20 Sentyabr 2025 02:16
11175
Fərmanlar
A- A+
Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında

Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarının dayanıqlılığının və davamlılığının, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla bu sahədə fəaliyyət göstərən daşıyıcıların işinin səmərəli təşkili məqsədilə "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu (bundan sonra - Fond) yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Fond aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:

2.1.1. avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi;

2.1.2. nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq;

2.2. Fondun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir;

2.3. Fondun vəsaitindən "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun və dövlət xəzinədarlığı sahəsində digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində aşağıdakı tələblərə cavab verən nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara bu Fərmanın 4.2-ci bəndinə uyğun olaraq subsidiya ödənilməsi üçün istifadə edilir:

2.3.1. sıxılmış təbii qazla işləyən mühərriklə təchiz edilmiş avtobuslar;

2.3.2. elektrik mühərriki ilə təchiz edilmiş avtobuslar;

2.3.3. Gəncə şəhərinin inzibati ərazisinə  münasibətdə həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobuslar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Fərmanın 2.1.2-ci yarımbəndinə uyğun olaraq, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. bir ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.2.1. bu Fərmanın 2.3-cü bəndində göstərilən inzibati ərazilərdə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtlərini;

3.2.2. bu Fərmanın 4.2-ci bəndinə uyğun olaraq, daşıyıcılara ödəniləcək subsidiyanın hesablanması və ödənilməsi qaydasını;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra -  Nazirlik):

4.1. 2026-cı il yanvarın 1-dən bu Fərmanın 2.3-cü bəndində göstərilən inzibati ərazilərdə müntəzəm sərnişin daşınmalarına ehtiyacın və əlçatanlığın təmin edilməsi, sərnişin axınının intensivliyi və ya avtomobil nəqliyyatı xidmətinin davamlılığı nəzərə alınmaqla, Nazirliyin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonra - Agentlik) müəyyən etdiyi marşrutlar üzrə daşıyıcıların avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma xidmətləri göstərməsi nəticəsində yaranan xərclərinin kompensasiya olunmasını nəzərdə tutan məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin tətbiqinə başlasın və bu prosesi 2028-ci il yanvarın 1-dək başa çatdırsın;

4.2. Agentlik və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılar arasında bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqaviləyə əsasən daşıyıcılar tərəfindən göstərilən avtomobil nəqliyyatı xidmətinə görə hesablanan dəyərlə həmin xidmət üçün təsdiq edilmiş gediş haqqına uyğun olaraq sərnişinlərin ödənişlərindən toplanan vəsait arasında mənfi fərq yarandığı təqdirdə, həmin fərq məbləğində Fondun vəsaiti hesabına daşıyıcılara subsidiya ödənilməsini təmin etsin;

4.3. bu Fərmanın 4.2-ci bəndi nəzərə alınmaqla, avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələbləri bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;  

4.4. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

5. Bu Fərmanın 2.1.1-ci yarımbəndi 2026-cı il yanvarın 1-dən, 2.1.2-ci yarımbəndi isə 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 19 sentyabr 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

VIII Qurultayın siyasi mesajları  

16:13
05 Oktyabr

Azərbaycanın xarici siyasət modeli  

15:57
05 Oktyabr

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

15:50
05 Oktyabr

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir  

15:49
05 Oktyabr

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb

15:47
05 Oktyabr

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

15:37
05 Oktyabr

Böyük qayıdış daha da sürətlənəcək  

15:34
05 Oktyabr

Güclü dövlət, müstəqil siyasət, sarsılmaz iradə  

15:26
05 Oktyabr

Yeni geosiyasi reallıqlar və Azərbaycanın xarici siyasət strategiyası  

15:01
05 Oktyabr

Masallıda “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir  

14:54
05 Oktyabr

Azərbaycan öz taleyinin sahibidir  

14:46
05 Oktyabr

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur

14:40
05 Oktyabr

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib  

14:39
05 Oktyabr

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

14:37
05 Oktyabr

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

14:36
05 Oktyabr

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB

14:33
05 Oktyabr

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur  

13:26
05 Oktyabr

Sabah yağış yağacaq

13:24
05 Oktyabr

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib  

13:23
05 Oktyabr

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib  

12:33
05 Oktyabr

Yaxın Şərqdən neft ixracının həcmi müharibədən əvvəlki səviyyəni ötüb  

12:33
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!