqqında

02:36
07 Mart

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

23:35
06 Mart

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviçdən  

23:33
06 Mart

DTX SEPAH-ın Azərbaycanda terror planlarını ifşa edib 

22:41
06 Mart

ADA Universitetində 19 bakalavriat, 13 magistratura, 6 doktorantura ixtisası tədris olunur 

21:28
06 Mart

Konqresdə Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə irəli sürülmüş qanun layihəsinə yeni həmmüəllif əlavə olunub  

20:53
06 Mart

Azərbaycan suverenliyini və təhlükəsizliyini qorumaq üçün bütün imkanlara malikdir  

20:52
06 Mart

Çex Respublikasının Baş naziri Andrey Babişdən

20:49
06 Mart

Zakir Həsənov: Vətənpərvərliyi ilə fərqlənən Azərbaycan qadını ordu quruculuğu prosesində də yaxından iştirak edir  

20:39
06 Mart

Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub

20:39
06 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:36
06 Mart

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycan ilə həmrəyliyini bildirib  

20:28
06 Mart

Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri: Mülki infrastrukturun hədəf alınması qəbuledilməzdir  

20:15
06 Mart

Monteneqronun xarici işlər naziri İranın Azərbaycana qarşı dron hücumlarından narahatlığını bildirib  

19:58
06 Mart

Tramp İranda lider seçimindən danışıb

19:47
06 Mart

Amerikalı ekspert: Orta Dəhliz beynəlxalq gündəmin strateji mövzusuna çevrilir  

19:36
06 Mart

Avropa Şurasının Baş katibi Azərbaycana PUA hücumu ilə bağlı paylaşım edib  

19:32
06 Mart

AZAL Bakı-İğdır-Bakı marşrutu üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş cədvəlini açıqlayıb 

19:15
06 Mart

Mərakeşli nazir İranın Azərbaycana qarşı dron hücumlarını qətiyyətlə pisləyib  

19:07
06 Mart

Tramp: Kuba tezliklə çökəcək

19:02
06 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!