24 Fevral 2026 17:39
169
CƏMİYYƏT
A- A+
“Avtomobil nəqliyyatı haqqında” Qanuna dəyişiklik edilir 

“Avtomobil nəqliyyatı haqqında” Qanuna dəyişiklik edilir 


Milli Məclis “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, sənəd layihəsi parlamentin fevralın 24-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qeyd edilib ki, son illərdə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının bütün növləri üzrə ciddi islahatlar həyata keçirilib, qanunvericilik təkmilləşdirilib, son nəticədə daşımaların keyfiyyəti yüksəldilib. Görülən işlərin davamı olaraq avtomobil nəqliyyatı ilə daşımanın bir növü olan ölkədaxili sifarişli daşımalar (buraya taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla, qeyri-müntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımaları aiddir), xüsusilə bu fəaliyyətə icazə verilməsi sahəsində təkmilləşdirilmənin aparılmasına ciddi zərurət yaranıb. Bir tərəfdən qeyri-müntəzəm sərnişin daşımalarına tələbatın artması, digər tərəfdən isə bu nəqliyyat vasitələrinin iştirakı ilə ağır yol-nəqliyyat hadisələrinin baş verməsinin yüksək olması təklif olunan dəyişikliklərin edilməsini labüd edir.

Eyni zamanda, qanun layihəsi ilə ölkədaxili sifarişli daşımaların növü olan qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə, eləcə də müntəzəm beynəlxalq və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarına münasibətdə icazənin alınması üçün aşağıdakı icbari sığortaların olmasını təsdiq edən sənədlərin mövcudluğu da tələb olunacaq:

- avtonəqliyyat vasitəsilə daşınan sərnişinlərin fərdi qəza sığortası;

- avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası;

- avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta.

Təklif olunan digər dəyişiklik qeyri-müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki göstəricilərinin, daxili və xarici tərtibatının müvafiq tələblərə uyğunluğu ilə (müntəzəm və taksi ilə sərnişin daşımalarında olduğu kimi) bağlıdır.

Dəyişikliklər çərçivəsində, həmçinin daşıyıcı anlayışı dəqiqləşdirilir.

Qanun layihəsi sərnişinlərin və yüklərin daşınmasında təhlükəsizlik səviyyəsinin yüksəlməsinə, keyfiyyətli xidmətin göstərilməsinə xidmət edir, müxtəlif sığorta hadisələri zamanı sığortaolunanların, xüsusilə zərərçəkən sərnişinlərin qorunmasına və onların həyatına və sağlamlığına zərər dəyməsinə görə sığorta təminatı yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisdə Türkiyə parlamentariləri ilə görüş keçirilib  

19:41
24 Fevral

Azərbaycan-Türkiyə parlamentlərarası münasibətləri müzakirə edilib  

19:32
24 Fevral

Azərbaycan və Serbiya arasında enerji sahəsində əməkdaşlıq “win-win” modelidir – Belqraddan rəy  

19:17
24 Fevral

Andrey Boyiç: Azərbaycan–Serbiya enerji əməkdaşlığı Avropanın dayanıqlığını gücləndirir  

19:02
24 Fevral

Azərbaycanda pambıqçılığın inkişafı sahəsində mövcud çağırışlar müzakirə edilib  

18:32
24 Fevral

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin mart ayında vətəndaşların qəbulu CƏDVƏLİ

18:30
24 Fevral

Dünya siyasətinin transformasiyası fonunda ikitərəfli strateji əlaqələr Azərbaycan və Serbiyanın rolunu gücləndirir

18:29
24 Fevral

Azərbaycan və Ermənistan XİN müavinləri etimad quruculuğu məsələlərini müzakirə ediblər  

18:28
24 Fevral

Kubada Xocalı soyqırımı qurbanları anılıb

18:27
24 Fevral

Gürcü deputat: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı qarşılıqlı etimada və ortaq baxışlara əsaslanır  

18:25
24 Fevral

SOCAR və “Wood” bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib  

18:24
24 Fevral

Misli Premyer Liqası: “Turan Tovuz” Qəbələdə üç xal qazanıb

18:23
24 Fevral

Nikoloz Şamxaradze: Gürcüstan regionda davamlı sülhün təmin olunması üçün töhfə verməyə hazırdır  

18:23
24 Fevral

Ramazanda xurma istehlakının faydaları

18:22
24 Fevral

Fuad Oktay: Münasibətlərimiz getdikcə daha da dərinləşir və genişlənir

18:21
24 Fevral

Səməd Seyidov: Azərbaycan, Türkiyə və Gürcüstan Cənubi Qafqazda və daha geniş coğrafiyada sabitliyin sütunlarıdır  

18:20
24 Fevral

Sudanda silahlıların hücumu nəticəsində 28 nəfər ölüb

18:20
24 Fevral

Səhiyyə Nazirliyi xəbərdarlıq edir: Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz yoxlamalar aparılır  

18:19
24 Fevral

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclası keçirilir  

18:18
24 Fevral

Azərbaycan səfiri etimadnaməsini Sinqapur Prezidentinə təqdim edib

18:17
24 Fevral

“Reuters”: İran gəmi əleyhinə səsdən sürətli raketlər əldə etməyə yaxındır  

18:15
24 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!